Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

İnvestisiya

  1. Ana səhifə
  2. İnvestisiya
  1. İnvestisiya

"Cəngavər" olmaq neçəyədir? - MALTADA ƏMLAK

"Cəngavər" olmaq neçəyədir? - MALTADA ƏMLAK | FED.az
04:26 4 Yan 2018

Avropanın xəritəsində Maltanı tapmaq üçün lupa lazımdır - Aralıq dənizində yerləşən, 2004-cü ildən Avropa İttifaqının üzvü, 2007-ci ildən isə Şengen sazişizinin tərəfdaşı olan bu ölkə, bir neçə adadan ibarət çırtdan dövlətdir. FED.az seyyah.az turizm və xaricdə əmlak portalına istinadən xəbər verir ki, ingilis dili rəsmi dövlət dili olan ölkə, əmlak alıcılarını mülayim dəniz (kurort) iqlimi, yüksək həyat səviyyəsi, cinayətkarlığın yox dərəcəsində olması ilə cəlb edir. Həmçinin Maltanın nəqliyyat şəbəkəsinə geniş çıxışı və bütün dünyada məşhur olan ali məktəbləri var. Hətta 20 il əvvəl çoxsaylı keyfiyyətli ingilisdilli məktəbləri hesabına, bu sahədə lider sayılırdı.

İndi isə Malta höküməti «əmlak alanlara vətəndaşlıq» proqramına başlayıb. Və yəqin ki, burada yaşamaq istəyənlərin sayı artacaq. Avropa, Şimali Afrika və Yaxın Şərq arasında yerləşən və çox da böyük olmayan bu adalarda daşınmaz əmlak xaricilər üçün çox cəlbeldicidir. FED.az bu maraqlı ölkənin əmlak bazarını, burada əmlak almaq və yatırım etmək yolu ilə vətəndaşlıq almaq imkanını təqdim edir.

Bütün kiçik ölkələr kimi, Malta adaları da tarixən müstəmləkə altında olub. Son min il ərzində burada ərəblər, hospitalerlər (onlar özlərinə “Malta ordeni” ləqəbini götürüblər), Napoleon və ingilislər hökmranlıq ediblər. İndi isə onların yerini başqa ölkələrdən olan daşınmaz əmlak alıcıları tutmaqdadır. İnvestorların arasında Malta (deməli, həm də Avropa İttifaqı) vətəndaşı olmaq istəyənlər də var və bu 1,15 milyon avroya başa gəlir.

Maltanın daşınmaz əmlak bazarı

Maltanı yaşayış və ya istirahət yeri kimi seçərkən bəzi məsələləri nəzərə almaq lazımdır. Məsələn, bura geniş çimərlikləri və təbiər qoynunda tək vaxt keçirməyi sevənlər üçün uyğun yer deyil. Çünki 15 km eni və 27 km uzunluğu olan Malta əhali sıxlığına görə Avropa İttifaqında birinci yer tutur (həmçinin əhalinin ümumi sayına görə ən axırıncıdır – 450 min nəfər). Faktiki olaraq Maltanı bir böyük şəhər hesab etmək olar. Məsələn, Valettadan Slimaya və Slimadan Sent-Culiansa avtomobil gəzintisi zamanı siz bir şəhərdən digərinə keçdiyinizi his etməyəcəksiniz.

Bəzi ekspertlər bildirir ki, Maltanın sahillərinin sıldırım qayalıq olması əmlak alanlara manne olacaq. Belələri sahildənsə, şəhərlərdə yaşamalı olacaqlar. Amma dəniz kənarında da çox gözəl əmlaklar tapmaq mümkündür.

Burada tarixi abidələr də kifayət qədərdir. Onlardan bəzilərinin tarixi bir neçə min il əvvələ gedib çıxır. Maltanın qədim paytaxtı olan Mdinanın 4 min il tarixi var. Doğrudur, bu qədər qədim abidələr qalmasa da, şəhərin tarixi mərkəzi bütünlüklə Orta əsrlərin sarı əhəngdaşlarından ucaldılmış oxşar tikililərdən ibarətdir. Yeri gəlmişkən, tarixi binalar da satışa çıxarılır və onları problemsiz almaq olar.

