Venesuelada daşınmaz əmlak qiymətlərində ciddi eniş var. Paytaxtın mərkəzi rayonlarında evlər xeyli ucuzlaşıb və artıq bir çoxunda yeni sakinlər yaşayır.
"Heç vaxt inanmazdım ki, belə bir evim olacaq" - Karakasın ən prestijli rayonlarından sayılan Çuaoda yeni ev almış şəxs belə deyir.
German televiziyada və reklam sahəsində çalışıb, bir neçə il əmək haqqı olaraq aldığı dollarları toplayıb, sonra da özü, arvadı və oğlu üçün mənzil axtarmağa başlayıb.
Paradoks ondadır ki, Karakas dünyanın ən ucuz şəhəri hesab olunur, Venesuelada hiperinflyasiya var.
German və ailəsinin artıq ümumi sahəsi 136 kvadrat-metr olan üçotaqlı mənzili var və o, arxitektura üzrə bir neçə mükafata layiq görülmüş binada yerləşir.
"Əvvəlcə mənzili 250-200 min dollara satırdılar. Sonra qiymət düşməyə başladı və biz onu 56 minə aldıq" - German belə deyir.
Təmir işləri qurtaran kimi o və ailəsi yeni evlərinə köçəcəklər: "Mən ölkədə qalmaq qərarına gəldim və düşünürəm ki, bu mənzil hələ uzun müddət bizim evimiz olacaq".
Bu gün Venesuelada mənzil çoxları üçün əlçatmazdır. Amma Germanın da nümunəsindən göründüyü kimi, buna imkanı olanlar üçün "çox yaxşı fürsətlər yaranıb".Fotonun müəllifiGETTY IMAGES
Satış səbəbi: "Geri qayıtmaq fikirləri yoxdur "
Bu gün Venesuelada hətta möhtəşəm evlər də qəpik-quruşa satılır.
Karib dənizindəki İsla-Marqarita adasında - hovuzu və bağı olan turist kompleksində ikiotaqlı yaşayış sahəsi 21 min dollaradır: Amerikadakı bir çox avtomobillərdən ucuz.
Karakasın El-Parasio rayonundakı 100 kvadrat-metrlik mənzili isə 70 min dollara satırlar.
Halbuki ilkin satış qiyməti 250 min dollar olub. Ölkədəki vəziyyət mənzil sahiblərini gözləntilərindən vaz keçməyə məcbur edib.
Venesueladakı bir çox başqa mülk sahibləri kimi, onlar da ölkədən getməyi planlaşdırırlar. Mənzil satışıyla bağlı WhatsApp qruplarında elanlar əsasən bu şəkildə təqdim olunur: "Onlar köçüb gedirlər, geri qayıtmaq fikriləri yoxdur".
BMT-nin məlumatına görə, son illərdə Venesuelanı 3 milyondan çox vətəndaş tərk edib. Onlar xaricə yeni imkanlar tapmaq üçün gedirlər.
Ölkədən çıxanlar özlərindən sonra boş evlər qoyub gedirlər.
Ona görə da daşınmaz əmlakın satış qiymətləri aşağı düşüb.Şəhərin əmlakçılar assosiasiyasının rəhbəri Poberto Ortanın sözlərinə görə, "son dörd ildə qiymətlər stabil olaraq ucuzlaşıb və 50-75% həddə çatıb".
BBC-ə müsahibəsində o bildirib ki, latın Amerikasının böyük şəhərlərində 1 kvadrat-metrin qiyməti 1500 dollar, Karakasda isə 500 dollardır".
O həmçinin qeyd edib ki, indiki satış qiymətləri evlərin tikintisinə xərclənən məbləğdən azdır.
İtmiş inam
Geniş miqyaslı emiqrasiyanın səbəbi təkcə əmlak qiymətlərinin enməsi deyil.
"Venesuelalıların alıcılıq qabiliyyətinin azalması, banklarda nəğd pul çatışmazlığı, xüsusi əmlakın toxunulmazlığını təhlükə altına almış siyasi vəziyyət ölkəyə inamın azalmasına səbəb olub" - Orta belə deyib.
Amma son vaxtlar bəzi şeylər dəyişməyə başlayıb.
Daşınmaz əmlak sahəsinin professionalları qeyd edirlər ki, artıq bəzi brokerlər anlaşmalardan və demək ki, həm də öz faiz gəlirlərindən imtina edirlər.
Bu fenomeni "Quaydo effekti" adlandırırlar.
Venesuela müxalifətinin lideri və Milli Assambleyanın rəhbəri Juan Guaido yanvarın 23-də konstituyiyaya uyğun olaraq prezident səlahiyyətlirini öz üzərinə götürdüyünü və hakimiyyətin Nicolas Maduro tərəfindən "işğalına" son qoyacağını bəyan edib.
Maduro Guaido-nu ABŞ-ın marionetkası adlandırır və deyir ki, o, dövlət çevrilişi etməyə çalışır.
Bir çoxları hesab edirlər ki, yeni liderlə müxalifət, nəhayət ki, Maduro-nu devirə biləcək.
"Keçmişdə dəyişiklik gözləntiləri qiymətlərin enməsini dayandırırdı, hətta müəyyən artış yarandığını gördüyümüz vaxtlar da olub".
"Evini satıb gedənlərdən çoxu geri dönmək istəyəcək".
Qalmaq, yoxsa qayıtmaq?
Venesuelalı həkim Virjinia bir il əvvəl evini satışa qoyub və İspaniyaya gedib.
Onun evi Karakas ətrafındakı gözəl turistik bölgədədir və o da ilkin satış qiymətini endirmək məcburiyyətində qalıb.
Virjinianın 200 min dollara satmaq istədiyi evə yeganə real alıcı 80 min dollar tklif edib.
Juan Guaido Venesuelanın siyasi səhnəsində görünəndən sonra alıcıların sayı artıb, amma artıq həkim qadın evini satmaq istədiyindən əmin deyil:
"Bəlkə yaxşı şeylər baş Orta Orta isə potensial xarici investorları xəbərdar edir: "İndi Venesuelaya yatırım qoyanlar böyük qazanc götürə bilərlər, amma bu, heç də tezliklə baş verməyəcək".