Ermənistan Azərbaycandan mal idxalında maraqlıdır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan iki ölkə arasında ticarət əlaqələrinin inkişaf perspektivləri ilə bağlı sualı şərh edərkən bildirib.
O qeyd edib ki, iki ölkənin ticarət perspektivləri haqqında elmi məqalə də hazırlayıb.
"Xüsusilə, biz nümayiş etdirdik ki, Azərbaycanın ixracının əhəmiyyətli hissəsi bizim idxal tələbatımıza uyğun gəlir və əksinə. Yəni biz bir-birimizə çoxlu mal sata bilərik", - nazir qeyd edib.
Ermənistanın Türkiyə ilə ticarətinə gəlincə, onun dəyəri ildə 750-800 milyon ABŞ dollarına qədər arta bilər [2024-cü ildəki 336 milyon dollarla müqayisədə - red.]", - G. Papoyan deyib.