Rıtsarların “ov bağları”

Məşhur Malta Ordeninin cəngavərləri ovu sevirdilər, əsa sov obyekti isə dovşandır. Məhz belə ov üçün məxsusi olaraq Malta şahini yetişdirilib, pörtlədilmiş dovşan isə indiyədək əsas milli yemək hesab olunur. Cəngavərlərin vaxtilə yaratdıqları “ov bağları” isə hazırda yaxşı daşınmaz əmoak sayılır. Adanın cənub qurtaracağında yerləşən Zurrik şəhərciyində XVI əsrə aid belə “ev” satılır. Əslində bu, orijinal daş dayaqlardan, qədim kamindən, 9 yataq otağı və 4 hamam otağından ibarət böyük dörd mərtəbəli qaladır. Sonradan əlavə edilmiş hamam otaqlarını nəzərə almasaq, qala demək olar, 500 il əvvəldəki kimi saxlanılıb. Üstəlik, 1 hektarlıq mandarin bağı olan həyət. Elektrik enerjisi, isti su və həyətdə yerləşən geniş hovuzu ilə birlikdə satış qiyməti – 3,5 milyon avrodur.

Əlbəttə, bu əmlak çətin ki, səmərəli investisiya sayılsın – o daha çox sakitliyi və məxfiliyi sevənlər, həmçinin daşınmaz əmlak kolleksionerləri üçün uyğundur.

100 ilə yaxın yaşı olan ev

Başqa bir əmlak - körfəzə və paytaxt Valettaya mənzərəsi olan dördmərtəbəli villa 4,2 milyon avroya satılır. Hovuz və barbekyu zonası olan kiçik torpaq sahəsi, bundan əlavə, mükəmməl terras yaratmaq üçün geniş damı da var.

Malta adalarında geniş yayılmış daşınmaz əmlak növlərindən biri də - yenidən qurulma fermalardır. Əlbəttə, burada kiçik süni yaradılmış mühitdən və görüntü üçün saxlanılmış qədimi daş hörgüdən savayı qədimi heç nə qalmayıb. Qotso adasında sahəsi 1500 kvadratmetr olan belə “ferma” 3 milyon avroya satılır.

Maraqlıdır ki, Maltada müasir əmlaklar qədimi evlərdən daha baha satılır. Məsələn, Mellixa şəhərciyində, ölkənin ən böyük çimərliyi yaxınlığında yerləşən villa 7,5 milyon avroya satılır. Doğrudur, bu evin nəhəng sahəsi var - 2370 kvadratmetr. 3 mərtəbəli, zirzəmisi, mansardası, bağı və damda hovuz zonası olan villada idman zalı, şərab zirzəmisi və kinozal da qurulub. Nabələd adam burada aza bilər.

Və nəhayət, Maltada «normal», yəni adi müasir tikililər də var. Məsələn, Tigne Point yarımadasının yaşayış kompleksində 2-3 otaqlı apartmanlar 912 min avroya satılır, penthausun qiyməti isə 2,4 milyon avrodur.

1,6 milyon avroya körfəzin tam sahilində, Sent-Culians şəhərinin Portomaso kompleksində 5 yataq otaqlı və hovuzlu dupleks almaq olar. Dəniz mənzərəli 3 yataq otaqlı apartmantlar isə 970 min avroya başa gələcək. Yaxşı axtaranlar 300-400 min avroya da layiqli mənzillər tapa bilərlər.

Yatırım etmək yox, yaşamaq lazımdır

Amma bütün özəlliklərinə baxmayaraq, Malta gəlir əldə etmək məqsədilə daşınmaz əmlak alınan yer deyil. Ekspertlər bildirir ki, əvvəla burada evləri kirayə vermək ərfəli deyil. Ən yaxşı halda istismar xərcləri və evə baxım üçün xərclənən pulu çıxdıqda, çox kiçik gəlir əldə etmək olar.

Alınan əmlakı sonradan satıb qabağa düşmək də alınmayacaq, çünki burada qiymətlər elə də çox artmır. Cüzi fərq alınır ki, onu da alqı-satqıya çəkilən xərclər «yeyəcək».

Ona görə də, Maltada əmlakı yaşamaq, Aralıq dənizi iqlimindən ləzzət almaq və Avropa vətəndaşı olmaq üçün almaq lazımdır. Belə ölkə yaşamaq hamının arzusudur: «Malta Aralıq dənizi ölkələri arasında ÜDM-u artan bəlkə də yeganə ölkədir. İşsizlik Avropada ən aşağı səviyyədədir, bank sektoru möhkəm, iqtisadiyyatı yüksəlişdədir».

