UBS və PricewaterhouseCoopers tərəfindən verilən hesabatda qeyd edildiyi kimi, Asiyada hər həftə bir yeni milyarder meydana çıxır.
Bu proses çox sürətlə baş verir.
UBS və PricewaterhouseCoopers tərəfindən buraxılan yeni hesabatda qeyd edilir ki, Asiyada hər üç gündən bir yeni milyarder peydə olur, bununla da dünyanın digər bütün regionlarını geridə qoyur.
Hesabatda qeyd edilir ki, 2015-ci ildə Asiyanın yeni milyarderlərinin 71%-i məhz Çinin payına düşürdü, bu isə 2009-cu il ilə müqayisədə 35% artım demək idi. Son iki onillikdə 1300-dən artıq milyarderi əhatə edən məlumatlar həmin hesabata əsasən təhlil edilmişdi.
Keçən il milyarder statusu qazanan 113 Asiyalı sahibkardan 80-i Çindən idi. . Bu isə dünyadakı milyarderlərin ümumi sayının yarısından çoxdur və o deməkdir ki, Çinin payına hər beş gündən bir yeni milyarder düşür. Bu məlumatlar öz əksini sözügedən hesabatda tapmışdır.
Keçən sentyabr ayında hökumət innovasiya islahatlarını əsas prioritet olaraq ön plana çəkmişdi. Texnoloji şirkətlərlə keçirilən toplantısında isə baş nazir Li Keqiang demişdi: “Sahibkarlığı və innovasiyanı təşviq etmək kollec məzunlarına onların hardan gəlməsindən asılı olmayaraq ədalətli rəqabət aparmaq imkanı verəcəkdir ”.
Hesabata görə məhz bu faktor gənc çinli sahibkarların daha tez varlanmasına əlverişli şərait yaradır. Bunlara həmçinin inanılmaz iqtisadi artım və etibarlı kapital bazarının olması da öz təsirini göstərmişdi.
UBS-PwC qeyd edir:
"Milyarderlərin təxminən yarısı vəsaitləri texnologiya (19%), istehlak və riteyl (15%) və daşınmaz əmlak (15%) sektorlarından qazanır. Elektron ticarət biznesi isə öz yüksəliş mərhələsindədir. Eyni zamanda, ölkə sərvətinin böyük hissəsi mövcud bizneslərin məhz daşınmaz əmlak sahəsində diversifikasiya olunduğunu göstərir. Bundan əlavə, Çinin urbanizasiyası və artan istehlak xərcləri bizneslərin sürətlə artan mühitinin formalaşmasına müsbət təkan verir.
Hesabatda bildirilir ki, Çindən kənarda, Asiyanın digər yerlərində, məsələn: HonqKonq və Hindistanda yeni milyarderlərlə bağlı ən yüksək rəqəm 11-dir.
Avropada 56 yeni milyarderin olduğu göstərilirdi. Avropalı milyarderlərin çoxu öz var-dövlətini irsən almışlar ki, bu rəqəm 1.3 trilyon dollar təşkil edir və bu heç də əvvəlki ildən o qədər də çox fərqlənmir.
Yeni ABŞ milyarderlərinin sayı nisbətən kasaddır. Hesabata görə keçən il milyarder statusu alan 41 nəfərdən 36-sı qrupdakı yerini itirmişdir.
ABŞ milyarderlərinin dünyanın digər milyarderlərindən bir əsas fərqi odur ki, onlar var-dövlətini xeyriyyəyə sərf edirlər. Bu barədə PwC-in qlobal özəl banklar və kapital idarəetməsi üzrə baş icraçı direktoru Stiven Krosbi demişdi.
“Avropada paylaşılan baxış və aydın idarəetmə sayəsində nisbətən daha güclü ailə sülaləsi mədəniyyəti formalaşmışdır” deyə hesabatda bildirilir.