İqtisadiyyat nazirinin birinci müvini Elnur Əliyev “Environmental Systems Research Institute” (ESRI) şirkətinin vitse prezidenti Sohail Elabdla görüşüb. Görüşdə Azərbaycan və ESRI arasında əməkdaşlıq çərçivəsində Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması üçün beynəlxalq praktikada tətbiq edilən təcrübələr, məkan məlumatlarının idarə edilməsi prosedurları və standartları ilə bağlı fikir mübadiləsi aparılıb.
FED.az xəbər verir ki, görüş çərçivəsində İqtisadiyyat Nazirliyi ilə “Environmental Systems Research Institute” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədin icrası Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması üzrə bilik mübadiləsinə, bu sahədə insan resurslarının inkişafına və özəl sektorda coğrafi informasiya sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış şirkətlərin inkişafına stimul verəcək.