Malta vətəndaşlığı «satılır»

2014-cü ildən Maltada yatırım müqabilində vətəndaşlığın alınması proqramı işə düşüb. Malta vətəndaşı olmaq istəyən xaricilər bundan yararlana bilərlər – amma bu o qədər də ucuz olmayacaq. Belə ki, proqramın şərtlərinə görə, Malta vətəndaşlığı almaq istəyən xaricilər bu ölkənin Milli İnkişaf Fonduna (MİF) 650 min avro ödəməli, daşınmaz əmlak almalı (azı 350 min avroluq) və ya kirayələməli (ildə azı 16 min avro kirayə haqqı ödəmək şərtilə), həmçinin 150 min avro məbləğində qiymətli kağız almalıdırlar.

Vətəndaşlıq alma prosesi iki mərhələyə bölünüb. Birinci mərhələ bir il müddətinə yaşayış icazəsini (Schengen Residence Card) nəzərdə tutur. Bunun üçün ölkədə daşınmaz əmlak kirayələmək və etibarlılıq yoxlanışından keçmək lazımdır. İcazə kağızını almaq üçün ərizəçi şəxsən ölkəyə gəlməlidir.

İkinci mərhələyə Malta pasportu və vətəndaşlığının alınması aiddir. MİF-ə 650 min avroluq ödəniş bu mərhələdə edilir, eləcə də daşınmaz əmlak və qiymətli kağızlar alınır. İkinci mərhələ də təqribən 1 il çəkir.

Bunun müqabilində əmlakın sahibi Malta pasportunun sahibinə çevrilir. Bu Avropa İttifaqının (Aİ) tamhüquqlu vətəndaşı olmaqla yanaşı, Aİ-nin bütün ölkələrində yaşayıb işləmək, həmçinin ABŞ da daxil olmaqla, dünyanın 163 ölkəsinə vizasız səyahət etmək imkanı verir. Qaydaya görə, bu proqramdan ildə 1800 xarici istifadə edə bilər. Amma proqramın icra olunduğu bir il ərzində hökümətə 600 ərizə təqdim olunub. Belələri artıq 2015-in aprelində Malta vətəndaşlığını alıblar.

İpoteka kreditləşməsi

Maltada daşınmaz əmlakı ipoteka kreditilə də almaq olar. Bu ölkənin banklar 30% ilkin ödəniş şərti ilə 30 il müddətinə ipoteka krediti verir. Amma bir şərtlə - borcalanın yaşı 35-dən çox olmamalıdır. Kreditin illik faiz dərəcəsi isə 3,6-4,5% civarındadır.

Xaricilərin əmlak almaq proseduru

Maltada xarici vətəndaşların daşınmaz əmlak əldə etməsinə heç bir məhdudiyyət yoxdur. Sadəcə bunun üçün ölkənin Maliyyə Nazirliyindən icazə almaq və Malta banklarından birində hesab açaraq ora lazımi məbləği köçürmək, sonra isə həmin hesab vasitəsilə alqı-satqı əməliyyatı aparmaq lazımdır. Əksər ölkələrdə olduğu kimi Maltada da əmlak sövdələşməsi 2 mərhələdə həyata keçirilir. 1-ci mərhələdə əmlakın dəyərinin təxminən 10%-i qədər beh ödəməklə ilkin alqı-satqı müqaviləsi bağlanılır. Müəyyən müddətdən sonra isə yekun alqı-satqı müqaviləsinə imza atılır və qalan pulu alıcı satıcıya ödəyir. Təbii ki, bütün bu işlər notariusun iştirakı ilə həyata keçirilir.

Xərclər

Maltada daşınmaz əmlaka dair sövdələşməni rəsmiləşdirən notariat kontorları əmlakın dəyərinin 1-2%-i qədər xidmət haqqı alır. Bu pulun 1/3 hissəsi ilkin alqı-satqı müqaviləsi imzalandıqdan sonra, qalanı isə yekun alqı-satqı müqaviləsinə imza atıldıqdan sonra ödənilir. Əmlak əldə etmək üçün xüsusi icazənin alınması 233 avroya başa gəlir. Bundan başqa əmlak alanlar onun dəyərinin 5%-i qədər birdəfəlik rüsum da ödəməlidir. Sövdələşmədə iştirak edən vasitəçilərin (dəllalların) xidmət haqqı isə 4-6%-dir.

