Çin hökuməti ABŞ-a nadir torpaq metallarının ixracına tətbiq edilən qadağanı müvəqqəti olaraq dayandırıb.
FED.az xəbər verir ki, bu haqda məlumatı “Reuters“ yayıb.
Çinin Ticarət Nazirliyi 2024-cü ilin dekabrında qüvvəyə minən ixrac qadağasının 27 noyabr 2026-cı ilədək dayandırıldığını bildirib.
Bu, ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpinin Cənubi Koreyada görüşündən sonra mümkün olub. (Apa)













