Yeni tikililərdə («novostroyka»lar) ən çox təhlükə yaradan problemlərdən biri də binanın enerji sistemi ilə bağlıdır. Bu isə həm sakinlər həm də binanın xidmət personalı üçün ciddi təhlükə yaradır.
FED.az bu sahədə vətəndaşların maarifləndirilməsi üçün yeni tikililərdəki («novostroyka»lar) aktual problemlərin işıqlandırılmasını davam etdirir.
Son 1-2 il ərzində tikilən binalar istisna olmaqla, daha əvvəl tikilən binaların elektrik sistemlərində bir sıra problemlər müşahidə olunur. Bina sakinləri və buradakı mənzillərin sahibləri əksər hallarda bu problemlərdən xəbərsiz olsa da, mütəxəssislər belə halları dərhal aşkar edirlər.
Eləcə də bax: «Novostroyka» sakinlərinin - XƏBƏRSİZ OLDUĞU PROBLEMLƏR – 1 - HƏLL OLUNACAQMI?
Bəzi binalarda enerji sistemi köhnə prinsiplə qurulub
Binalara texniki xidmət məsələləri üzrə ekspert, «Rahat Yaşam» idarəetmə şirkətinin mütəxəssisi Rahid Quliyev FED.az-a bildirir ki, binaların əksəriyyətində enerji qurğuları əvvəlki sovet prinsipi ilə, yəni köhnə qoruyuculardan və naqillərdən istifadə etməklə fəaliyyət göstərir.
Binanın elektrik sistemindəki problemlər bura ilk sakinlər köçürüləndən dərhal sonra özünü göstərməyə başlayır. Bir qayda olaraq sakinlər binaya məskunlaşanda bina hələ qaz xəttinə qoşulmur və sakinlər bütün ehtiyaclarını elektrik enerjisi ilə ödəməli olurlar: «Nəticədə bütün mənzillər binanın enerji sisteminə yüklənir, bu isə qısaqapanmalar və bəzən qəzalara yol açır".
Təcrübə və müşahidələr də göstərir ki, qəzaların və yanğınların əksəriyyəti qaz verilməyən, yalnız enerji ilə işləyən binalarda baş verir. Bir qədər əvvəl Bakının Yasamal rayonunda, binada baş verən yanğın da belə halların nəticəsi idi ki, az qalsın insan ölümü ilə nəticələnəcəkdi.
Eləcə də bax: «Novostroyka» sakinləri içdikləri suyun tərkibindən xəbərsizdir» - PROBLEMLƏR – 2
Elektrik naqilləri su borusunun yanından keçir
Digər məsələ - adətən sakinlər binada ilk vaxtlar məskunlaşanda burada paralel oaraq təmir işləri də aparılır. Təmir zamanı isə müxtəlif qurğulardan istifadə edilir.
Hazırki praktikaya görə, binanın istismara qəbul edilmədiyi dövrlərdə, onun enerji sistemi də fərqli çalışır, daha dəqiqi binaya verilən bütün enerji bir ümumi sayğacdan hesablanır. Bu da əlavə risklər yaradır.
Bəzi binalarda isə, R.Quliyev deyir ki, elektrik sistemlərinin işində elementar təhlükəsizlik qaydalarına əməl olunmur: «Yüksək gərginlikli elektrik naqilləri su borusunun altından və ya yaxınlığından aparılır. Hətta binanı analiz etmək üçün gələndə görürük ki, su borusunun altında elektrik qutuları («şitlər») quraşdırılıb. Təsəvvür edin ki, bu su borusu partlasa və su kabelin üzərinə axsa nə baş verə bilər».
Ola bilsin ki, yeni tikililərin sakinləri binanın köməkçi tikililərində belə hallarda rastlaşıblar. «Rahat Yaşam»ın eksperti bildirir ki, bir sıra binalarda elektrik qutularının yerləşdiyi əraziyə diqqət yetirilmir, həmin ərazi nəzarətsiz qalır və buraya zibil tökülür. Bunlar da həm sakinlər, həm də ümumilikdə binanın təhlükəsizliyi üçün yüksək risk deməkdir.
Binaya əslində iki naqil çəkilməlidir...
Binaların elektrik sistemi ilə bağlı, sakinlərin əksəriyyətinin xəbərsiz olduğu başqa bir məsələ - sakinlərin pulu ilə alınıb quraşdırılmış transformatordur. Bina sakinləri hesab edir ki, bu transformator dövlətə məxsusdur. Və ona dövlət qurumu xidmət göstərməlidir. Əslində isə bu transformator binanındır və ona sakinlərin aylıq kommunal ödənişi hesabına xidmət göstərilməli, daima nəzarət edilməli və saz vəziyyətdə saxlanmalıdır. Bura tranformatorun yağının vaxtlı vaxtında dəyişdirilməsi, avtomatlarının saz vəziyyətdə saxlanılması və sair aiddir.
