Son vaxtlar ölkədə baş verən iqtisadi dəyişikliklər, o cümlədən bank-kredit sahəsindəki proseslər, eləcə də iqtisadi çətinliklərin şirkətlərin işinə təsiri iqtisadi mübahisələrin sayını və çeşidini artırıb.
İqtisadi mübahisələr və onların həlli yolları ilə bağlı "FED.az"-ın suallarına «HS Hüquq Mərkəzi»nin rəhbəri Hüseyn İsmayılov cavab verir.
- Hüseyn bəy, əvvəlki vaxta, məsələn bir il əvvələ nisbətən Azərbaycanda iqtisadi mübahisələrin sayı artıb, yoxsa azalıb?
- İqtisadi mübahisələr artıb və bu proses davam etməkdədir. Məsələn əvvəllər bizim şirkətə və mənə edilən müraciətlərin 60-70%-i mülki işlərlə, yalnız, qalan hissəsi iqtisadi mübahisələrlə bağlı idisə, hazırda bu nisbət tamamilə əks istiqamətdə dəyişib. İşlərin 60-70%-i iqtisadi mübahisələrlə bağlıdır.
Əvvəllər mülki işlər əmlak məsələləri ailə nigah la bağlı idi. İndi isə bank, kredit müqavilədən irəli gələn problemlərlə əlaqədardır.
- Tərəflər məhkəməyə başlamazdan əvvəl bu mübahisəni özləri həll etməyə çalışırlarmı?
- Azərbaycanda belə bir praktika var, xüsusilə də hüquqi şəxslər arasında. Adətən hüquqi şəxslər problemi danışıqlar yolu ilə həll etməyə çalışırlar. Yəni onların nümayəndələri bunun üçün görüşüb məsələni müzakirə edirlər. Ümumiyyətlə qanunvericiliyə görə də, iqtisadi mübahisələrin məhkəməyə çatmasına qədər tərəflər bir-birlərini xəbərdar edib iddiaları barədə məluma verməlidirlər. Buna pretenziya qaydası deyirlər.
- Bu nə deməkdir?
- Bu o deməkdir ki, hər hansı şəxs digərini iqtisadi mübahisəyə görə məhkəməyə verməzdən əvvəl ona pretenziyasını göstərməlidir. Yəni şirkət qarşı tərəfə bildirir ki, məsələn, sizin bu qədər borcunuz var və biz sizi məhkəməyə verməyi planlaşdırırıq. Qarşı tərəf bununla bağlı heç bir iş görmürsə iş artıq məhkəməyə verilir.
- Bəs fiziki şəxslərdə necə?
- Fiziki şəxslərdə iqtisadi mübahisənin məhkəmədən kənar yolla həlli daha az baş verir. Çünki əgər sizin bankla probleminiz varsa, onu məhkəməsiz necə həll etmək olar? Şəxs banka müraciət edib krediti qaytara bilmədiyini deyirsə, bunun yeganə yolu məhkəməyə müraciət etməkdir.
- Əsas mübahisələr kiminlə olur – xaricilərlə, yoxsa yerlilərlə?
- Əlbəttə ki, həm yerli, həm də xarici şirkətlərlə iqtisadi mübahisələr olur.
- Bunlar necə mübahisələr olur və adətən kimin günahı üzündən yaranır?
– Müxtəlif səbəblərdən olur. Bir misal deyim, bu ilin yaz aylarında Azərbaycanın böyük tikinti şirkətlərinin bir xarici şirkətlə, Türkiyə şirkəti ilə mübahisəsi olmuşdu. Onlar 2014-cü Gürcüstanda böyük bir tikinti layihəsi aparırdılar, bizim şirkətin şəriki də Türkiyənin iri tikinti şirkətlərindən biri idi. Amma 2016-cı ildə şirkətlər arasında mübahisə yarandı və Türkiyə şirkəti öz üzərinə düşən ödəmələri etməyi dayandırdı. Bununla bağlı şirkətlərin arasında aylarla danışıqlar, müzakirələr getsə də, nəticəsi olmadı və iş məhkəməyə çıxdı.
