Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva bildirib ki, 2020-ci ildə dünya iqtisadiyyatını Böyük Depressiya illərindən (ABŞ-da 1930-cu illərin əvvəlindən baş vermiş böyük iqtisadi böhran) bəri ən byöük sarsıntılar gözləyir.
Eləcə də bax: BVF: "Bu il dünya əsrin ən ağır - İQTİSADİ BÖHRANI İLƏ ÜZLƏŞƏCƏK"
FED.az xəbər verir ki, onun sözlərinə görə, pandemiya ildırım sürətilə hazırkı nəslin görmədiyi səviyyədə iqtisadiyyatda və insanların yaşam tərzində sarsıntı yaratdı: «3 ay əvvəl 160 ölkədə əhalinin gəlirlərində artım proqnozlaşdırmışdıq, amma indi 170 ölkədə gəlirlərin azalmasını gözləyirik».
Bu gün biz indiyədək görmədiyimiz böhranla rastlaşmışıq. Covid-19 bizim sosial və iqtisadi əmin-amanlığımızı ildırım sürətilə və elə bir miqyasda pozdu ki, biz indiyədək belə halla rastlaşmamışıq. Virus insanların məhvinə səbəb olur, onunla mübarizə isə milyardlarla insanı əhatə edib. İndiyədək normal sayılan hallar – məktəbə, işə getmək, ailə dostlarla olmaq – indi böyük riskdir.
Şübhə etmirəm ki, biz bu çağırışın öhdəsindən gələcəyik. Bizim həkim və tibb bacıları həyatları ilə risk edərək virusla fasiləsiz mübarizə aparırlar, alimlər isə COVID-19-un qarşısını almaq üçün həllər axtarırlar. Hamı, hökumətlər, ayrı-ayrı insanlar və beynəlxalq təşkilatlar birlikdə mübarizə aparmalıdırlar. Valyuta Fondu da dünya ictimaiyyətinin gücünü birləşdirmək, həssas təbəqələri qorumaq və iqtisadiyyatı canlandırmaq üçün yaradılıb.
Bizim atacağımız addımlar bizim sağlamlaşmağımızın sürətini də müəyyfən edəcək. Biz BVF-nin 189 üzv ölkəsi ilə indiyədək və gələn həftə keçiriləcək görüşlərimizdə bunları müzakirə edirik.
Biz haradayıq: dünya iqtisadiyyatının vəziyyəti
Gəlin əvvəlcə baxaq ki, biz hardayıq. Biz hələ də bu böhranın dərinliyi və müddəti ilə bağlı fövqəladə qeyri-müəyyənliklər içərisindəyik.
Amma artıq aydındır ki, 2020-ci ildə dünya üzrə kəskin iqtisadi azalma olacaq. Gələn həftə açıqlanacaq Dünya İqtisadiyyatına Baxışda bu barədə ətraflı məlumat verəcyik. Doğrudan da, biz Böyük Depressiya Dövründən bəri ən pis iqtisadi nəticələr gözləyirik.
Cəmi 3 ay əvvəl gözləyirdik ki, üzvlərimiz arasında 160 ölkədə adambaşına düşən ÜDM 2020-ci ildə artacaq. İndi isə hər şey baş-ayaq çevrilib: indi bizim pronozlara görə, 170 ölkədə adambaşına düşən ÜDM azalacaq. Mənfi proqnozlar həm inkişaf etmiş, həm də etməkdə olan ölkələrə aiddir, bu böhran sərhəd tanımır.
Virusun yayılmasının qarşısını almaq üçün bəzi məcburi tələblərə görə dünya iqtisadiyyatı ciddi zərbə alır. Bu xüsusilə pərakəndə ticarət, mehmanxana biznesi, nəqliyyat və turizmə aiddir. Ölkələrin əksəriyyətində işçilərin böyük hisssi bu sahələrdə çalışır. Bu müəsssələr və bu işçilər indi ən müdafiəsiz vəziyyətdədir.
