Məhsul ixrac edən zaman sahibkarlar qarşı tərəfdən müəyyən tələblərlə qarşılaşırlar.
Azərbaycan Rusiyaya 3,3 milyon ədəd yumurta göndərib
FED.az xəbər verir ki, bunu AQTA-nın İdxal və ixraca nəzarət şöbəsinin müdir müavini - İdxal və ixrac əməliyyatları sektorunun müdiri Nahid Əsədov Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” mövzusunda tədbirdə bildirib.
"Məsələn, Rusiyanın müəyyən tələbləri var, yumurtada müəyyən parametrlərin yoxlanılması tələbi, sahibkarlar düşünürlər ki, yumurtanı necə göndərək, yumurtanın 1 ay 5 gün ömrü var. Bu dövr müayinə vaxtına düşməsin.
İlkin məsələlərdən biri təsərrüfat obyektlərində monitorinqlər aparılmalıdır ki, müayinələr aparılsın, sahibkarlar istəyir ki, ixracda qarşı ölkənin xüsüsi sərt tələbləri olmadığı təqdirdə məhsullardan nümünə götürülməsi minimuma endirilsin.
Müayinə olunmadan malın ixracının olunması yanaşması da dəyişməlidir."- deyə o qeyd edib.
"Rusiyada sərhəd də problemlərə var idi, bununla bağlı hökumət səviyyəsində işçi qrup yaradıldı. Qısa zamanda sərhəddə olon sıxlıq aradan qalxdı. Artıq Rusiya sərhədində problem aradan qaldırılıb. Qarşı ölkənin tələblərinin üzərindən keçmək olmaz. İxrac qarşı ölkənin tələbləri üzərindən həyata keçirilir. Məhsullar qarşı tərəfdə saxlanılsa, bu, ixracatçıların fəaliyyətinə mənfi təsir göstərir. İxracda sərt tələblər olmadığı halda məhsulda yoxlamalar minimuma endirilir. Məsələn, Körfəz ölkələrində yerləşən ticarət evlərinə çatdırılma zamanı bəzi məhsullar üzrə yoxlamalar minimuma endirilib" - deyə Nahid Əsədov əlavə edib