Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

İnşaat və əmlak

  1. Ana səhifə
  2. İnşaat və əmlak
  1. İnşaat və əmlak

Memar: “Bakının mərkəzində iş, kənarında isə yaşayış yerləri olmalıdır”

Memar: “Bakının mərkəzində iş, kənarında isə yaşayış yerləri olmalıdır” | FED.az
11:20 25 Yan 2019

Söhrab Rəhimov inşaat sektorunun layihələndirməsi və təşkilində yeni texnologiyaların tətbiqi, dayanıqlı arxitektura prinsipləri və müasir rasional fəlsəfəsini dəstəkləyən, 24 illik təcrübəyə sahib ekspertdir. O, müasir texnologiyaların Azərbaycanda tətbiqini və yeni nəsil memarların yetişdirilməsini ən prioritet məsələlərdən sayır.   

FED.az memar Söhrab Rəhimovla müsahibəni təqdim edir.
 

Eləcə də bax: Tikinti sahəsindəki pozuntular açıqlanıb - İCLAS
 

- Son 20 ildə Azərbaycan bir tikinti bumu yaşadı. Elə paytaxt Bakıda müasir memarlıq üslubunda yüzlərlə bina, göydələn ucaldılıb. Amma elm yerində dayanmır, dünyada hər gün yeni texnologiya kəşf olunur. Müasir memarlığın əsas istiqamətləri hansılardır?

- Hələ Sovet dönəmindən Azərbaycanda inşaat sektorunun özünəməxsusluğu duyulurdu. Hətta ayrıca Tikinti Nazirliyi də vardı. Ancaq Sovet İttifaqının dağılmasından sonra xaricdən gələn yeni texnologiyaya bir qədər adaptasiya problemi yaşandı. Axı, mühəndis və memarlar köhnə, artıq mövcud olmayan bir sistemin proqramı ilə təhsil alıb özlərinə uyğun qaydada fəaliyyət göstərirdilər. Amma dünya üzrə inşaat sahəsində öz sözünü demiş müəyyən standartlar var. Bunlardan ən etibarlısı, müəyyən dərəcədə bizə uyğun olanları Almaniyanın Standartlaşma İnstitutunun, yəni DIN - Deutsches Institut für Normung və Amerikanın Beton İnstitutunun, yəni ACI - American Concrete Institute standartlarıdır. Zamanında SSSR-də tətbiq edilən, hazırda MDB məkanında da tanınan dövlət standartı, yəni QOST və SNIP da DIN alman standartından qaynaqlanıb. İndiki dövrdə QOST-un digər standartlara görə çox geri qaldığını görürük. Bu da öz növbəsində əldə olunan məhsula öz təsirini göstərir. Rusiya SNIP standartlarını mümkün olduğu qədər yeniləməyə çalışır. Ancaq Azərbaycanın özünəməxsus bir standartı yoxdur. Biz QOST və SNIP ilə işləyirik. Türkiyə TSE (Türkiyə Standartlat Enstitüsü) adı altında ölkə daxilində bu strukturdan istifadə edir. Düşünürəm, bizim də Azərbaycan Standartlar İnstitutu adı altında bir bazamız olmalıdır. Amma velosipedi yenidən kəşf etməyin mənası yoxdur. Biz öz sistemimizi müasir və özünü təsdiqləmiş sistemlər üzərində qurmalıyıq.

 

- Bu gün memarlığa olan əsas tələb nədir?

- Paytaxt Bakıda son 10 ildə həyata keçirilən yeni layihələrin memarları və menecerləri xarici şirkətlərdə çalışan şəxslərdir. Məhz bu şirkətlər davamlı olaraq sistemi izləməklə ən müasir texnologiyaları Azərbaycana gətiriblər. Azərbaycan da bu inkişafdan öz payını götürür və artıq özünü bu sistemin bir parçası saya bilər. Hazırda dünya memarlığında maraqlı tələblər gündəmə gəlib. Layihə təşəbbüsü zamanı əvvəl diqqət edilməyən, ancaq indi çox önəmli faktorlardan biri olan ekoloji cəhətdən uyğunluq, layihənin istismarı zamanı xərclənən enerjinin bərpası, israfın qarşısının alınması, bir sözlə, təbiətə və ətraf mühitə isti yanaşmanı ehtiva edən inşaat planlaşması önə keçir. Yığcamlıq, tikinti betonlaşmasının mümkün qədər azaldılması, insana verilən dəyər,  yaşıllığın, təbiiliyin qorunması inkişaf etmiş ölkələrdə prioritet məsələdir.

 

- İnşaat və memarlıq sahəsində dünyanın aparıcı ölkə və sistemləri hansılardır? Bu sistemlər arasında əsas fərq nədir? 

