Dünyanın aparıcı neft ixracçılarından biri olan Küveyt – neftin ucuzlaşması səbəbindən müflisləşmənin bir addımlığındadır.
Ərəb ölkəsinin büdcəsi, hansı ki, 90 faiz neft satışından formalaşır, o qədər tükənib ki, dövlət qulluqçularına maaş ödəməyə güclə çatır. Maliyyə nazirliyində xəbərdarlıq edirlər ki, artıq bir neçə aydan sonra Küveyt öz sosial öhdəliklərini yerinə yetirə bilməyəcək. Bəs belə varlı ölkə bu hala necə düşüb?
«Küveyt əfsanəsi»nin sonu çatır
Bu ilin əvvəlindən dünyanın neft bazarı bir neçə ucuzlaşma dalğası ilə üzləşib. Neft hasilatının kəskin artması və sonradan koronavirus pandemiyası neftin qiymətlərinin kəskin enməsi ilə nəticələnib. OPEK+ təşkilatının qərarlarının qəbul edilməməsi, ümumiyyətlə ölkələrin bir biri ilə razılığa gələ bilməməsi isə vəziyyəti daha da pisləşdirib. Bu hal bütün neft hasilatçı ölkələrə mənfi təsir edib, amma ən pis vəziyyət «neft əfsanəsi» sayılan Küveytdə yaranıb: vaxtilə neft sərvətləri simvolu sayılan ölkənin dövlət büdcəsində deşiklər yaranmağa başlayıb.
Hər ailəyə ayda 2 min dollarlıq dəstək
Qeyd edək ki, indiyədək Küveyt - neft pullarının firavanlıq yaratdığı ölkələrin simvolu sayılır. Ölkədə demək olar ki, bütün xərclər dövlət tərəfindən qarşılanır. Bura ənənəvi pulsuz səhiyyə və təhsillə yanaşı, iri subsidiyalar da aiddir.
Küveytdə dövlət əhaliyə müxtəlif sahələrdə böyük subsidiyalar verir. Bura mənzillərin kirayə haqqı, yanacaq və ərzaq subsidiyaları aiddir. Belə subsidiyaların məbləği ailə başına 2 min dollara çata bilər.
Maaşlar və subsidiyalar isə dövılət büdcəsinin xərclərinin 4-də 3-nə çatır. 2014-cü ildə neftin qiymətləri maksimuma çatandan sonra Küveyt büdcəsi ardıcıl 7-ci ildir ki, kəsirlə icra olunur.
Büdcədə deşiklər artmağa başlayır
Aprelin 1-də başa çatan maliyyə ilində Küveytin büdcə kəsiri 68,6% və ya 1,7 dəfə artaraq 18,44 milyvard dollara çatıb. Küveyt Mərkəzi Bankının hesablamalarına görə, bu ölkə üzrə ümumi daxili məhsulun 10%-i qədərdir. Halbuki, əvvəlki ilə büdcədə 4,8%-lik profisit vardı.
Bundan sonrakı vəziyyyətlə bağlı da proqnozlar ürəkaçan deyil. Küveyt Mərkəzi Bankı bildirir ki, büdcə defisiti 40%-ə çatı bilər. «Bloomberg»in hesablamalarıva görə, bu 46 milyard dollar deməkdir.
Əhalinin 80%-i büdcə təşkilatlarında çalışır
Vəziyyətin kritik həddə çatdığını Küveyt Maliyyə Nazirliyi də rəsmi surətdə təsdiqləyib. Nazirlik bildirib ki, «hökumətin pulu qurtarır» və artıq noyabrda dövlət qulluqçularının maaşlarının ödənilməsi ilə bağlı çətinliklər yaranacaq. Ölkədə əmək qabiliyyəti olanların 80%-i dövlət sektorunda işləyir. Onlar özəl sektorda çalışanlardan daha çox maaş alırlar.
Gələcək nəsillər üçün yığılan pulları xərcləmək istəyirlər
Ölkədəki Ümumi Ehtiyat Fodunda cəmi 6,54 milyard dollar pul var, halbuki təkcə cari xərclərə ayda 5,56 milyard dollar pul tələb olunur.
Amma ölkədə başqa bir fond da var – Gələcək Nəsillər üçün yaradılmış bağlı saxlanan fond. Bu fondda təqribən 550 milyard dollar toplanıb və ölçülərinə görə dünyadakı 4-cü böyük belə təsisat sayılır.
Dövlətin neftdən gələn gəlirlərinin 10%-i buraya toplanır, eləcə də fondun pulları xarici aktivlər yatırılır. İndi isə hökumət vəziyyətdən çıxmaq üçün həmin fondun vəsatilərindən istifadə etmək istəyir.
Belə ki, hökumət fonddan ildə 12 milyard dollar götürməke niyyətindədir.Amma ekspertlər bu vəsaitin kifayət etməyəcəyini bildirir, üstəlik, «Bloomberg»in hesablamalarına görə, foğndun pulları cəmi 15-20 ilə kifayət edəcək. Ona görə də ölkədə vəziyyətdən çıxış yolu və büdcə kəsirini necə qapamaqla bağlı vahid fikir yoxdur.
