Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Bu barədə agentliyin məlumatında deyilir.
Eləcə də bax: BVF Azərbaycanın qeyri-neft gəlirləri üzrə proqnozunu - Açıqlayıb
FED.az xəbər verir ki, reytinq üzrə proqnoz “mənfi”dən "stabil"ə dəyişib.
“Reytinqlər ARDNF-nin aktivləri hesabına çox güclü milli və xarici balanslara və büdcə maliyyələ.mənin çevikliyinə əsaslanır. Digər tərəfdən, iqtisadiyyatın neftdən güclü asılılığını, idarəetmənin zəif göstəricilərini, həmçinin qərarların qəbul olunması prosesində, xüsusilə mübadilə məzənnəsi rejimi barəsində proqnozların və şəffaflığın olmamasını qeyd etmək lazımdır”, - agentlik qeyd edir.
Bank sektorunun yüksək dollarlaşması və ÜDM-in təxminən 40%-i, ixracın 86%-i və büdcə gəlirlərinin ikidə üç hissəsinin təşkil etdiyi karbohidrogen sektorundan asılılıq da reytinqə təsir edir.
Reytinq üzrə proqnozun nəzərdən keçirilməsi aşağıdakı əsas reytinq amillərini əks etdirir: pandemiya dövründə və son 6 ay ərzində neftin qiymətinin artımı ilə güclü xarici balansın qorunması; makroiqtisadi risklərin azalması; Qarabağda hərbi əməliyyatların bərpası risklərinin azalması.
“Fitch” qeyd edir ki, 2020-ci ilin sonuna xarici valyutada Azərbaycanın ümumi aktivləri $49,9 milyard həcmində qiymətləndirilir, bu da 2019-cu ilin sonuna olan göstəricidən $0,3 milyard çoxdur. Eyni zamanda, ARDNF-nin aktivləri $43,6 milyard həcmində qiymətləndirilir.
Agentlik vurğulayır ki, 2020-ci ildə ARDNFneftin qiymətinin ucuzlaşması şəraitində məzənnənin sabit saxlanması məqsədilə valyuta hərraclarında $7,3 milyard məbləğində xarici valyuta satıb, bu da 2019-cu ilin göstəricisindən $0,7 milyard çoxdur.
“Dağlıq Qarabağda atəşkəsə dair saziş və uzun müddət ərzində saxlanacağını gözlədiyimiz, rusiyalı sülhməramlı qüvvələrinin orada olması, Ermənistanla münaqişəyə qayıdışı az ehtimal olunur. Lakin sərhədlərin açılması və Azərbaycan, Ermənistan və qonşu ölkələr arasında əlaqələrin yaxşılaşması məqsədilə infrastruktura sərmayələrin yatırılması daxil olduğu son siyasi həll, siyasət baxımından mürəkkəb vəzifədir və Ermənistanda seçkilərin nəticələrindən asılı olacaq. Azərbaycan hökuməti 44 günlük müharibə nəticəsində azad olunmuş ərazilərin inkişafına yönələn xərclərə üstünlük verir”, - agentliyin məlumatında deyilir.
Müsbət reytinq fəaliyyəti və ya reytinqin yüksəlməsinə gətirəcək əsas amillər aşağıdakılardır: Azərbaycanın siyasətinin əsalarının şəffaflıq və proqnozlaşdırılmasının artırılması, bura mübadilə məzənnəsi siyasəti daxildir, hamsı ki, ölkənin xarici şoklarla başa çıxmaq qabiliyyətini gücləndirir və makrovalitilliyi azaldır; xarici balansın gözəçarpan dərəcədə möhkəmlənmsi, misal üçün neftin proqnozlaşdırılandan stabil daha yüksək qiyməti səbəbindən; ÜDM-in artım templərinin şaxələndirilməsi.
Mənfi reytinq fəaliyyəti və ya reytinqin endirilməsinə gətirəcək əsas amillər aşağıdakılardır: uzun zaman ərzində neftin qiymətinin ucuzlaşması, bu da ölkənin xarici ehtiyatlarının azalmasına gətirə bilər; makroqitisadi siyasətdə dəyişikliklər, hansılar ki, mübadilə məzənnəsi, bank sektoru və dövlət maliyyəsinə mənfi təsir edə bilər. (İnterfaks)