İlk növbədə, biz kölgə iqtisadiyyatının həcmini ölçərkən dövriyyələrə fikir veririk – xüsusilə elektron qaimə ilə rəsmiləşən dövriyyələrə. Bunların həcmi ötən ilin 5 ayına nisbətən 6,8 faiz artmışdır. Halbuki dövr ərzində qeyri-neft ÜDM-i 2,1 azalıb. Resessiya şəraitində bu göstəricinin artması dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir.
Eləcə də bax: "Sahibkarlar eyni vaxtda 3 bank seçə biləcəklər"
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, qeyri-neft sektorunda elektron qaimə ilə rəsmiləşən dövriyyələrin həcminin artım templəri fəaliyyət sahələri üzrə aşağıdakı kimi olub:
“Sənayedə 3,2 faiz, ticarətdə 6 faiz, o cümlədən pərakəndə ticarətdə 15,3 faiz. Halbuki biz pərakəndə ticarətin ümumi dövriyyəsinin 1,7 faiz azalmasını, hətta ictimai iaşədə 36,8 faiz azalma nəzərə alırıq, amma rəsmiləşən dövriyyədə 5,3 faiz artımı qeydiyyatdan keçiririk. Tikinti sektorunda 2,9 faiz artım dövriyyələri rəsmiləşməsində, halbuki 14,1 faiz azalma neft kontraktları nəzərə alınmadan və bir sıra digər sahələrdə. Digər bir amil, biz əlavə dəyər vergisi depoziti hesabına mədaxillərin dinamikasını izləyərək onu qeyd edirik ki, cari ilin 6 ayında özəl sektor üzrə ƏDV depoziti hesabına mədaxil 6,8 faiz artıb. Resessiya şəraitində özəl sektor üzrə mədaxilin artması şəffaflaşmanın mühüm göstəricilərindən biridir. Qeyd edək ki, Mərkəzi Bankın məlumatına əsasən 1 iyun tarixinə özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2 faiz artmışdır ki, bu da bankdan keçən dövriyyələrin artımının ağarmasını təsdiq edən digər mühüm göstəricidir”.
Nazir bildirib ki, 2019-cu ildə qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondu 29,1 faiz artmışdırsa və əhalinin gəlirlərinin artım tempini 3,9 dəfə üstələyirdisə, 2020-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə artım davam edərək 23,6 faiz olub və əhalinin gəlirlərinin artım tempini 3,5 dəfə üstələyib:
“Möhtərəm cənab Prezident, bizim qarşımızda 3 əsas hədəf var – makroiqtisadi sabitliyin qorunması, iş yerlərinin və məşğulluğun qorunması, məşğulluğun inkişafı və büdcə gəlirlərinin iqtisadi bazası olan daxili tələbin və investisiyaların dəstəklənməsi. Tapşırığınıza uyğun olaraq biz 7 sektor üzrə – tikinti, dağ-mədən, rəqəmsal iqtisadiyyat, telekommunikasiya, kənd təsərrüfatı, emal sənayesi, daxili turizm, nəqliyyat, turizm və logistika olmaqla, müvafiq araşdırmaları başa çatdırırıq və qısa müddət ərzində hər bir sektoral sahə üzrə hökumətə təqdim olunacaq”.