Əmlakın saxlanması, kommunal xidmətlər

Maltada torpaq sahələri istisna olmaqla digər daşınmaz əmlak növləri üçün əmlak vergisi tətbiq olunmur. Torpaq sahibləri isə yerindən və ölçüsündən asılı olaraq ildə 45-250 avro vergi ödəməlidir. Kommunal xidmətlərə gəlincə isə, bu ölkədə 1 mənzilin elektrik enerjisi, təbii qaz, içməli su ilə təchizatı ayda 100-150 avroya başa gəlir. İnternetə qoşulmaq üçün isə ayda 15-20 avro xərcə düşmək lazımdır.

Mənbə: seyyah.az

Banner
Banner
  • əmlak
  • Malta
  • investisiya
  • investor vizası
  • miqrasiya
Paylaş

Digər xəbərlər

“Azərbaycan İnvestisiya Şirkəti”  - “Milk-Pro”nun təsisçiliyindən çıxıb
İnvestisiya 13 Yan 2023
“Azərbaycan İnvestisiya Şirkəti” - “Milk-Pro”nun təsisçiliyindən çıxıb
"Azərbaycan İnvestisiya Şirkəti" ötən il 5 layihəyə - 10 MİLYON MANAT PUL QOYUB
İnvestisiya 11 Yan 2023
"Azərbaycan İnvestisiya Şirkəti" ötən il 5 layihəyə - 10 MİLYON MANAT PUL QOYUB
"Yeni fərman qeyri-neft sektorunda sahibkarların fəaliyyətini genişləndirəcək"
İnvestisiya 21 Dek 2022
"Yeni fərman qeyri-neft sektorunda sahibkarların fəaliyyətini genişləndirəcək"
İnvestisiya təşviqi sənədi almaq üçün ərazilər və tələb olunan yatırım məbləği məlum olub - FƏRMAN
İnvestisiya 20 Dek 2022
İnvestisiya təşviqi sənədi almaq üçün ərazilər və tələb olunan yatırım məbləği məlum olub - FƏRMAN
Bakı və digər ərazilər üçün minimal investisiya məbləği - MÜƏYYƏNLƏŞİB
İnvestisiya 20 Dek 2022
Bakı və digər ərazilər üçün minimal investisiya məbləği - MÜƏYYƏNLƏŞİB
İnvestisiya layihələrinin həcmi ilə bağlı minimal məbləğ müəyyən edilib - FƏRMAN
İnvestisiya 20 Dek 2022
İnvestisiya layihələrinin həcmi ilə bağlı minimal məbləğ müəyyən edilib - FƏRMAN
«Hətta bomba altında da Ukrayna biznes qurmaq üçün əlverişli variantdır»
İnvestisiya 20 Dek 2022
«Hətta bomba altında da Ukrayna biznes qurmaq üçün əlverişli variantdır»
Xanım iş adamına məxsus “CPM-İnvest” investisiya şirkəti səhm buraxır - Kapitalını ikiqat artırır
İnvestisiya 19 Dek 2022
Xanım iş adamına məxsus “CPM-İnvest” investisiya şirkəti səhm buraxır - Kapitalını ikiqat artırır
İsveçrə şirkəti azad olunan ərazilərə - İnvestisiya Yatırmaq İstəyir
İnvestisiya 14 Dek 2022
İsveçrə şirkəti azad olunan ərazilərə - İnvestisiya Yatırmaq İstəyir
Azərbaycan və İsveçrənin qarşılıqlı investisiya qoyuluşu - AÇIQLANIB
İnvestisiya 14 Dek 2022
Azərbaycan və İsveçrənin qarşılıqlı investisiya qoyuluşu - AÇIQLANIB
Neft Fondunun müşaviri: «Azərbaycana iri investorların gəlməsi üçün təkcə sənaye zonaları yox, bütün ölkədə biznes qaydaları şəffaf və proqnozlaşdırıla bilən olmalıdır»
İnvestisiya 8 Dek 2022
Neft Fondunun müşaviri: «Azərbaycana iri investorların gəlməsi üçün təkcə sənaye zonaları yox, bütün ölkədə biznes qaydaları şəffaf və proqnozlaşdırıla bilən olmalıdır»
“PSG-Kapital İnvestisiya Şirkəti” təşkilati-hüquqi formasını - DƏYİŞİB
