Sahibkar olmaq üçün artıq çox gec olduğunu düşünürsünüz? O zaman bir daha fikirləşin.
Əgər illər ötüb keçirsə və siz hələ də beyninizdə olan ideyalarınızın reallaşması barədə düşünürsünüzsə və lakin ideyanı həyata keçiriməmisinizsə, o zaman ruhdan düşməyin!
Baxmayaraq ki, Hollivud filmlərində təsvir olunan sahibkar obrazı çox vaxt 20 yaşına çatmış, kolleci bitirmiş və ya bitirməmiş, göy cins şalvar və kurtkada gəzən dağınıq saçlı və üzü tüklü bir az səliqəsiz gənc adamlardan ibarət olur, reallıqda bu heç də belə deyildir. Lakin dünyanı ələ alan bu gənc vunderkind sahibkar stereotipləri çox təəssüf ki, bizim maraqlarımıza təsir edir və çoxlarımız düşünürük ki, əgər yaşımız otuzdan yuxarıdırsa, o zaman bizim üçün hər hansı bir biznesə başlamaq çox gecdir, bunun üçün çox yaşlanmışıq və s. Amma bu fikir çox yanlış bir fikirdir, çünki Mark Zukerberq kimi gənc sahibkarların ilhamlandırıcı obrazı sadəcə sahibkarlıq hekayəsinin bir hissəsidir. Düzdür Zukerberq kimi gənc şəxslərin uğur hekayələri cavanları ruhlandırır, lakin yaşınızın 30-u keçməsi biznesinizi qura bilməyəcəyiniz anlamına gəlməməlidir. Ona görə bir daha düşünün. Ümidlərinizi puç eləməyin, həvəsdən düşməyin. İdeyanızı reallaşdırmaq fonunda narahatlıq keçirməyin, çünki əks halda siz vəziyyəti qəlizləşdirərək depressiyaya düşə bilərsiniz. Bu isə təbii ki, yanlış addımdır. Məqsədinizə çatmaq üçün büdrəməyin, irəli baxın, risk edin. O zaman uğur qazanmaq şansınız artacaqdır. Bununla bağlı sizi motivasiya edə biləcək bir neçə faktı misal çəkə bilərik.
Əslində real həyata baxsaq görərik ki, bir çox sahibkarlar yalnız uzun müddətli iş təcrübəsi yığdıqdan sonra öz bizneslərinə başlayır və 30, 40, 50 yaşlarına qədər heç şəxsi bizneslərini qurmaq barədə belə düşünmürlər.
Məsələn, “McDonald's”ın təsisçisi Rey Krok 52 yaşına qədər kağız stəkanlar və südlü kokteyllər üçün blender satmışdır. Kosmetika sahəsinin nəhənglərindən biri sayılan “Mary Kay” şirkətinin təsisçisi Meri Key Eş 45 yaşına qədər kitab və ev dekoru əşyalarının satışı ilə məşğul olmuşdur. “Harry Potter”in müəllifi Coan Roulinq isə 31 yaşına qədər tənha analar üçün verilən ianələr hesabına yaşamışdır. Harrison Ford 31 yaşına qədər dülgər işləmiş, “Zara” yaradıcısı Amansio Orteqa 30 yaşına qədər köynək mağazasında köməkçi işləmişdir. Evan Uilyams 35 yaşında Twitter-in həmtəsisçisi olmuşdur. Niklas Zennstrem isə Skype-ı yaratdıqda 37 yaşında idi. Ariana Huffington 54 yaşı olanda Huffington Post-u yaratmışdı.
Bu kimi çoxsaylı misallar çəkmək olar. Ona görə unutmayın ki, ideyanızı reallaşdırmaq üçün həyatda olduğunuz hər yeni gün yeni imkan və yeni şans deməkdir. Sadəcə bu şansı əldən verməyin, öz üzərinizdə işləyin və ideyalarınızı ağlınızda bir fikir olaraq saxlamayın, əksinə həyata keçirin. Bunun üçün addımlar atın, yanlış olub-olmadığını bilmək üçün risk edin, səhvlərinizdən nəticə çıxarın, o zaman düzgün olan addımı atacaqsınız və uğur qazanma şansınız artacaq. Həyatda yaşadığınız və işlədiyiniz müddət öyrəndiyiniz həyat və iş təcrübəsi sizə bu məsələdə yardımçı olacaqdır.