PMD Projects 25-27 fevral tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən beynəlxalq inşaat sərgisi – UzBuild 2025-də iştirak edir.
FED.az xəbər verir ki, sərgi inşaat sənayesinin ən son yeniliklərini təqdim edən, regionun qabaqcıl inşaat şirkətlərini bir araya gətirən mühüm bir platformadır.
PMD Projects Özbəkistanın beynəlxalq sərgi mərkəzi “Central Asian Expo Uzbekistan”da stend ilə təmsil olunaraq öz geniş layihə portfelini və inşaat sahəsindəki təcrübələrini nümayiş etdirir. Tədbir çərçivəsində şirkət potensial tərəfdaşlara fəaliyyət sahələri və xidmətləri haqqında ətraflı məlumat verərək yeni əməkdaşlıq imkanlarını araşdırır.
PMD Projects bu tədbirdə iştirak etməklə beynəlxalq bazarda mövqeyini gücləndirmək və yeni tərəfdaşlıqlar qurmaq məqsədini güdür.