İnvestisiya 29 Noy 2022
“PSG-Kapital İnvestisiya Şirkəti” təşkilati-hüquqi formasını - DƏYİŞİB
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Dövlət Xidməti uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə - NƏZARƏTİ GÜCLƏNDİRİB
    15:35 9 Fev 2023
  • Türkiyədə zəlzələdə ölənlərin sayı - 14 351 NƏFƏRƏ ÇATIB
    15:30 9 Fev 2023
  • "5A Construction" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    15:29 9 Fev 2023
  • Prezident İTV-yə 940 500 manat ayırdı - SƏRƏNCAM
    15:24 9 Fev 2023
  • “Qızıl Ulduz 2001” şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    15:23 9 Fev 2023
  • Türkiyəyə yardım edən Azərbaycan şirkətləri və şəxsləri – SİYAHI, MƏBLƏĞLƏR, YENİLƏNİR
    15:16 9 Fev 2023
  • Kliniki Tibbi Mərkəz - TENDER ELAN ETDİ
    15:14 9 Fev 2023
  • Təhsil Tələbə Krediti Fondu - TENDER ELAN ETDİ
    15:08 9 Fev 2023
  • “Xalq Bank”ın əməkdaşlarından Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə - DƏSTƏK
    15:07 9 Fev 2023
  • Dövlət Xidməti 2022-ci ilin yekunlarına dair - Mətbuat Konfransı Keçirib
    15:03 9 Fev 2023
  • Yelo Bank Türkiyəyə ianə köçürmələrini - KOMİSSİYASIZ ETDİ
    14:56 9 Fev 2023
  • Azərpambıq Aqrar Sənaye Kompleksi – TENDER ELAN ETDİ
    14:53 9 Fev 2023
  • İndiyədək Bakıdan Türkiyəyə - 35 TIR YARDIM GÖNDƏRİLİB
    14:50 9 Fev 2023
  • BP-Azərbaycan 2022-ci ilin nəticələrini açıqladı – TAM HESABAT
    14:49 9 Fev 2023
  • Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxil olan - VƏSAİT ARTIB
    14:45 9 Fev 2023
  • Daha 5 şirkətə “Startap” - ŞƏHADƏTNAMƏSİ VERİLDİ
    14:34 9 Fev 2023
  • Mərkəzi Banka korporativ idarəetmə standartları ilə bağlı yeni layihə - TƏQDİM EDİLİB
    14:31 9 Fev 2023
  • Ərdoğan: "Türkiyədə zəlzələdə ölənlərin sayı 14 014 nəfərə çatıb"
    14:27 9 Fev 2023
  • Dövlət Neft Fondu – TENDER ELAN ETDİ
    14:24 9 Fev 2023
  • “Azərpoçt” zəlzələdən zərərçəkənlərə - YARDIM QƏBULUNA BAŞLADI - SİYAHI
    14:21 9 Fev 2023
  • bp şirkətində işləyən Azərbaycan vətəndaşlarının - SAYI ARTIB
    14:16 9 Fev 2023
  • bp-Azərbaycandan 2022-ci ilin yekunları üzrə - HESABAT
    14:13 9 Fev 2023
  • Dövlət qurumu anbar təyinatlı bina - İCARƏYƏ GÖTÜRÜR
    14:12 9 Fev 2023
  • Qarabağda icarəsinə icazə verilən torpaqların sahəsi - AÇIQLANIB
    14:08 9 Fev 2023
  • Tərcümə xidmətlərinin alınması ilə bağlı - TƏKLİFLƏR SORĞUSU
    14:05 9 Fev 2023
  • Elxan Əsədov: "Binaların panelləri, zirzəmidə bünövrələr dağıdılıb. Ən böyük bəlamız budur"
    13:25 9 Fev 2023
  • “Norm” Türkiyəyə 1.600,000 TL dəyərində - HUMANİTAR YARDIM GÖNDƏRİB
    13:21 9 Fev 2023
  • Müdafiə Nazirliyi Türkiyəyə yardım göndərib - FOTOLAR
    13:16 9 Fev 2023
  • Azərbaycanda 4 auditor təşkilatının - FƏALİYYƏTİ DAYANDIRILIB
    13:12 9 Fev 2023
  • İnvestisiya Holdinqi: "Azərbaycan Beynəlxalq Bankı"nın özəlləşdirilməsi gündəmdə deyil"
