Bir evin təmirinə 50 min manat xərc çəkilib, digəri isə təmirsizdir... Ancaq plana düşən zaman həmin evlərin kvadratına eyni məbləğdə kompensasiya hesablanır...
Bakıda söküntülər başladı: Kompensasiya sakinləri qane etmir - VİDEO
FED.az xəbər verir ki, əmlak eksperti Elnur Azadov deyir ki, təmirli və təmirsiz mənzil məsələsi MTK-larla sakinlər arasında çox vaxt problemə çevrilir.
Ekspertin sözlərinə görə, ölkədə 80-dən çox qiymətləndirmə şirkəti və qiymətləndirmə haqqında qanunlar var. Məhz bu cür hallarda proses qanunla tənzimlənməli, qiymətləndirmə şirkətləri məsələyə cəlb olunmalıdır.
Qeyd edək ki, sakinlər və MTK arasında bununla bağlı yaranan narazılıq bəzi hallarda hətta məhkəmələrə qədər uzanır.