Azərbaycanda dövlət qurumlarında işləyənlərin sayı 16,3 min nəfər azalıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Komitənin məlumatına görə, 2025-ci ilin yanvarın 1-ə ölkədə əmək müqaviləsi ilə işləyənlərin sayı 1 milyon 778,5 min nəfər olub.
İşləyənlərin yarıdan çoxu – 895,7 min nəfəri qeyri dövlət, 882,8 min nəfər isə dövlət sektorunda çalışır.
Bir il əvvəl – 2024-cü il yanvarın 1-i ilə müqayisədə ölkədə işləyənlərin sayı 36,7 min nəfər artıb.
DSK-nin məlumatlarından aydın olur ki, işləyənlərin sayının artımı qeyri dövlət sektorunun hesabına baş verib, dövlət sektorunda işləyənlər isə əksinə, azalıb.
Belə ki, son bir ildə dövlət sektorunda çalışanların sayı 16,3 min nəfər azalıb. Xatırladaq ki, bir il əvvəl, Azərbaycanda dövlət sektorunda 899,1 min nəfər işləyirdi.
Qeyri-dövlət sektorunda çalışanlar isə əksinə, 53 min nəfər artıb, bir il əvvəl bu sektorda işləyənlər 842 min nəfər idi.