14 avqust 2019 19:21

Azərbaycanda 50 sahibkara - İNVESTİSİYA TƏŞVİQİ SƏNƏDİ VERİLİB

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 449 milyon manatdan çox olan layihələr üzrə 50 investisiya təşviqi sənədi verilib. 
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, layihələrin 58 faizi sənaye, 34 faizi kənd təsərrüfatı, 8 faizi isə turizm sahələrini əhatə edir.
İxracın stimullaşdırılması üçün isə bu ilin ilk altı ayında ixracatçılara 5 milyon manatdan artıq, ümumilikdə isə 2016-cı ilin mart ayından bu günədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz