13 iyun 2019 14:23

Xaricilərin Azərbaycanda istədiyi – 3 VACİB İSLAHAT

Avropa İttifaqı (Aİ-nin) Azərbaycandakı Nümayəndəliyinin maliyyə və texniki dəstəyi ilə Alman-Azərbaycan XariciTicarət Palatası (AHK Azərbaycan) tərəfindən 2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycandakı hazır ki, iqtisadi vəziyyət , biznes və investisiya mühitinə dair fikirləri əks etdirən sorğu keçirilib.

Eləcə də bax: Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların həcmi açıqlanıb



FED.az xəbər verir ki, sorğunun nəticələrinə görə, Aİ şirkət rəsmilərinin fikrincə islahat aparmalı olan əsas dövlət qurumları aşağıdakılardı.

Vergi sistemi (razılıq faizi 17%)
Gömrük sistemi (razılıq faizi 16%)
Təhsil və hüquq sistemi (razılıq faizi13%)

Aİ şirkətləri ASAN xidmətin işini yüksək qiymətləndirib. Belə ki, səs verənlərin 65%-i ASAN-ın tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin effektivliyini yüksək qiymətləndirib.
Aİ şirkətlərinin fikrincə isə İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti səmərəsizdir. Belə ki, bu qurumun səmərəliliyi 25% göstərilib.

Qeyd edək ki, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin maliyyə və texniki dəstəyi ilə Alman-Azərbaycan XariciTicarət Palatası (AHK Azərbaycan) tərəfindən 2019-cu ilin yanvar-fevral ayları ərzində  aparılan bu ilki sorğu ardıcıl olaraq həyata keçirilən sayca dördüncü sorğudur. Sorğu 130 onlayn cavab , 20 üzbəüz müsahibə və təmsil olunan 16 sektor üzrə aparılıb.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz