Səhiyyə sisteminin çökməsi, COVID-19 pandemiyasının sosial və ekoloji nəticələri dünya iqtisadiyyatını, xüsusən də Latın Amerikası ölkələrinin iqtisadiyyatını ən azı 10 il geriyə çəkib.
Eləcə də bax: Amerikanı böyük iqtisadi böhran - Gözləyir
FED.az xəbər verir ki, Meksika Milli Muxtar Universitetinin baş katibi Leonardo Vanegasın sözlərinə görə, pandemiya dövründə məhdudiyyətlərin qoyulması iqtisadi aktivliyin azalmasına səbəb olub. Bu da ÜDM-yə, məşğulluğa, həyat səviyyəsinə təsir etdi, həmin proseslər vaxtilə Böyük Depressiya dövründə (1929-1933 illərində) də müşahidə olunmuşdu.
Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyanın (LAKİK) Meksikadakı qərargahının nümayəndəsi X.Valdiviya bildirib ki, 654 milyon əhalisi olan Latın Amerikası və Karib hövzəsi ölkələrində ən azı 10 illik iqtisadi tənəzzül müşahidə olunur, pandemiya sosial, iqtisadi və ekoloji baxımdan bölgənin struktur problemlərini daha da ağırlaşdırıb. Problemlərdən biri kimi COVID-19 əleyhinə vaksinlərin qeyri-bərabər paylanması hesab edilir.
Ekspertlər əmindirlər ki, 2030-cu ilə qədər Dayanıqlı İnkişaf sahəsində Gündəliyinin məqsədlərinə nail olmaq çətin olacaq. 2020-ci ilədək əldə edilən iqtisadi inkişaf səviyyəsi 2026-cı ilə qədər də bərpa olunmayacaq və bu, əksər Meksika ailələri üçün ciddi bir problemdir.
Ekspertlərin fikrincə, Meksikanın iqtisadi artımının aparıcı qüvvəsi, ilk növbədə, qlobal istehsal zəncirlərinə daxil olan sənaye şirkətlərinin ixracı olacaq. Şəxsi istehlak sabit pul köçürmələri və əmək bazarında vəziyyətin tədricən yaxşılaşması sayəsində orta dərəcədə artacaq. (Azərtac)