Naxçıvada aparılan dəyişikliklər və ayrı-ayrı sahələrdə baş verən islahatlar son nəticədə özünü Muxtar respublikanın iqtisadi vəziyyətində də göstərməlidir.
Mikayıl Cabbarov: "Gələn il sahibkarların iştirakı ilə Naxçıvanda böyük tədbir planlaşdırırıq"
FED.az hesab edir ki, islahatların davam etməsi və və xüsusilə sahibkarlıq fəaliyyəti ilə bağlı indiyədək mövcud olan qadağalar real olaraq aradan qaldırılsa, Muxtar Respublikada qısamüddətli iqtisadi artım baş verəcək. Buradan keçən nəqliyyat və enerji dəhlizlərinin işə düşməsi, eləcə də turizm infrastrukturunun yaradılması, buraya xarici investorlaprın cəlb edilməsi Naxçıvan iqtisadiyyatının davamlı güclənməsinə səbəb ola bilər.
Hələliksə, MR iqtisadiyyatının işçi qüvvəsinin böyük hissəsi Naxçıvan şəhərində cəmləşib.
Naxçıvan statistika idarəsinin məlumatına görə, 1 noyabr 2022-ci il tarixə muxtar respublika əhalisinin sayı 465 min 194 nəfərdir. Son bir ildə əhali sayı cəmi 2358 nəfər artıb.
2022-ci ilin yanvar-noyabr aylarında burada 2 743 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, ötən illə müqayisədə iqtisadi artım 2,7 faiz olub.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artaraq 5 911,5 manat olub.
Naxçıvanın rayonları arasında ən sürətli iqtisadi artım Ordubadda baş verib – 3,7%. Ən aşağı iqtisadi artım göstəriciləri isə Culfa və Sədərək rayonları üzrədir – 1,7%.
Rayonlar |
İqtsiadi artım və azalma, % |
Ordubad rayonu |
3,7% |
Babək rayonu |
2,4% |
Şərur rayonu |
2,4% |
Naxçıvan şəhəri |
2,0% |
Kəngərli rayonu |
1,9% |
Şahbuz rayonu |
1,9% |
Culfa rayonu |
1,7% |
Sədərək rayonu |
1,7% |
Naxçıvan MR– cəmi |
2,7% |
Muxtar respublikada iqtisadiyyatının böyük hissəsini sənaye sahəsi təşkil edir. 2022-ci ilin yanvar-noyabr aylarında sənayedə 1 026 milyon manat dəyərində məhsul istehsal edilib, illik artım 2,3 faiz olub.
Son məlumatlara görə, Naxçıvanda hər 4 nəfərdən biri rəsmi əmək müqaviləsi ilə işləyir. Müqayisə üçün deyək ki, Azərbaycan üzrə hər 6 nəfərdən biri rəsmi işləyir.
Muxtar respublikada işçi qüvvəsinin yarıdan çoxu Naxçıvan şəhərində cəmləşib – 115 min işləyənin 60 minə yaxını, yəni yarıdan çoxu Naxçıvan şəhərində çalışır.
Rayonlar |
Muzdla çalışan işçilərin sayı, min nəfər |
Naxçıvan şəhəri |
59,5 |
Şərur rayonu |
14,8 |
Babək rayonu |
11,0 |
Ordubad rayonu |
8,1 |
Culfa rayonu |
8,0 |
Şahbuz rayonu |
5,3 |
Kəngərli rayonu |
5,2 |
Sədərək rayonu |
3,6 |
Naxçıvan MR– cəmi |
115,5 |
2022-ci ilin ilk 11 ayında Muxtar Respublikaya ümumilikdə 979 milyon manata yaxın vəsait yatırılıb – artım 1,8% təşkil edib. İqtisadiyyata yatırımların böyük hissəsi 923 milyon manatı və ya 94,3 faizi tikinti-quraşdırma işləridir.
2022-ci ilin yanvar-noyabr aylarında 508 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 57 milyon manat olub – illik müqayisədə 3,2 faiz artım var.
2022-ci ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 252 milyon manat kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 21,5 faiz çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 599 manata çatıb ki, bu da illik müqayisədə 9,5 faiz çoxdur.
Rayonlar |
Orta aylıq nominal əmək haqqı, manat |
Sədərək rayonu |
670,8 |
Naxçıvan şəhəri |
614,3 |
Kəngərli rayonu |
603,6 |
Şahbuz rayonu |
577,2 |
Babək rayonu |
576,2 |
Culfa rayonu |
567,3 |
Ordubad rayonu |
565,3 |
Şərur rayonu |
556,6 |
Naxçıvan MR– cəmi |
596,2 |
Son vəziyyətə görə, Naxçıvanda 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.