Azərbaycanda əmək haqqının ən yüksək və ən aşağı olduğu sahələr açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr aylırının yekunları üzrə ən yüksək əmək haqqı mədənçıxarma sənayesində qeydə alınıb – 3 678 manat. Mədənçıxarma sahəsi dedikdə neft-qaz, qızıl-gümüş, mis-dəmir hasilatı nəzərdə tutulur.
Bu sahədə dövlət sektorunda işləyənlərin orta əmək haqqı 2 499 manat, özəl sektorda isə 4 278 manat olub.
Əmək haqqının məbləğinə görə 2-ci yeri maliyyə və sığorta sahəsi tutub – orta aylıq əmək haqqı 2860 manat. Bu sahədə dövət sektorunda çalışanların əmək haqqı özəl sektordan 1000 manat artıqdır. Belə ki, dövlət sektorunda maliyyə və sığorta sahəsində çalışanlan 3 746 manat əmək haqqı aldaqları halda, özül sektorda bu məbləğ cəmi 2667 manat təşkil edib.
Əmək haqqının məbləğinə görə 3-cü yeri informasiya və rabitə xidmətləri tutur – orta aylıq əmək haqqı 1866 manat. Bu sahədə maaşlar özəl sektorda daha yüksəkdir. Belə ki, dövlət sektorunda çalışanlar 1616 manat aldığı halda, özəl sektorda maaşlar 2033 manat olub.
Peşə, elmi və texniki fəaliyyət sahəsində isə orta əmək haqqı 1798 manat olub. Maraqlıdır ki, bu sahədə özəl şirkətlərin maaşları dövlət qurumlarına nisbətən 1000 manat artıqdır. Belə ki, özəl sahədə 2230 manat olduğu halda, dövlət sektorunda maaşlar 1292 manatdır.
Ölkədə ən aşağı əmək haqqı isə kənd təsərrüfatı və balıqçılıq sahəsindədir – 688 manat. Maaşların azlığına görə, 2-ci yeri inzibati sahədə çalışanlar tutur – ayda orta hesabla cəmi 727 manat. Ticarət sahəsində isə maaşlar orta hesabla 742 manatdır.
|
İqtisadi fəaliyyət növləri |
Cəmi |
o cümlədən |
|
|
dövlət |
qeyri- dövlət |
||
|
Ölkə üzrə – cəmi |
1 089,2 |
1 066,2 |
1 111,7 |
|
Mədənçıxarma sənayesi |
3 678,4 |
2 499,3 |
4 277,7 |
|
Maliyyə və sığorta fəaliyyəti |
2 859,9 |
3 745,8 |
2 666,4 |
|
İnformasiya və rabitə |
1 865,6 |
1 615,8 |
2 033,5 |
|
Peşə, elmi və texniki fəaliyyət |
1 798,5 |
1 291,9 |
2 230,0 |
|
Nəqliyyat və anbar təsərrüfatı |
1 528,5 |
1 628,2 |
1 394,9 |
|
Dövlət idarəetməsi və müdafiə; sosial təminat |
1 475,6 |
1 507,2 |
630,9 |
|
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar |
1 183,7 |
1 149,1 |
1 195,3 |
|
Tikinti |
1 165,9 |
1 155,4 |
1 168,6 |
|
Elektrik enerjisi, qaz və buxar istehsalı, təchizatı |
1 134,0 |
1 124,8 |
1 608,4 |
|
Emal sənayesi |
992,4 |
1 616,5 |
904,7 |
|
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
937,1 |
985,4 |
745,4 |
|
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət |
871,5 |
805,6 |
1 351,6 |
|
Təhsil |
805,0 |
795,5 |
969,8 |
|
Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
782,5 |
1 783,7 |
745,6 |
|
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
752,1 |
709,5 |
1 306,6 |
|
Ticarət; nəqliyyat vasitələrinin təmiri |
741,8 |
983,6 |
739,3 |
|
İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
727,2 |
651,8 |
846,7 |
|
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
688,3 |
763,8 |
669,7 |
|
Digər sahələrdə xidmətlərin göstərilməsi |
1 275,8 |
1 890,2 |
1 106,4 |