- Türkiyə şirkəti ödəniş etmədiyini nə ilə əsaslandırırdı?
- Onların arqumentləri o idi ki, Azərbaycan şirkəti müqavilə üzrə öhdəliklərindən bəzilərinə əməl etməyib. Buna görə də iş məhkəməlik oldu.
- Bəs yerli şirkətlərlə işlər nə yerdədir?
- Bizdə yerli hüquqi şəxslər arasınd mübahisələr əksər hallarda o vaxt baş verir ki, tərəflərdən birinin vəziyyəti kəskin şəkildə pisləşsin. Yəni həmin şirkət ya müflis olur, ya da idarəçiliyində hansısa problem yaranır və müqavilə öhdəliklərini yerinə yetirə bilmirlər. Məsələn, tikinti müqavilələrində bəzən subpodratçının pulu çatmır və o işi tamamlamaq üçün podratçıdan əlavə pul istəyir. Podratçı da indiyədək ona ödəniş etmiş olur, və əlavə ödənişdən imtina edir. Nəticədə subpodratçı işini görə bilmir və arada mübahisə yaranır.
- Başqa hansı mübahisələr olur?
- Əksər hallarda bank-kredit müqavilələri və onlara əməl olunmaması üzrə məhkəmələr var. Məsələn, vaxtilə şirkətlər və fiziki şəxslər dollarla yüksək məbləğlərdə kreditlər götürüblər. İndi isə dolların məzənnəsi artdığına görə, şirkət onu ödəyə bilmir və bankla aralarında mübahisə yaranır.
- Şirkət krediti qaytarmaq iqtidarında olmayanda məhkəmə bu işi necə həll edir – öhdəliyi təsisçilərin üzərinə qoyur, yoxsa şirkətin əmlakından tutulur?
- Bizdə şirkətlərin əksəriyyəti MMC olduğuna görə, onların təsisçiləri demək olar ki, məsuliyyət daşımırlar. Belə hallarda məhkəmə işin hallarından asılı olaraq elə qərar çıxarır ki, borcu olan şəxs onu mütləq şəkildə ödəsin. Ödəmənin hansı formada, hansı mərhələlərlə və ardıcıllıqla həyata keçirilməsi isə məhkəmədən sonra həll edilir.
- Bəzən belə hallar olur ki, şirkətlərin və ya fiziki şəxslərin arasında borc müqaviləsi olanda qarşı tərəfin adında əmlak olmadığına görə, məhkəmələr bu borcun çox cüzi hissələrlə, bir neçə il ərzində ödənilməsi barədə qərar qəbul edirlər. Bu nə qədər geniş yayılmış haldır və nə qədər ədalətlidir?
- Mən deyərdim, adətən hüquqi şəxslərlə bağlı belə hallar baş vermir. Çünki hüquqi şəxslərin müəyyən qədər əmlakı olur. Yəni bu şirkət yüksək məbləğdə kredit götürübsə, deməli onun əmlakı, müəyyən aktivləri, ofisi və s. var. Elə olduqda həmin kredit məbləği bu şirkətin əmlakına yönəldilir.
Sizin xatırlatdığınız hallar adətən fiziki şəxslərlə bağlı olur. Yəni bəzən adamın vəziyyəti o qədər pisləşir ki, o krediti heç cür qaytara bilmir. Məsələn, bir şəxsin banka 10 min manat borcu varsa, və o ayda 300 manat pensiya alırsa, başqa gəliri və əmlakı yoxdursa, onun bu borcu birdəfəyə ödəməsi inandırıcı deyil. Belə halda məhkəmənin borcun ayda 100 manatdan olmaqla ödənilməsi barədə qərar qəbul etməkdən başqa yolu qalmır.
