“Enerji resurslarının gələcəyi hansı şəkildə ola bilər?” sualına cavab tapmaq üçün bir çox alimlər bu mövzuda araşdırmalar aparmışlar. Mövzu ilə bağlı Huffingtonpost-un hazırladığı bir möhtəşəm videonu sizin nəzərinizə çatdırmaq istərdik.
Biz artıq günəş enerjisi, külək enerjisi və hətta hidroenerji deyilən məfhumlarla tanışıq. Lakin məsələ enerjinin gələcəyi ilə bağlı olduqda qeyd etdiyimiz yenidən bərpa olunan enerji mənbələri tezliklə köhnəlmiş ola bilər. Alimlər və mühəndislər indi daha böyük effektivlik və davamlılığa nail olmaqdan ötrü enerjini istehsal etmək məqsədilə istifadə etdiyimiz bərpaolunan enerji mənbələrinin yeni versiyalarını yaradırlar.
“Növbəti kateqoriya mövcud olan, lakin birləşdirilməyən elementləri birgə birləşdirmək növüdür”, deyə Alimlər Cəmiyyətinin Energetika üzrə Baş Analitiki Con Rocers telefon müsahibəsində Huffington Post-a bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, ağlımıza gələn ilk şey günəş sistemi və külək….. ya da günəş istisinin əvvəllər yönləndirilmədiyi yerlərə istiqamətləndirilməsidir”.
Lakin bu da son deyildir. Termonüvə enerjisi ilə bağlı işlər davam edir və alimlər həmçinin digər fəzalardan olan enerjini də istifadə etmək üsullarını tədqiq edirlər. Yuxarıdakı videoya baxarkən siz gələcəyin bir neçə maraqlı və inanılmaz enerji mənbələri ilə tanış ola biləcəksiniz, həmçinin gələcəyin çox şey vəd edən enerji mənbələri ilə də aşağıdakı məlumatdan tanış ola biləcəksiniz.
Kömür və ya neft kimi təbii yanacaq növləri bizi enerji ilə təmin edir, lakin onlar güclü çirklənmələrə, iqlim dəyişikliklərinə və hətta müharibələrə belə səbəb olur. Buna görə də alimlər gələcəkdə evlərimizi və maşınlarımızı enerji ilə təmin edə biləcək yenilənən və alternativ enerji mənbələrini axtarırlar.
Bəs görəsən gələcəkdə biz enerji məsələsi ilə bağlı nə gözləməliyik? Bununla bağlı hazırda alimlər araşdırmalar aparır və ürəkaçan vədlər verirlər. Onlar su, külək və günəş enerjisi kimi bərpaolunan ehtiyatları hibrid versiyalarla birləşdirməyə ümid edirlər. Lakin bunlardan başqa elə istifadə edilməmiş bərpaolunan enerji mənbələri də vardır ki, onların gələcəkdə istifadəsi indi elmi-fantastik bir anlayış kimi səslənsə də, gələcəkdə tamamilə real bir şey ola bilər.
Aşağıda bu məsələyə daha ətraflı toxunmuşuq.
1. Biz kosmosdan enerji ala bilərik.
Hazırda bu, bir az inanılmaz səslənə bilər, lakin mümkündür. Yaponlar hazırda bu fikrin reallaşdırılması üzərində çalışırlar. Onlar kosmosda günəş enerjisi stansiyası, xüsusilə də günəş kollektoru (günəş panellərinə bənzər) adlandırdığımız bir neçə kollektordan ibarət olan nəhəng peyk inşa etməyi planlaşdırırlar. Güman edilir ki, həmin kollektorlar günəş enerjisini tutub saxlayacaq və sonra dolayı yolla bunu Yer kürəsinə ötürəcəklər. Enerji bizim yer kürəmizə lazer şüaları və ya mikrodalğalar şəklində ötürüləcəkdir. Qeyd edək ki, bu konsepsiya hələ erkən işlənilib hazırlanma mərhələsindədir.
