Qarderobunuza göz gəzdirəndə heç vaxt geyinmədiyiniz və ya çox az istifadə etdiyiniz, bəlkə də ümumiyyətlə yaddan çıxardığınız paltar görmüsünüz? Əksər insan üçün bu sualın cavabı müsbətdir.
Eləcə də bax: Məşhur geyim brendlərinin - Yalanının Üstü Açılıb
FED.az xəbər verir ki, araşdırmalara görə, alınan paltarlar və geyimlərin 30 faizi ümumiyyətlə heç istifadə olunmur. İstifadə olunmayan məhsullar həm iqtisadiyyata, həm də təbiətə ziyan vurur. Hər il geyinilə bilən paltarların atılması 460 milyard dollar itki ilə nəticələnir. Bu vəziyyətin ən mühüm səbəblərindən biri də son 15 ildə geyim istehsalının 2 dəfə artması, geyimlərin istifadə müddətinin isə 36 faiz azalmasıdır. Çünki «sürətli dəb» trendi adlanan keyfiyyətsiz tekstil məhsullarının yarıdan çoxunun ömrü cəmi bir ildir.
FED.az xəbər verir ki, ABŞ-da il ərzində təxminən 17 milyon ton, Avropa İttifaqında isə 5,8 milyon ton paltar tullantı kimi atılır. İstehsalın artımı belə davam etsə, 2050-ci ildə geyim satışının 175 milyon tona çatacağı gözlənilir. 2050-ci ilə qədər isə hər il 150 milyon ton geyim yandırılacaq və ya atılacaq. Hazır geyimlərin kobud şəkildə utilizasiyası, yəni sadəcə yandırılması həm ekoloji problemlərə, həm də milyardlarla dollar itkilərə səbəb olur.
Paltarların yandırılması qadağan edilib
Vəziyyətin qarşısını almaq üçün müxtəlif ölkələr, tədbirlərə və qadağalara başlayıblar. Məsələn, Avropa İttifaqı 2025-ci il yanvarın 1-dən tekstil tullantılarının poliqonlara atılmasını və ya yandırılmasını qadağan edib. Belə geyimlər təkrar istehsala veriləcək. Bu sahədə böyük imkanlar var. Belə ki, hazırda toxuculuq və tekstil sənayesində cəmi 1% təkrar istehsaldan ibarətdir. 2025-ci ilə qədər isə tekstil tullantılarının 95%-ni təkrar emal ediləcək. Eyni prosesə Türkiyə də başlayıb.
Əslində insanlar özləri də bu məsələ ilə bağlı yeniliklər edə bilərlər. Yəni müştərilərin davranışı geyim dünyasına güclü təsir edə bilər.
Məsələ bundadır ki, əsas problemlərdən biri – lazım olduğundan artıq paltar almaqdır. Araşdırmalara görə, alınan geyimlərin 30 faizi, yəni sadə desək hər 3 paltardan və ya geyimdən biri heç vaxt istifadə olunmur.
İnsanların vəziyyəti dəyişmək üçün daha bir imkanı ekoloji cəhətdən təmiz yuyucu vasitələrin istifadəsi və paltarların aşağı temperaturda yuyulmasıdır. Bu – paltarların ömrünü uzadır.
Dəbdən geri qalan paltarları isə cüzi dəyişikliklərlə təkrar istifadə etmək mümkündür. Paltarları ikinci əl istifadə etmək, məhsulları atmadan təmir etmək kimi variantlar qarşıdakı illərdə daha çox gündəmdə olacaq. İş o yerə çatıb ki, dünyaca məşhur toxuculuq şirkətlərləri öz təmir sexlərini işə salmağa başlayıblar.