- Dediyiniz kimi, bəzən kredit mübahisələrində müştərinin əmlakı banka ötürülür. Amma məlumdur ki, bu hələ işin hamısı deyil, bu əmlakı hələ satıb pula çevirmək lazımdır…
- Bəli, bu uzanan prosesdir. Çünki əvvəlcə məhkəmə tərəflərin haqlı-haqsız olması barədə qərar verir, sonra kreditin hər hansı əmlaka yönəldilməsi baş verir. Həmin əmlak hərraca çıxarılır, satılarsa, onun pulu ilə kredit ödənilir.
- Banklar qarşı tərəfin əmlakını almaqdansa, kreditin özünü güzəştlə olsa istəməyə çalışırlarmı? Çünki dediyiniz kimi, əmlakı satıb pula çevirmək də asan proosedur deyil.
- Doğrudur, əmlakın tez satılıb pula çpvrilməsi problemdir, ona görə də onlar kreditin mümkün qədər pul şəklində ödənilməsini istəyirlər. Çalışırlar ki, heç olmasa əsas məbləği pul şəklində «xilas etsinlər». Amma bu variant mümkün olmayanda məcbur olurlar, əmlakı almağa razılaşsınlar.
- Ola bilər ki, bank əmlakı alıb bu qədər çətinliklərlə üzləşməkdənsə, kreditin heç olmasa bir hissəsinin ödənməsini istəsinlər, qalan hissəni isə müştəriə güzəştə getsinlər?
- Mənim təcrübəmdə belə hal olmayıb. Çuni banklar adətən güzəştə getmirlər. Onlar ancaq cərimə məbləğini güzəştə gedirlər. Borcun əsas hissəsi və hesablanan faizləri almaq onlar üçün vacibdir. Ona görə də onlar bu pulu son qəpiyinə kimi almağa çalışırlar.
- Bəs buna nail olurlar?
- Bəli olurlar, çünki ortada müqavilər var, burada tərəflərin hüquq, vəzifə və öhdəlikləri aydın göstərilib.
- Mubahisələr iqtisadiyyatın ən çox hansı sahələrində olur?
- Ən çox iqtisadi mübahisələr müqavilələrdən əmələ gələn mübahisələrdir. Bunun içərisində tikinti müqavilələri, xidmət müqavilələri, alqı-satqı müqavilələri və s. olur.
- Alqı-satqı müqavilələri ilə bağlı hansı problemlər olur?
- Məsələn beynəlxalq alqı-satqı müqavilələri olur, bəzən onların icrası, yəni malın göndərilməsi gecikir. Ya da mal gəlir gömrük məntəqəsində qalır, burada qaldığı hər günə görə, komissiya haqqı ödəmək lazım olur. Bu zaman pulu hansı tərəfin ödəyəcəyi də müqavilədə göstərilir. Ya da tələb olunan mal gəlib çıxmaya bilər. Və ya qablaşdırılmısı düzgün olmadığına görə, yolda korlana bilər və s.
- Hazırda geniş yayılan mübahisələrdən biri də icarə ilə bağlı olur. Əmlakın sahibi əlavə tələblər irəli sürür və ya icarə haqqını artırır. Yaxud da qarşı tərəf ödənişi etmir və s. Belə halların səbəbi nədir?
- Belə halların yaranmasının əsas səbəbi münasibətlərdəki boşluqlardır, yəni müqavilənin olmaması. Əslində bütün icvrə münasibətləri müqavilə ilə rəsmiləşdirilməlidir. Amma bəzən azərbaycanlılar qeyri-rəsmi razılışmaya üstünlük verirlər. Nəticədə belə hallar yaranır.
- Mubahisələr adətən hansı məbləğlər ətrafında olur? Yəni mübahisəli məbləğ hansı həddi keçəndə məhkəməyə üz tuturlar?
