Qvineyada baş verən dövlət çevrilişi bu Afrika ölkəsinin siyasi həyatından çox, dünyanın metal bazarına təsir edib.
Eləcə də bax: Azərbaycan alüminium ixracından gəlirlərini - 42% Artırıb
FED.az xəbər verir ki, cümə günü, sentyabrın 10-da London metal birjasında (LME) alüminiumun 1 tonunun qiyməti 2,9 min dolları keçərək 13 illik rekord vurub. Sonuncu dəfə birjada belə qiymətlər 2008-ci ildə olub.
Qvineya dünyanın ən böyük alüminium boksit (alüminiumun xammalı) istehsalçılarından biridir - bazarın 25%-i bu ölkənin payına düşür.
Xatırladaq ki, sentyabrın 5-də Qvineyada xüsusi təyinatlıları polkovnik Mamadi Dumbuinin başçılığı ilə ölkənin prezidenti Alfa Kondeni həbs edib və ölkədə çevriliş etdiklərini açıqlayıblar. Dövlət kanallarında xalqa müraciətində qiyamçı polkovnik hökumətin və parlamentin buraxıldığını, Konstitusiyanın dayandırıldığını və sərhədlərin bağlandığını elan edib.
Bu hadisəyə xarici ölkələr və BMT-dən əvvəl alüminium bazarı reaksiya verib – birjada alüminiumun qiyməti sürıtlə artmağa başlayıb.
Xatırladaq ki, Qvineyada ildə 50 milyon ton boksit istehsal edilir, Bu Avstraliya və Çindən sonra 3-cü göstəricidir, amma ehtiyatların həcminə görə Qvineya 1-ci yerdədir – 7,4 milyard ton. Ona görə də bu ölkədə baş verən istənilən dəyişiklik qiymətərə dərhal təsir edir.
Alüminium isə dünyada hər il 60 milyon ton istehsal edilir, bunun yarıdan çoxu Çinin, hərəyə 4 milyon ton Rusiya və Hindistanın payına düşür.
Dünyanın ən byöük alümünium istehsalçısı Çindir – Qvineyadan ixrac olunan xammalın 55%-i də Çinə gəlir. Çevrilişdən əvvəl də alümüniumun qiyməti artmaqdaı idi – məsələ bundadır ki, Çində də yeni ekoloji tələblər qüvvəyə minib, yəni hökumət şirkətlərdən havaya buraxılan karbon qazını (CO2) azaltmağı tələb edir. Bu səbəbdən də zavodlar cərimə və sanksiyalarla üzləşməmək üçün tədricən istehsalı, o cümlədən alüminium istehsalını azaldırlar. Nəticədə ilin əvvəlindən bəri qiymətlər 40% artmışdı. Çevrilişdən sonra isə qiymətlər ümumiyyətlə rekordlar vermağa başlayıb.
Doğrudur, qiyamçı polkovnik Mamadi Dumbuya xammal hasil edən mədənləri işlərini davam etdirməyə çağırıb və bildirib ki, indiki müqavilələrə əməl ediləcək. Amma bazarda narahatlıq qalmaqdadır.
Qeyd edək ki, dünya iqtisadiyyatında alüminium ən müxtəlif sahələrdə istifadə edilir. Bura kosmik raketlər, təyyarə istehsalı, avtomobil və digər texnikaların istehsalı, tikinti, ev əşyaları, hətta, «Kola» və digər içki qabları və dondurma folqaları aiddir.
Təkcə bu ilin ilk yarısında dünyada alüminiuma tələbat 12% artıb, istehal isə cəmi 5,7% yüksəlib. Ekspertlərin fikrincə, 2021-ci ildə alüminium bazarında qlobal 1,1 milyon ton defisit olacaq.
Alüminiumun bahalaşması bu metalın istehsalçıları üçün sərfəli olub. Ötən il pandemiyaya görə, onlar böyük zərərlə üzləşmişdilər, indi isə itirilən mövqelər geri qayıtmağa başlayıb. Məsələn, Rusiyanın məşhur alüminium istehsalçısı olan «Rusal»ın səhmləri Honkonq birjasında 15% bahalaşaraq 2012-ci ildən bəri rekord vurub.
«Citigroup»un proqnozlarına görə, 2021-ci ildə alüminiumun orta qiyməti 2475 dollara, 2022-ci ildə isə 3010 dollara yüksələ bilər.
Ümumiyyətlə, 2021-ci ilin əvvəlindən alüminiumun qiyməti təqribən 2 dəfə artıb.