Oktyabrın 14-də Nobel Mükafatı komitəsi iqtisadiyyat üzrə Nobel mükafatı qaliblərini açıqlayıb.
FED.az xəbər verir ki, bu il Nobel mükafatını yoxsulluqla mübarizə üçün proqramlar hazırlayan alimlər alıblar.
Eləcə də bax: İqtisadiyyat üzrə Nobel mükafatlarını -YOXSULLUQLA MÜBARİZƏ APARANLARA VERİBLƏR
Təşkilat komitəsi elan edib ki, bu ilki mükafata amerikan-hind alimi Abxicita Banerci, fransız alim xanım Ester Düflo və amerikalı alim Maykl Kremer layiq görülüb. Mükafat onların qlobal yoxsulluqla mübarizədə eksperimental yanaşmasına görə verilib. Nobel mükafatının məbləği 9 milyon İsveç Kronudur (913 min dollar). Qaliblər bu vəsaiti böləcəklər.
Bəs mükafat sahibləri yoxsuluqla mübarizə üçün nə ediblər?
Banerci, Düflo və Kremer yoxsulluqla mübarizə üçün ilk dəfə olaraq eksperimantal yanaşma tətbiq ediblər. Bu yanaşma təqribən 20 il ərzində inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına ciddi təmir edib. Onların yeni metodu – yoxsulluq kimi qlobal problemi ayrı-ayrı vəzifələrin köməyi ilə həllini nəzərdə tutur. Bura təhsilin və uşaq sağlamlığının səviyyəsinin artırılması üçün effektiv tədbirlərin hazırlanması aiddir.
İqtisadçılar tərəfindən aparılan eksperimentlər göstərib ki, kiçik problemlərin həlli sonradan yoxsulluğa qarşı ümumi işə böyük müsbət təsir göstərir. Belə ki, 90-cı illərin ortalarında Maykl Kremer və onun həmkarları qərbi Keniyada maraqlı eksperimentlər aparıblar və nəticədə uşaqların məktəb göstəriciləri yaxşılaşıb.
Bundan sonra Abxicit Banerci və Ester Düflo, elə Maykl Kremerin özü ilə birlikdə başqa ölkələrdə də oxşar ekspertimentlərin aparılmasını təklif ediblər. Hazırda onların təbqiqatlarının nəticələri inkişaf etməkdə olan ölkələrdə aktiv tətbiq edilir.
İqtisadçılar hansı nəticələrə gəliblər?
Müşahidələr göstərir ki, kasıb ölkələrin təhsil sistemində aşağıdakı problemlər var.:
Dərs planları və tədris prosesi şagirdlərin tələbatına uybun gəlmir.
Müəllimlərin işdən yayınma (işə gəlməmək) səviyyəsi yüksəkdir
Məktəblərin şagird hazırlama səviyyəsinin aşağı olması
Hansı həllər tapılıb?
Geri qalan şagirdlərlə iş
Müəllimlərlə qısamüddətli müqavilələr – yaxşı nəticələr olanda bu müqavilələr uzadılır
Bir müəllimə düşən uşaqların sayının azaldılması
Kasıb ölkələrdə səhiyyə sahəsində əsas problemlər:
Aşağı gəlirli insanlar xəstəliklərin profilaktikasına pul xərcləməyə həvəsli deyillər
Səhiyyə xidmətinin aşağı səviyyəsi – vaksin işi ilə məşğul olan tibb işçiləri iiş yerində tapılmırlar
Hansı həllət tapıldı?
Mobil vaksinasiya klinikalarının yaradılması – hansı ki, həkimləri həmişə yerindədir.
Aparılan araşdırma göstərib ki, eksperiment aparılan kəndlərdə vaksinləşmə səviyyəsi 3 dəfə artaraq 6%-dən 18%-ə qalxıb. Uşağını vaksinə gətirən valideynlərə mərcimək paketi verilməsindən sonra vaksinləşmə səviyyəsi 39%-ə yüksəlib. Bundan başqa, vaksinləşməyə xərclərin azaldılması nəticəsində vaksinləşmə qiyməti 2 dəfə azalıb. Baxmayaraq ki, bu xərclərə mərcimək paketi də əlavə olunmuşdu.
Nobel mükafatının saytında bildirilir ki, iqtisadçıların və digər tədqiqatçıların eksperimentləri, hansı ki, mükafatçıların işlərini praktikada tətbiq ediblər, yoxsulluqla mübarizənin nəticələrini xeyli artırıb.
O cümlədən, alimlərin yanaşmalarının nəticələrindən biri o olub ki, 5 milyon hindli uşağı məktəblərdəki korreksiyalı təhsildən faydalanıblar. Başqa uğurlu təcrübə profilaktiki tibbi xidmətə dövlət yatırımlarının artması olub. Bu üsul əksər ölkələrdə tətbiq edilib.
Nobel komitəsi bildirir ki, bütün bunlar Banerci, Düflo və Kremerin yeni yanaşmasının yalnız iki nümunəsidir. Gələcəkdə isə onlar daha böyük nəticələrə səbəb olmaqla, yoxsulların həyat şəraitinin yaxşılaşmasında böyük rol oynayacaq.