Bu gün Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumu imzalanıb.
İsrailin XİN başçısı: "Azərbaycana investisiya yatırmaq istəyirik"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sənəd Azərbaycan-İsrail biznes forumu çərçivəsində ASK prezidenti Məmməd Musayev, İsrail tərəfdən isə MAI-ın sədrinin müavini Natanel Hayman tərəfindən imzalanıb.
Memorandumda iki ölkə arasında biznes missiyalarının səfərlərinin təşkili, qarşılıqlı investisiyaların yatırılması ilə bağlı araşdırmalar, B2B görüşlərin keçirilməsi, özəl sektor arasında əməkdaşlıq imkanlarının inkişafı və təcrübə mübadiləsinin həyata keçirilməsi və sair əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.











