Bloomberg yazır ki, dünya ərzaq böhranı ilə üz-üzədir. Müəlliflər planetdə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətin kəskinləşməsinin əsas amilləri kimi Rusiyanın taxıl sazişindən çıxmasını, Avropa və Amerikada görünməmiş istilər, habelə Hindistanın düyü ixracına tətbiq etdiyi məhdudiyyətləri qeyd edirlər.
Hindistan ağ düyü ixracını - QADAĞAN EDİB
FED.az xəbər verir ki, temperaturun yüksəlməsi məhsullar, meyvə istehsalı və süd məhsulları ilə bağlı problemlər yaradır. Belə ki, cənub Avropa regionunda istilər inəklərin südveriminə, pomidor və dənli bitkilərin məhsuldarlığına mənfi təsir göstərir. Asiyada hava şəraitinin (El Nino) yaratdığı düyü ilə bağlı problemlər var, ərzaq inflyasiyası yüksəlir.
USDA bu il buğda istehsalının 16 faiz, digər yaz sortlarının isə bir faiz azalacağını proqnozlaşdırır. Eyni zamanda, nəqliyyat problemləri ərzaq təhlükəsizliyini kəskinləşdirə bilər.
Avropada quraqlıq İtaliya, İspaniya və Portuqaliyada taxıl istehsalının ötən illə müqayisədə 60 faiz aşağı düşməsinə səbəb olub və ola bilsin ki, Avropa İttifaqında son 15 ildə ən pis taxıl məhsulu əldə edilib.
Dünyanın ən böyük düyü ixracatçısı olan Hindistan, daxili qiymətləri aşağı saxlamaq üçün bu həftə dünya əhalisinin təxminən yarısı üçün əsas qida olan əmtəənin iqxracını məhdudlaşdırıb. Rusiya Ukrayna taxılının Qara dənizdən təhlükəsiz keçməsinə icazə verən sazişdən çıxıb. (Marja)
Bütün bunlar yenə də ərzaq təhlükəsizliyi və qiymətlərlə bağlı narahatlıqları artırır. Supermarket rəflərində qiymətlərin daha da artması riski var. (Marja)