Yaxın vaxtlarda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin ailələrinə evlərin verilməsi prosesinə başlanılacaq.
Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilib
FED.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Çernobıl qəzası ilə əlaqədar əllilliyi olan şəxslərə də 2026-cı il üzrə mənzil verilməsi prosesinə də tezliklə başlanılacaq. (Trend)