Enerji sistemi ilə bağlı digər mühüm məqam: tələblərə görə, transformatordan binaya əslində iki naqil çəkilməlidir. R.Quliyev deyir ki, bu naqillərdən biri işlək, digəri ehtiyat naqil adlanır. Hər hansı hadisə nəticəsində, işlək naqildə problem yarandıqda, ehtiyat kabel qoşulur və binanın enerji təminatı kəsilmir. Amma R.Quliyev bildirir ki, hazırda Bakıda inşa edilmiş yeni binaların bir hissəsində ehtiyat naqil yoxdur, bu isə yüksək risklə yanaşı, həm də narahatlıq yaradan detaldır.
Rahid Quliyev deyir ki, müasir tələblərə görə, binaların elektrik sistemi daim nəzarətdə olmalıdır: «Məsələn bizim idarə etdiyimiz binalarda bu sistemə gecə-gündüz növbə ilə iki nəfər nəzarət edir».
Müasir binalarda elektrik stabilizatoru qurulmalıdır
Bundan başqa, müasir binalarda elektrik tənzimləyicisi – stabilizator qurulmalıdır. Bu aparat binaya kənardan daxil olan enerjinin gərginliyini sabit saxlayır və elektrik cihazları üçün üçün təhlükəli olan gərginlik dəyişməsinin qarşısını alır.
Stabilizatorların qiyməti bir neçə min manatdan başlayır, gücünə və istehsalçısına görə dəyişir. Texniki hesablaalara görə, bir binada 2-4 ədəd orta güclü stabilizator quulmalıdır. Bunlar liftlərə, su nasosxanasına və sair qurğulara qoşulub onları gərginlik əsməsindən qorumalıdır.
Amma araşdırmalar göstərir ki, binanı inşa edən şirkətlərin çoxu demək olar ki, bir qayda olaraq bu mühüm detala da «qənaət edirlər». Yəni onu alıb quraşdırmırlar, nəticədə binadakı avadanlıq və qurğular mümkün ola bilən gərginlik dəyişmələri qarşısında müdafiəsiz qalırlar.
Bina idarəetməyə götürüləndə bütün qurğular yoxlanılır
Göründüyü kimi, yeni tikililər ilk baxışdan görkəmi ilə bir-birindən fərqlənməsələr də, onların texniki təchizatı həm rahatlıq, həm də təhlükəsizlik və sağlamlıq baxımınan böyük rol oynayır.
Məhz buna görə də, ciddi şirkətlər binanı idarəetməyə götürərkən bütün qurğuların vəziyyətini yoxlayıb qiymətləndirir və yalnız bundan sonra bina sakinlərdən təhvil alınarkən onlara yazılı məlumat verilir.
«Rahat Yaşam» şirkətinin idarəetməyə götürdüyü binalarda da bütün qurğuların işlək vəziyyətdə olub-olmaması əvvəlcədən yoxlanılır, necə deyərlər texniki «chek-up» aparılır, aşkar edilən problemlər barədə sakinlərə məlumat verilir.
Ortaya çıxan problem həm sakinlərin həm də RAHAT YAŞAM şirkətinin birgə səyləri nəticəsində qarşılıqlı razılaşma əsasında müəyyən edilmiş vaxt aralığında aradan qaldırılır.
«Rahat Yaşam» olaraq yeni tikili binalarda yaşayan sakinlərin diqqətinə çatdırmaq istəyirik ki, cənab prezident İlham Əliyevin bu sahə ilə əlaqədar müvafiq sərəncamına və tapşırığına əsasən yeni tikili binaların dövlət təhvilinə verilməsi artıq başlanılmışdır və bu proses sürətlə davam etdirilir.
Eyni zamandada binaların kommunal idarəetməsi artıq MTK-lar tərəfində deyil , sakinlər tərəfindən idarəedilməsidə Mənzil Məcəlləsində birmənalı olaraq öz əksini tapmışdır. Məhz bu dəyişikliyə görə sakinlər idarəetməni MTK-lardan təhvil alaraq MMMC (Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ) yaradaraq ya özləri idarə etməli və ya bu sahədə peşəkar olaraq fəaliyyət göstərən şirkətlərə müqavilə qarşılığında devr etməlidirlər. Buna maneçilik törədən MTK-lar və şəxslər haqqında yazılı olaraq İqtisadiyyat Nazirliyinə (binaların sakinlər tərəfindən idarəedilməsi məhz bu dövlət qurumuna tapşırılıb) müraciət etmələrini xahiş edirik.