Azərbaycanda bir ayda adambaşına neçə manatlıq – ƏRZAQ MƏHSULU ALINDIĞI MƏLUM OLUB
Azərbaycanda bir ayda adambaşına orta hesabla neçə manatlıq ərzaq məhsullarının alındığı məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 159,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 155,4 manatlıq qeyri-ərzaq məhsulları alır.
Eləcə də bax:Kənd təsərrüfatı məhsullarının istehsalı və istixanaların – SAYI ARTIB
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 314,5 manatlıq və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 14,1 manat çox əmtəə alıb.
2019-cu ilin yanvar-oktyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur. Ölkənin bütün regionlarında pərakəndə ticarət dövriyyəsində artım müşahidə olunmuşdur. Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin doqquz ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə Abşeron iqtisadi rayonu üzrə 5,6 faiz, Quba- Xaçmaz iqtisadi rayonu üzrə 4,3 faiz, Bakı şəhəri üzrə 3,4 faiz, Aran iqtisadi rayonu üzrə 2,7 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2,3 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 2,3 faiz, Lənkəran iqtisadi rayonu üzrə 1,9 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 1,6 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 1,4 faiz, Naxçıvan Muxtar Respublikası üzrə isə 0,7 faiz artmışdır. Bakı, Sumqayıt, Naftalan, Lənkəran, Şirvan şəhərləri, Ağstafa, Qax, Qusar, Xaçmaz, Bərdə, Biləsuvar, Salyan, Sabirabad və Ağdam rayonları üzrə pərakəndə ticarət dövriyyəsinin real artım sürəti ölkə üzrə orta artım sürətindən (3,0 faiz) yüksək olub.