2050-ci ildən sonra dünyanın 195 ölkəsində əhali sayı azalmağa başlayacaq. 2100-cü ildə isə 189 ölkədə doğum səviyyəsi elə həddə çatacaq ki, xaricdən immiqrant gəlməsə ölkənin işçi qüvvəsinə ehtiyacını təmin etmək mümkün olmayacaq.
FED.az xəbər verir ki, bu ABŞ-ın Vaşinqton universitetinin analitiklərinin hesablamalarında ortaya çıxıb.
Universitetinin analitikləri hesablayıblar ki, təqribən 80 ildən sonra – 21000-cü ildə ölkələrin əhali sayına görə dünyanın xəritəsi tamamilə dəyişəcək.
2100-cü ilədək dünyada demoqrafiya sahəsində iki əsas proses baş verəcək – doğum səviyyəsinin aşağı düşməsi və əmək qabiliyyətli əhalinin sayının azalması.
Nəticədə 2100-cü ildə dünyanın ən çox əhalisi olacaq ilk 5 ölkə bunlar olacaq: Hindistan (1,09 mlrd), Nigeriya (791 mln), Çin (732 mln), ABŞ (336 mln) və Pakistan (248 mln). Halbuki, 2017-ci ildə əhalisi ən çox olan 5 ölkənin siyhzısı belə idi: Kitay (1,4 mlrd), Hindistan (1,38 mlrd), ABŞ (325 mln), İndoneziya (258 mln) və Pakistan (214 mln).
Universitet alimləri hesablayıb ki, 2100-cü ildə dünyada doğum səviyyəsi (yəni bir qadının ömür boyu ərzində dünyaya gətirdiyi uşaqların orta sayı) 2017-ci ildəki 2,27-dən, 2100-cü ildə 1,66-ya düşəcək. Halbuki, ölkənin işçi qüvvəsinə tələbatını təmin etmək üçün minimum göstərici 2,1-dir.
Hesablamalara görə, dünyada insanların sayı ən yüksək həddə 2064-cü ildə çatacaq - 9,7 mlrd nəfər. 2100-cü ildə isə əhali sayı 8,8 milyard nəfərə düşəcək. 23 ölkədə, o cümlədən Yaponiya, Tailand, İtaliya və İspaniyada isə əhali sayı 50% azalacaq.
Rusiya əhalisi də təqribən 40 milyon nəfər azalacaq və 2017-ci ildəki 146 milyon nəfəərdən 2100-cü ildə 106m milyon nəfərə enəcək.
Hesablamalar göstərib ki, 2017-ci ildə dünyada 5 yaşınadək uşaqların sayı 681 milyon nəfər otrlduğu halda, 2100-cü ildə bu göstərici 401 milyona düşəcək. Yaşı 80-dən artıq olanların sayı isə indiki 141 milyondan 866 milyon nəfərə yüksələcək.
2017-ci ildə dünyanın ən böyük iqtisadiyyatı ABŞ idi, 2035-ci ildə onu Çin əvəz edəcək, amma 2098-ci ildə ABŞ yenidən ən böyük iqtisadiyyata malik ölkə olacaq. Ümumiyyətlə, Hindistan və Çin kimi ölkələrdə əmək qabiliyyətli əhali sayının kəskin azalacağı gözlənilir.