Gələn aydan yeni avtomobil yolunun çəkilməsi ilə əlaqədar “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzində söküntü işlərinə başlanılacağı barədə xəbər vermişdik. Yaxın vaxtlarda bazarla yanaşı ətrafdakı evlərin də söküləcəyi ilə bağlı məlumat yayılıb.
“Şuşa” restoranı sökülür - VİDEO
FED.az xəbər verir ki, bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, artıq bu istiqamətdə bəzi tədbirlərin görülməsinə başlanılıb. Sakinlər 18 evin plana düşdüyünü, ölçü işlərinin aparıldığını bildiriblər: “Kompensasiya 5 mindən, lap aşağısı 3 mindən az veriləcəksə, evdən çıxa bilməyəcəyəm. Buldozer də gətirsələr, çıxmayacağam. Çünki bura Nərimanovdur. O qiymətə Nərimanovun heç bir yerindən ev ala bilmərəm”.
Qeyd edək ki, söküntü işləri Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar aparılır.
“Keşlə bazarı”nın Dərnəgül qəsəbəsində yerləşən “Eurohome” ticarət mərkəzinə köçürüləcəyi bildirilib.