2025-ci il 28 sentyabr tarixində Bakı şəhərində PAŞA Holding və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) birgə təşkilatçılığı ilə ilk dəfə INMerge İnvestisiya Forumu keçirilib.
FED.az xəbər verir ki, forumda suveren fondların, dövlət qurumlarının, beynəlxalq şirkətlərin, özəl kapital və aktivlərin idarə edilməsi üzrə ixtisaslaşmış qurumların, risk kapitalı fondlarının və digər nüfuzlu maliyyə institutlarının yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Forumun açılışında çıxış edən ARDNF-nin İcraçı direktorunun müavini Bəhruz Bəhramov tədbirin Azərbaycanın iqtisadi inkişafında mühüm bir dövrə təsadüf etdiyini vurğulayıb. O, bu inkişaf trayektoriyasını müəyyən edən üç əsas istiqaməti – enerji, nəqliyyat əlaqəliliyi və iqtisadi diversifikasiyanı diqqətə çatdıraraq bildirib ki, ARDNF bu istiqamətlərin hər birinə resurs gəlirlərini davamlı investisiyalara çevirərək töhfə verir. Bu töhfə ölkədə iqtisadi sabitliyin qorunması, davamlı iqtisadi artımın təşviqi və uzunmüddətli dəyər yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Daha ətraflı: https://oilfund.az/fund/press-room/news-archive/1729