Avropa İttifaqı (Aİ) Şurası təşkilat və onun üzv dövlətlərinə qarşı sabitliyi pozan fəaliyyətinə görə Rusiyaya qarşı yeni sanksiyalar rejimini təsdiqləyib.
Peskov: "Onlar bizim pullarımızı oğurlayıb silah alınmasında istifadə edirlər"
FED.az xəbər verir ki, bu barədə Şuranın kommünikesində bildirilib.
"Yeni sanksiyalar təşkilata Aİ-nin və onun üzv dövlətlərinin, onların təhlükəsizliyini, müstəqilliyini, eləcə də beynəlxalq təşkilatların və üçüncü ölkələrin əsas dəyərlərini sarsıdan fəaliyyətlərdə iştirak edən şəxs və təşkilatları təqib etməyə imkan verəcək", - sənəddə qeyd olunub.
Bundan əlavə, sənəddə müxtəlif hibrid təhdidlər sadalanır ki, bunlara xüsusilə seçki proseslərinin və demokratik institutların fəaliyyətinin pozulması, əlaqələndirilmiş dezinformasiyadan istifadə, zərərli kiber fəaliyyət və digər sabitliyi pozan addımlar aid edilir.
"Bu yeni hüquqi çərçivəyə əsasən, müvafiq şəxslərin aktivləri dondurulacaq. Aİ vətəndaşları və şirkətlərinin onlara vəsait verməsi qadağan ediləcək", - kommünikedə vurğulanıb.
Məlumata görə, fiziki şəxslərin Aİ ərazisindən tranzit də daxil olmaqla səyahətləri qadağan ediləcək. (Report)