FED.az xəbər verir ki, Bloomberg agentliyi dünyanın ən «bədbəxt» iqtisadiyyatlarının yeni siyahısını açıqlayıb – siyahıya Venesuela başçılıq edir. Xatırladaq ki, bu reytinq ölkələr üzrə inflyasiya və işsizliklə bağlı proqnozlara əsaslanır. Bu il reytinqdə 66 ölkə yer alıb. Pis xəbərlərdən biri də odur ki, siyahıda qardaş Türkiyə də yer alıb.
Ölkənin «bədbəxtlik» indeksi ona əsaslanır ki, inflyasiyanın və işsizliyin aşağı olması ölkə vətəndaşlarını yaxşı yaşamasının göstərici sayılır. Bununla yanaşı, daimi aşağı qiymətlərin olması həm də ölkədə istehlakın aşağı olmasının göstəricisidir. Həddən artıq aşağı işsizlik isə işçilərə zərərdir və onları işə düzəlməyə stimullaşdırmır.
Agentliyin gəldiyi nəticə ümumidikdə dünyəvi proqnozları əks etdirir. Ümumilikdə dünya üzrə müsbət göstəricilər qedə alınıb: 2018-ci ildə dünya iqtisadiyyatının 3,7% artımı gözlənilir.
Bloomberg agentliyinin versiyasına görə, dünyanın ən bədbəxt 10 iqtisadiyatı bunlardır:
1. Venesuela
İndeks: 1872,0
Venesuelanın «bədbəxtlik» indeksi 1872-yə bərabərdir və ölkə ardıcıl olaraq artıq 4-cü ildir ki, dünyanın ən pis iqtisadiyyatı sayılır. Özü də Bloomberg-in ekspertləri hesab edir ki, 2018-ci ildə Venesuelada vəziyyət azı 3 dəfə daha pis olacaq. Belə ki, 2017-ci ildə ölkənin «bədbəxtlik» indeksi cəmi 499,7 idi.
2. Cənubi Afrika Respublikası
İndeks: 33,1
Afrikanın ən cənubunda yerləşən Cənubi Afrika Respublikası dünyadad ikinci «bədbəxt» iqtisadiyyata malikdir. Agentliyin hesablamalarına görə, CAR-dakı 49 milyon nəfər əhalidən yalnız 18 milyon nəfəri iş qailiyyətlidir. Əhalinin 6%-i xidmət sektorunda, 25% sənayedə, 9% isə kənd təsərrüfatında məşğuldur.
3. Argentina
İndeks: 27,1
Bu ölkənin əsas problemi sənaye müəssisələrinin yerləşməsi ilə bağlıdır. Sənaye obyektlərinin yarıdan çoxu Böyük Buenos-Ayresdə yerləşir.
4. Misir
İndeks: 36,4
İnkişaf etmiş turizm infrastrukturu, xaricdə yaşayan vətəndaşların göndərdiyi pul göndərişləri. İlk baxışan hər şey yaxşıdır. Amma terrorizm təhlükəsi turizmdən gələn gəlirləri azaldıb.
5. Yunanıstan
İndeks: 20,6
Dünya maliyyə böhranı səbəbindən Yunanıstan iqtisadiyyatı 2009-cu ilin sonunda çətin vəziyyətdə idi: büdcə kəsiri ÜDM-nin 12,7%-nə çatırdı. Avrozonada isə buraxıla bilən hədd cəmi 3% idi.
Həmn vaxt Avropa İttifaqının 16 ölkəsi və BVF Yunanıstana 110 milyard avroluq (80 milyard avro Aİ-dən, 30 mlyard avro BVF-dən) maliyyə dəstəyi göstərmək barədə razılığa gəldilər. Bir şərtlə ki, Yunanıstan ixtisarlara getməli, maaşları azaltmalı, pensiya yaşını və vergiləri artırmalıydı. Bu tədbilər isə öz növbəsində tətil və nümayiş dalğasına, iğtişaşlara səbəb olmuşdu.
6. Türkiyə
İndeks: 20,6
Türkiyədə turizm xidmətləri və infrastrukturu yaxşı inkişaf edib. Ölkənin əsas kreditorları BVF və Dünya Bankı, eləcə də Avropa İttifaqının böyük fondlarıdır. Türkiyənin bu mənbələrdən aldığı kreditlərin ümumi məbləği 30 milyard dolları keçib .
7. Ukraina
İndeks: 17,8
Ukraynada bazar iqtisadiyyatı qurulsa da, dövlətin rolu da hələ çox yüksəkdir: ölkə iqtisvadiyyatındakı 140 iri müəssisənin sahibi dövlətdir. Eləcə də dövlət əsas ərzaq məhsulları və yanacaq-sürkü materialları da daxil olmaqla müxtəlif sahələrdəki qiymətləri tənzimləyir.
8. İspaniya
İndeks: 17,3
İspaniya iqtisadiyyatı Avropa İttifaqında böyüklüyünə görə 5-ci yeri tutur. Amma dünyanın ən byöük iqtisadiyyatlarından biri olmasına baxmayaraq İspaniya bir sıra çətinliklərlə üz-üzədir. Bura böyük dövlət borcu, həddən artıq yüksək işsizlik, hiss olunan regional fərqlər – hansı ki, separatizmə səbəb olur – aiddir.
9. Braziliya
İndeks: 15,8
Braziliya iqtisadiyyatının həcminə görə, dünyada 9-cu, alıcı qabiliyyəti həcminə görə isə 7-ci yeri tutur. Burada aparılan iqtisadi islahatlar ölkəni dünyada tanıdıb. Amma iqtisadi göstəriciləri – inflyasiya və işsizlik üzrə proqnozlar ölkəni «bədbəxt» iqtisadiyyatlar siyahısına salıb.
10. Səudiyyə Ərəbistanı
İndeks: 15,4
Səudiyyə Ərəbistanı iqtisadiyyatının 45%-ni neft sektoru təşkil edir. Eləcə də büdcə gəlirlərinin 75%-ni və ölkədən ixracın 90%-ni neft sektoru təşkil edir. Ölkənin təsdiqlənmiş neft ehtiyatları 260 milyard barreldir (dünyadakı neft ehtiyatlarının 24%-i).
11. Serbiya
İndeks: 14,7
Serbiya iqtisadiyyatı keçid dövründədir. Bazar iqtisadiyyatının inkişafına baxmayaraq, indiyədək dövlət iqtisadiyyatda böyük paya maikdir. İqtisadiyyat istehsala və ixraca əsaslanır vıə daha çox iri xarici investisiyalardan asılıdır
Mənbə: caspianbarrel.org
Bloomberg: Dünyanın ən bədbəxt 11 iqtisadiyyatı
09:24
20 Fev 2018