    13:06 9 Fev 2023
  • Qar kəsiləcək - SABAHIN HAVA PROQNOZU
    13:02 9 Fev 2023
  • Azərbaycanda səhmdar cəmiyyətlərin - 94%-İ ÖZƏLLƏŞDİRİLİB
    12:56 9 Fev 2023
  • MTN generalının bu əmlakları - ÖZÜNƏ QAYTARILDI
    12:48 9 Fev 2023
  • Dəftərxana və təsərrüfat xərcləri ilə bağlı - TENDER ELANI
    12:47 9 Fev 2023
  • "Azercell"dən Türkiyəyə dəstək məqsədilə - İANƏ İMKANLARI
    12:42 9 Fev 2023
  • Onlayn işləyənlərdən vergi tutulmaması - TƏKLİF EDİLİB
    12:37 9 Fev 2023
  • Dövlət qurumu 9 avtomobil üçün 531 min manat ödəyəcək - TENDER NƏTİCƏSİ
    12:35 9 Fev 2023
  • Valyuta hərracı keçirildi - NƏTİCƏ
    12:33 9 Fev 2023
  • "Köç dalğası yaşanarsa, Azərbaycanın Miqrasiya Məcəlləsinə yenidən baxıla bilər"
    12:28 9 Fev 2023
  • "Təmiz Həyat" məhkəməyə verildi - SƏBƏB
    12:21 9 Fev 2023
  • “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun - Həbs Müddəti Uzadılıb
    12:18 9 Fev 2023
  • "Best Supply Company" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    12:14 9 Fev 2023
  • Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları - 25%-DƏN ÇOX ARTIB
    12:13 9 Fev 2023
  • Qazaxıstan “Xəzər Düyünü” - Konteyner Qovşağı Tikəcək
    12:08 9 Fev 2023
  • Dövlət Vergi Xidmətinin geyim formalarının yeni tələbləri - MÜƏYYƏN EDİLİB
    12:01 9 Fev 2023
  • Dövlət Agentliyi binalarda zəlzələyədavamlılıqla əlaqədar - ÇAĞIRIŞ EDİB
    11:54 9 Fev 2023
  • "Buta Farm" iki maddə üzrə - MƏHKƏMƏYƏ VERİLİB
    11:46 9 Fev 2023
  • Torpaqların icarəsi ilə bağlı - 480 MÜRACİƏTƏ MÜSBƏT CAVAB VERİLİB
    11:46 9 Fev 2023
  • “SOCAR Türkiyə” zəlzələ baş verən vilayətlərdə pulsuz yanacaqla təmin edən - YDM-LƏRİN SAYINI ARTIRIB
    11:41 9 Fev 2023
  • Ötən il 1095 dövlət əmlakı özəlləşdirilib
    11:39 9 Fev 2023
  • DİQQƏT! Zəlzələdən zərəçəkənlərə dəstək üçün - "ZİRAAT BANK AZƏRBAYCAN"IN VİDEO TƏLİMATI
    11:38 9 Fev 2023
  • Nar Naxçıvanda 4G şəbəkəsini - İSTİFADƏYƏ VERDİ!
    11:37 9 Fev 2023
  • İşğaldan azad edilən ərazilərdə - 14 MİN ƏMLAK QEYDİYYATA ALINIB
    11:33 9 Fev 2023
  • "Korkmaz Group" və "Sabah Residence" MTK - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    11:32 9 Fev 2023
  • AccessBank tender - ELAN EDİR
    11:31 9 Fev 2023
  • İnvestor ola bilərsiniz – “Leobank”ın yeni xidməti artıq istifadəçilər üçün - ƏLÇATANDIR
    11:28 9 Fev 2023
  • "Azərbaycan Dəmir Yolları" iki dövlət qurumunu - MƏHKƏMƏYƏ VERDİ
    11:24 9 Fev 2023
  • Dövlət Agentliyi: "İstismara qəbul olunmamış 67 bina qalıb, hansısa addımlar atılacaq"
    11:24 9 Fev 2023
  • Azərbaycanda türk şirkəti bu şirkəti - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    11:21 9 Fev 2023
  • “Banklar haqqında” Qanuna əcnəbi əmanətçilərlə bağlı - DƏYİŞİKLİK EDİLİR
    11:20 9 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!