Abbas Mirzə Şərifzadə küçəsi, 241 ünvanında yerləşən "Avant Qrup" MTK-ya məxsus binadan ev alan sakinlər aldıqları mənzillərin ƏDV (əlavə dəyər vergisi) hissəsini artıq üç ildir geri ala bilmədiklərini bildirirlər.
Kartla ev və obyekt alanlara 10 ayda 26 milyon manat ƏDV geri qaytarılıb
FED.az xəbər verir ki, sakinlərin sözlərinə görə, onlar dəfələrlə MTK-ya (Mənzil-Tikinti Kooperativi) müraciət etsələr də, nə məsələ həll olunub, nə də onlara aydın və rəsmi məlumat verilib.
Mənzil sahiblərindən biri yaranan vəziyyəti belə izah edib: "Aldığımız mənzillərin ödənişlərini bitirəndə bizim ödədiyimiz ƏDV-nin 30%-i bizə geri qayıtmalı idi. Problem MTK və Dövlət Vergi Xidməti arasındakı anlaşılmazlıqlardan və bizim müdaxilə edə bilmədiyimiz proseslərdən yaranıb. Nəticədə biz ƏDV-nin 30%-ni geri ala bilmirik," - deyə sakin vurğulayıb.