Səhiyyədəki problemlər zəif adamları vurduğu kimi, iqtisadi böhran da ən çox zəif ölkələrə təsir edir.
Aşağı gəlirli inkişaf etməkdə olan ölkələr – Afrika, Latın Amerikası və Asiyanın böyük hissəsi – böyük risk qarşısındadır. Daha zəif səhiyyə sistemi olan ölkələrdə başqa problem də var – sıx əhalisi olan şəhərlərdə və daxmalarda sosial məsafə saxlamaq faktiki olaraq mümkün deyil. Belə ölkələr davam edən tələb-təklif şokuna və maliyyə şəraitinin kəskin dəyişməsinə hazır deyillər və bəziləri böyük borc problemi ilə üzləşəcəklər. Belə ölkələr xarici iqtisadi təzyiqlərlə də üzləşirlər.
Belə ki, son iki ayda inkişaf etməkdə olan ölkələrdən çıxan kapitalın həcmi 100 milyard dollar təşkil edib. Bu əvvəlki maliyyə böhranı olan ildəki eyni dövrlə müqayisədə 3 dəfə artıqdır. İxracçılar xammalın ucuzlaşmasına görə ikiqat zərbə alırlar, eləcə də kasıb əhali üçün xüsusilə vaxib olan pul köçürmələri azalır.
Biz inkişaf etmiş və etməkdə olan ölkələrin xarici dəstəyə olan ehtiyacını trilyon dollar həcmində qiymətləniririk. Onların özü bu ehtiyacın yalnız bir hissəsini ödəyə bilərlər, ortada bir neçə yüz milyard dollarlıq boşluq qalır və onlara təcili dəstək lazımdır.
Ümidverici xəbər odur ki, bütün ölkələr fəaliyyətə başlayıblar və ciddi koordinasiyaya nail olunub. Fondumuzun «Fiscal Monitor» hesabatı gələn həftə göstərəcək ki, bütün ölkələr ümumilikdə 8 trilyon dollarlıq vergi güzəştləri ediblər. Bundan başqa, G20 və digər ölkələrdə iqtisadiyyata əlavə vəsait buraxılıb.
Dünyadakı iqtisadi vəziyyət belədir.
Şübhə yoxdur ki, 2020-ci ilə çox mürəkkəb olacaq. Pandemiya hətta bu ilin ikinci yarısında başa çatsa belə, dünyada iqtisadi artım bir də 2021-ci ildə başlayacaq. Amma bu proqnozun özündə belə böyük qeyri-müəyyənlik var və vəziyyət daha pis ola bilər.
Ən əsası odur ki, hər şey bizim indi atacağımız addımlardan asılıdır.
Vəziyyəti düzəltmək üçün 4 prioritetimiz var:
Əvvəla, məhdudlaşdırıcı tədbirləri və səhiyyəyə dəstəyi davm etdirmək. Bu zaman səhiyyəyə xərclənən əsas vəsaitlər ilk növbədə testlərə və tibb avadanlıqlarına, həkimlərə və tibb bacılarına, xəstəxanaların normal fəaliyyətinə sərf edilməlidir. Ölkələrin əksəriyyəti, xüsusilə də, inkişaf etməkdə olanlar üçün bu məhdud resursların ehtiyatla bölüşdürülməsi deməkdir. Onu görə də, həyati əhəmiyyətli malların - tibbi malların və ərzaqların ixracına nəzarəti zəiflətməliyik.
İkincisi, böhrandan zərər çəkən şirkətləri, sahibkarları və insanları müdafiə etməliyik. Bu hər ölkədə fərqli ola bilər. Amma ümumilikdə buraya vergilərin təxirə salınması, maaşlar üçün subsidiyalar və həssas təbəqələr üçün pul dəstəyi, işsizlikdən sığortanın və sosial dəstəyin genişlənməsi, kredit qarantiyalarının və kredit şərtlərinin müvəqqəti də olsa yumşaldılmasıdır. Bəzi ölkələr artıq bunlarıf edib, bəziləri etməkdədir. Ev təsərrüfatları və müəssisələr üçün dəstək xüsusilə vaxibdir. Biz likvidlik probleminin ödəmə probleminə çevrilməsinə imkan verməməliyik.