2. Günəş panelləri ən qeyri-adi səslənən yerlərdə qurula bilər
Artıq biz yer kürəsində günəş enerjisini damlar, örtülər və hətta pəncərələrdəki günəş batareyalarından alırıq. İndi isə bu günəş batareyalarını demək olar hər yerdə görə bilərik. Məsələn, Koreyada mühəndislər velosiped yolunu örtən, ondan ötüb keçmək üçün tuneli təmin edən günəş batareyaları sırasını qurmuşlar. Digər tərəfdən, Niderlandda mühəndislər velosiped yolunun üst səthinə enerji verən günəş batareyalarını yerləşdirmişlər. Kaliforniyada isə günəş batareyaları nəinki enerji vermək, eyni zamanda suyu buxarlandıra bilən günəş işığının qarşısını almaq üçün su rezervuarları üzərində yerləşdirilmişdir. Ölkədə baş verən davamlı quruluq hadisəsini nəzərə alaraq bu, çox vacib məqamdır.
3. Steroidlərdə külək-günəş hibridini müşahidə edə bilərik.
Plan Arizona səhrasında ekoloji baxımdan təmiz enerji istehsal edəcək 2235 fut hündürlüyündə olan iri qüllə inşa etməkdən ibarətdir. Bu, dünyada ikinci ən böyük və ən hündür struktur ola bilərdi. Bu qüllənin işləmə prinsipi belə olacaqdı: Nasoslar seriyasının köməyilə su qüllənin ən hündür nöqtəsinə ötürüləcəkdi; duman yaradaraq su qüllənin tunel dəliyi adlanan hisəsinə daxil ediləcəkdi; orada duman quru hava, günəşlə qızdırılan səhra havası ilə qarışacaqdı; həmin quru hava su hissəciklərini udacaq və ağırlaşacaqdı, nəticədə, bunun tuneldən çıxmasına və fundament hissədə turbinlərdə fırlanan küləyin yaranmasına səbəb olacaqdı. Yekunda, enerji generatorları elektrik enerjisi yaradacaqdılar.
4. Ərintidən enerji ala bilərik
Bəli, burada söhbət termonüvə enerjisindən gedir. Bu, bərpaolunmayan enerji ola bilər, lakin gələcəyimiz üçün qiymətli enerji mənbəyi kimi də qala bilər.
Bu enerji hidrogen 100 milyon dərəcə Selsidən artıq temperatura çatdıqda yaranır. Həmin nöqtədə hidrogen yüksək enerjili maqnit saxlama sistemindən ibarət olur, orada hidrogen atomları müsbət yüklənir, elektronlardan ayrılır, helium yaratmaq üçün əriyir. Bu ərinti enerji yaradır.
Bütün bəşəriyyətin mövcudluğu üçün bizim enerjinin böyük hissəsi nüvə sintezindən əmələ gəlir. Buna görə də beynəlxalq araşdırmalar qrupu dünyanın ilk elektrik istehsal edən termonüvə stansiyasını layihələndirib, ola bilsin işə salacaqlar. Bu stansiya ən tez təxminən 2027-ci ildə enerji istehsal etməyə başlayacaqdır, lakin alimlər səmərəli mənbə kimi termonüvə (ərinti) enerjisini daha tez üsulla işləyib hazırlamağın yolları barədə artıq düşünürlər.
Təxminən 225 il bundan əvvəl binaları, maşınları və nəqliyyatı hərəkətə gətirən enerji mənbələri neft və təbii qaz idi. Lakin gələcəkdə bir az fərqli enerji mənbələrinin olacağı gözlənilir.
Demək olar, bütün enerji mənbələri günəşlə bağlıdır. Günəşin bizim ən böyük enerji mənbəyi olaraq qalacağını, yoxsa kosmik günəş və ya hətta süni birləşmələrlə bağlı daha irəli gedəcəyimizi düşünürsünüz? Ümumiyyətlə, enerjinin gələcəyini necə görürsünüz? Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.
Mənbə: huffingtonpost.com