- Olub ki, 200-300 manata görə də məhkəmə mübahisəsi yaranır.
- Uduzan tərəflər özlərini necə aparırlar? Yəni məhkəmənin qərarı ilə razılaşıb onu icra edirlər, yoxsa, mübahisəni davam etdirirlər?
- İqtisadi mbahisələrdə əksər hallarda uduzan tərəf qərarla razılaşmayıb apellyasiya verir, hətta ali məhkəmədə kassasiyaya qədər mübahisəni davam etdirirlər. İş axıradək uzanır. Yəe tərəflir bir-birlərinə kəskin şəkildə tələblər irəli üsürürlərsə və ya qarşı tərəfin də iddialarını qəti şəkildə rədd edirlərsə, bu məsələ uzanır, Ali Məhkəməyə qədər gedirlər. İşlərin təqribən 80%-i apellyasiya və kassasiyaya kimi davam edir.
- Bunun səbəbi nədir? Axı iqtisadi mbahisələrdə hər şey sənədlərlə rəsmiləşdirilmiş olur? Yəni kimin günahkar olub-olmamasını aydınlaşdırmaq çətin olmamalıdır. Mübahisənin davam etməsi məhkəməyə inamın olmaması ilə bağlıdır, yoxsa sadəcə prinsip məsələsidir?
- Adətən bu hal tərəflər arasındakı mnasibətlərdə yaranan boşluqlara görə yaranır. Ya da tərəfilərdən birinin iqtisadi vəziyyətinin pisləşməsi ilə bağlı olur.
Məsələn, mənim baxdığım işlərin birində bizim şirkətlərdən biri türk şirkətlərindən biri lə alqı-satqı müqaviləsi bağlamışdı. Müqaviləyə əsasən türk şirkəti hansısa elektrik avadanlıqlarını Türkiyədən Azərbaycanın Qazax rayonuna gətirib orda təhvil verməliydi. Amma pulun bir hissəsinin (avansın) dənilməsinə baxmayaraq həmin tərup şirkəti malı gətirməyib. Bununla bağlı məhkəmədə mən Azərbaycan tərəfini təmsil edirdim və türk tərəfi müşavilədəki maraqlı maddəni bizim qarşımıza çıxardı.
Həmin maddədə yazılıb ki, malları gətirmək üçün Azərbayan şirkəti Qazaxda hzəmin malların yerləşdirilməsi üçün yer ayırmalı və bunu təhvil-təslim aktı ilə qarşı tərəfə verməlidir. Türk tərəfi bildirdi ki, məhz bu maddəyə əməl olunmadığına görə malı gətirməyib. Bunu təsdiqləmək üçün isə yüzlərlə mail yazışmaları da ortaya çıxardı ki, bu yazışmalarda onlar dəfələrlə yazıblar ki, bizə yer göstərinmal gətirək. Sadəcə bizim şirkətin müvafiq işçilərinn səhlənkarlığı nəticəsində, eləcə də rəhbərlik dəyişdiyinə görə, bu işlər arxa plana keçdiyinə görə, həmin maillərə nə baxılmış, nə də cavab verilmişdi. Məsələ yalnız yeni rəhbərlik gələndən sonra yada düşüb. Nəticədə Azərbaycan şirkəti bu mübahisəni uduzdu.
- Mail yazışmaları məhkəmədə sübut kimi qəbul edilir?
- Əgər müqavilədə göstərilib sə ki, mail yazışmaları rəsmi yazışma növü kimi tanınacaq, onda mail rəsmi qəbul edilir. Əgər müqavilədə belə qeyd yoxdursa, mail sübut kimi qəbul edilmir, amma o hakimin qənaətinə təsir edən bir amil, əlavə məlumat mənbəyi kimi olur.
- Bəs «vatsap» və «facebook» yazışmaları sübut kimi qəbul edilir?