Üçüncüsü, maliyyə sistemi üçün stressi azaltmalı və bu sahədə «yoluxma»nı dayandırmalıyıq. Bizim gələn həftəki Qlobal Maliyyə Sabitliyi reportumuzda maliyyə sahəsindəki zəif nöqtələr göstəriləcək. Son 10 banklar böyük kapital və likvidlik toplayıblar, onların nə qədər dayanıqlı olduğu indi məlum olacaq. Maliyyə sistemi ciddi təzyiqlə üzləşib, və belə vəziyyətdə maddi stimullar və likvidlik mexanizmləri əvəzsiz rol oynayır. Bəzi ölkələrdə faiz dərəcələri azaldılır. İri Mərkəzi Banklar maliyyə sektorunda stressi azaltmaq üçün mübadilə xətlərini aktivləşdiriblər və yeni mexanizmlər yaradıblar. İnkişaf etməkdə olan ölkələr üçün likvidliyin artırılması onların vəziyyətini nisbətən yüngülləşdirəcək.
Dördüncüsü, hətta indi biz müqavimət mərhələsində olduğumuz vaxt da, gələcəyi və bərpa mərhələsini planlaşdırmalıyıq. Yəni epidemiyanın geri çəldiyi siqnalları ilə eyni vaxtda məhdudiyyətləri azaltmalıyıq. İqtisadiyyat sabitləşəndə və bihnes normallaşanda biz sürətli hərəkət etməliyik ki, tələbatı yüksəldək. Resursları və siyasi imkanları böyük olan ölkələr bunu edə biləcəklər, məhdud resursları olanlara isə dəstək vermək lazım olacaq.
İndi keçək BVF-nin roluna və baxaq ki, biz nə edə bilərik
Biz sutkada 24 saat, həftədə 7 gün işləyirik ki, üzv ölkələrimizi dəstəkləyik, onlara siyasi, texniki dəstək və maliyyə resursları təqdim edək.
Bizim 1 trilyon dollarlıq kredit potensialımız var və biz bu məbləği üzvlərimizə təqdim edirik.
Biz görünməmiş sayda kömək müraciətlərinə cavab veririk – təxmiqnən 90 ölkədən belə müraciət daxil olub. Bizim icra komitəsi yenicə icazə verdi ki, təcili kömək məbləğini iki dəfə artıraq və 100 milyard dollarlıq kredit müraciətinə cavab verək. Bir sıra ölkələr üçün dəstək proqramı rekord dərəcədə qısa müddətdə təsdiqlənib. Bura Qırğızıstan Respublikası, Ruanda, Madaqaskar, Toqo və başqaları aiddir.
Biz öz alətlər çeşidinə yenidən baxırıq ki, öz əlimizdəki imkanları daha səmərəli necə istifadə edə biləcəyimizi tapaq. Yəni əlavə likvidlik vermək üçün qabaqlayıcı kredit xətləri açaq, qüsamüddətli likvidlik xətləri açaq, və ölkələrin maliyyələşməyə tələbatını ödəyə bilək. Bəzi hallarda, hansı ki, biz kreditləşdirə bilmirik, çünki ölkənin borcu qəbul edilməz həddədir, biz çıxış yolları axtaracağıq ki, kritik əhəmiyyət daşıyan maliyyələşməni təmin edə bilək.
Biz fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması fondunu yenilədik ki, gəlirləri aşağı olan ölkələrin borclarını yüngülləşdirə bilək. Və onlar öz vəsaitlərini borcun qaytarılmasına deyil, səhiyyənin ehtiyaclarına yönəldi bilsinlər.
Və Dünya Bankı ilə birlikdə biz ikitərəfli müqavilələr üzrə kreditorları çağırırıq ki, ən kasıb ölkələrin borclarına xidmət edilməsini dayandırsınlar.