«Bu qədər pulumuz varsa, niyə borc alaq?»
Üstəlik bununla bağlı hökumətlə parlament arasında mübahisə yaranıb.
Belə ki, Maliyyə Nazxirliyində hesab edirlər ki, Ehtiyat Fonduna əl vurmaq olmaz: bu uzunmüddətli təhlükəsizlik yastığıdır və aşağı faiz gəlirləri ilə o investisiyaların gəlirlərini təmin edir. Nəticədə Maliyyə Nazirliyinin fikrincə, büdcəni doldurmaq üçün borc almaq lazımdır. Maliyyə nazirliyinin bununla bağlı hazırladığı qanun layihəsi, avro istiqrazların buraxılmasını, ümumilikdə daxili və xarici bazarlardan 65 milyard dollar cəlb etməyi nəzərdə tutur.
Neftin ucuzlaşmasından əziyyyət çəkən ərəb ölkələrinin əksəriyyəti belə edir. Məsələn, Səudiyyə Ərəbistanı belə edib. Səudiyyəlilər büdcə çətinlikləri ilə üzləşən kimi, artıq apreldə dollar istiqrazı buraxaraq 7 milyard dollar cəlb ediblər. İstiqrazların müddəti 5,5 il, 10,5 il və 40 ildir. Digər Yaxın Şərq ölkələri - Qatar və Abu-Dabi də vəziyyətdən çıxmaq üçün ümumilikdə 17 milyard dollarlıq istiqraz buraxaraq xarici borca giriblər.
Amma Küveyt parlamentinin maliyyə-iqtisadi komitəsi bu qanun layihəsini rədd edib. «Bu rüsvayçılıqdır ki, dünyanın 4-cü ən böyük fonduna sahib olan ölkə borc bataqlığına can atır. Bu hökumətin uğursuzluğu deməkdir»-deyə parlamentdə bildirirlər. Bununla yanaşı, Mərkəzi Bank xəbərdarlıq edib ki, bu qanun hökmən qəbul edilməlidir. Büdcə defisiti dayanmadan artır, neftin qiyməti və ehtiyatlar isə «əriyir».
Neftin qiyməti də, həcmi də azalıb
Neftin indiki 40-45 dollarlıq qiyməti Küveyt üçün fəlakətli dərəcədə aşağıdır. Bahalaşma isə hələ də gözlənilmir. Müşahidəçilər bildirir ki, Küveytdə böyük iqtisadi böhran qaçılmazdır. Bu il Küveytin neftdən gəlirləri 2014-cü ildəkindən 2 dəfə aşağı olacaq, həmin il maksimum gəlir əldə edilmiişdi.
Hökumət və parlament büdcə kəsirini bağlamağın yolları ilə bğlıü mübahisə etdikləri dövrdə ölkədə neft hasilatı 60% azalıb. Bunun səbəblərindən biri – maaşlarının və sosial paketlərin azalmasından narazı qalan işçilərin etirazları olub.
Analitiklər bildirir ki, Fars körfəzinin ölkələri neftin qiymətinin ucuzlaşdığını vaxtında nəzərə almayaraq iri xərclərini aşağı salmayıblar, indi isə bunun ağır nəticələri ilə üzləşiblər.
«Neft pullarını «Rolex» saatlarına xərcləmişik»
«Bir gün biz yuxudan ayılıb başa düşəcəyik ki, bütün pullarımızı xərcləmişik. Ona görə yox ki, bank kağızlarına baxmamışıq, ona görə ki, bank kağızlarına baxıb inanmamışıq. Sonra da gedib özümüzə son model «Rolex» saatı almışıq»-deyə siyasi və maliyyə kommunikasiyaları firması olan «Bensirri»nin rəhbəri Favaz Əl-Sir bildirib.
Qeyd edək ki, hələ 2016-cı ildə o vaxtkı maliyyə naziri Anas Əl-Saleh xəbərdarlıq etmişdi ki, iqtisadiyyatı şaxələndirmək və neftdən sonrakı dövrə hazırlaşmaq lazımdır. «Amma neft dolları ilə böyüyənlər onun sözlərini ciddi qəbul etmədilər»-deyə «Bloomberg» yazır. Nəticədə cəmi 4 il sonra vaxtilə dünyanın ən varlı ölkələrindən biri olan Küveyt müflisləşmək ərəfəsinə gəlib çatıb.
Ərəb ölkələri pul axtarışında
Küveyt 2020-ci ildə belə problemlə üzləşmiş yeganə ölkə deyil. Səudiyyə Ərəbistanı da neftin qiymətinin azalması şəraitində əhali üçün güzəş9tləri azaldır və yeni vergilər tətbiq edir. Belə ki, bu ilin ikinci rübündə Səudiyyənin büdcə gəlirləri 50% azalıb. Maliyyə ehtiyatları kiçik olan Bəhreyn və Oman isə sürətlə borc almaqdadırlar və daha imkanlı qonşularından - dəstək almağa çalışırlar.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə iqtisadiyyatı şaxələndir mək – Dubayı dünyanın logistika və maliyyə habına çevirməyə çalışırlar.