- İqtisadi mübahisələrlə bunun şahidi olmamışam, amma mülki mübahisələrdə belə hallar olur. İnsanlar hər hansı məsələni sübut etmək üçün həmin yazışmaları sübut kimi göstərirlər. Bu da hakimin qənaətinə təsir edir.
- Heç olubmu ki, məhkəmədə tərəflərin çəkdiyi xərc mübahisə məbləğindən artıq olsun?
- Xeyr, adətən şirktlər mübahisəni davam etdirəndə bunun nə qədər sərfəli olub olmayacağına fikir verirlər. Məsələn ola bilər ki, bizim şirkət hansısa italyan şirkəti ilə müqavilə bağlayıb və indi onunla 2-3 min avroluq çəkişməsi var. Müqavilədə göstərilibsə ki, ortaya çıxan mübahisələrə İtaliya məhkəməsi baxacaq. Belə halda şirkət baxır ki, İtaliyaya gedib məhkəmədə iddia qaldırmaq 2-3 min avrodan da baha başa gəlir, ona görə də heç həmin mübahisəni davam etdirmirlər.
- Ümumiyyətlə, Azərbaycan şirkətləri ilə xaricilər müqavilə bağlayanda müqavilədə adətən hansı məhkəmənin işə baxması əsas götürülür?
- Adətən bu tərəflərin danışığından asılı olur, razılıq necə olursa, bna əməl edilir. Bəzən işı Azərbaycan bəzən isə xarici məhkəmədə baxılması əsas götürülür. Bəzən isə ümumiyətlə tərəfsiz olması üçün 3-cü ölkənin məhkəməsində baxılacağı yazılır. Böyük məbləğli müqavilələrdə adətən 3-cü ölkənin məhkəməsi seçilir ki, tərəfkeşlik olmasın.
- Müqavilədə işin Azərbaycan məhkəməsində araşdırılacağı yazılanda xaricilər buna necə yanaşırlar, etiraz etmirlər ki?
- Bunu təkcə rus şirkətlərində müşahidə etmişəm, onlar həmişə müqaviləyə yazdırırlar ki, işə Rusiya məhkəməsində baxılsın. Digər ölkələrlə, məsələn, Türkiyə, Çin, İtaliya və s. ölkələrlə müqavilələr bağlamışıq, onlarda problem olmayıb. Bunlar adətən alqı-satqı mqavilələri olub, yəni oradan Azərbaycana mal gətirilməsi barədə, belə halda isə işə malın son ünvanındakı məhkəmənin baxması daha əlverişli olur.
- Heç olubmu ki, Mübahisələr şirkəərin hüquqşünaslarının iqqətsizliyi və qeyri-peşəkarlığı nəticəsində yaranıb, yəni onlar ola bilsin ki, hansısa məqamı nəzərdən qaçırıblar və nəticədə şirkətin əlavə öhdəliyi yaranıb və s.
- Bəzən olur ki, mübahisə başlayanda və problem yarananda şirkət rəhbərləri hüquqşünasları günahlandırırlar ki, onlar diqqətli olmayıblar, həmin maddəyə diqqət yetirməyiblər, amma ola bilsin ki hüquqşünas s adəcə əvvəlcədən görə bilməyib ki, bununla bağlı belə bir problem yarana bilər.
- Məhkəmə mübahisələrində tərəflərin heç birindən asılı olmayan faktorların rolu nə qədərdir? Məsələn, devalvasiya, böhran və s. Yəni şirkət öz işini normal gördüyü halda kənar faktor onu pis vəziyyətə salır və məhkəmə başlayır. Belə hallar nə qədər çoxdur?
- Yuxarıda dediyim kimi, belə faktorlar var, məsələh devalvasiya nəticəsində şirkətin vəziyətinin birdən birə pisləşməsi və öhdəliklərinə əməl edə bilməməsi baş verir. Digər səbəb, məsələn şirkətin hər hansı lisenziyasının müddətinin başa çatması və s. ola bilər.