- Avropa ölkələrindən Almaniya, Hollandiya, İsveçrə, İngiltərə, Asiya qitəsindən Çin, Malayziya, İndoneziya və ayrıca ABŞ-ın adını çəkmək olar. Bunların arasında demək olar yanaşma fərqi yoxdur, çünki bir çox problem layihə dövründə həll edilir və layihəni əvvəlcədən müəyyən edilmiş standarta uyğun hazırlayıb icra edirlər. Məsələn, dünyanın bir çox aparıcı şirkəti layihə dizayn işləri üçün ən populyar sistem olan RIBA - Royal Institute of British Architects, yəni  Britaniya Memarlarının Krallıq İnstitutunun hazırladığı layihələndirmə üzrə iş planı ilə işləyirlər. Proses necə baş tutur? İş planı layihədə bütün sualların cavablandırılmasına və iş zamanı dəqiq büdcənin olmasına, doğru zamanda və keyfiyyətli bir şəkildə layihənin bitməsinə imkan verir. Bizdə bu praktika hələlik yetərincə tətbiq olunmur. Bir çox insan və şirkət əslində işin "açarı" sayılan layihəyə önəm və dəyər vermir. Bu səbəbdən də keyfiyyət, büdcə və zaman məfhumlarından ən az biri itirilir və vəsait itkisi qaçılmaz olur.  

 

- Dayanıqlı memarlıq anlayışı müasir memarlıqda aparıcı mövqeləri zəbt etməkdədir. Hər tikilən binanın təkcə davamlı, gözəl və funksional olmağı kifayət etmir. Tikinti həm də ekoloji baxımdan cəlbedici olmalı, təbii ehtiyatların qorunması baxımından düzgün inşa edilməlidir. Bu memarlığı necə qiymətləndirirsiniz? 

- İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu məsələyə yanaşma fərqlidir. Belə ki, bina öz ömrünü bitirdikdən sonra (əvvəlcədən planlaşdırılmış şəkildə) uçurulur və yerinə yenisi inşa edilir. Bu iqtisadi baxımdan çox vəsait tələb edir. Bəzi Avropa ölkələrində isə bina layihələndirilirkən onun təyinatını gələcəkdə dəyişmək də nəzərə alınır. Məsələn, hotel binası gələcəkdə xəstəxana binasına çevrilə bilər. Dayanıqlı memarlıq dedikdə bizim ağlımıza ilk gələn seçilmiş materialların dayanıqlılığı ilə başlayır. Təbii ki, dayanıqlı materialı seçərək biz həm ölkə iqtisadiyyatına, həm də istifadəçilərə xeyir vermiş olarıq. Ancaq dayanıqlılığı nəzərə aldığımız zaman eyni zamanda təhlükəsiz ekoloji layihələndirməni və enerji sərfini azaldan tikintini düşünməliyik.

Dayanıqlı memarlıq innovasiya və dəyişikliklər, etik standartlar və sosial cazibə, ehtiyatların qorunması və ekoloji təhlükəsizlik, iqtisadi səmərəlilik, layihənin estetik effektivliyi kimi dəyərlərə əsaslanır. Yeni memarlıq əslində şəhərsalmaya yeni yanaşmanın tətbiqi deməkdir. Əgər müasir texnologiyalar “ağıllı” əşyaların yaradılmasına təkan verirsə, artıq “ağıllı” ev, smartfon, məişət avadanlığı yaradılırsa, nədən Azərbaycanda “ağıllı” şəhərlər olmasın? Bu bir tərəfdən ekologiyanın və təbii sərvətlərin qorunmasına, digər tərəfdən isə meqapolislərin yeni formatda inkişaf etməsinə səbəb olacaq. Yeni düşüncə tərzi öz-özünü tənzimləyən memarlıq incilərinin inşasını ön plana çəkəcək.

 

- Rəsmi və qeyri-rəsmi mənbələr Bakıda təxminən 4 milyona yaxın insanın yaşadığını bildirirlər. Şəhər, sözün əsl mənasında, xarici filmlərdə gördüyümüz hansısa bir nəhəng meqapolisi xatırladır. Sizcə, paytaxtın şəhərsalma konsepsiyası günün tələblərinə cavab verirmi? Ekoloji baxımdan Bakını necə qiymətləndirmək olar?

- Bu gün bütün dünyada əhalisinin sayı milyonlarla olan bir çox şəhər mövcuddur. Nizamsız və sıx infrastruktura malik bu şəhərlər həm təbiətə, həm də insan sağlamlığına mənfi təsir göstərir. Bunun əsas səbəbi isə binaların ətraf mühit və insan sağlamlığı amili nəzərə alınmadan inşa edilməsidir.

Şəhərlər inkişaf etdikcə şəhərə insan axını da çoxalır. Bu da mütəmadi olaraq diqqətdə saxlanılması vacib olan mövzudur. Ümumiyyətlə, şəhərsalma əsaslarına görə, Bakının mərkəzində iş, kənarında isə yaşayış yerləri olmalıdır. Bununla yanaşı bəzi ümumi nəqliyyat sahəsi və onlara aid qanunlara yenidən baxılmalıdır. İnsanlar daha çox ictimai nəqliyyatdan istifadə etməlidirlər. Yollar mümkün olduğu qədər bərabər genişlikdə olmalı, bunun kimi bir sıra məfhumlar daima nəzarətdə saxlanılmalı,  insanların rifahının yaxşılaşdırılmasına xidmət etməlidirlər.

Son illərdə Bakıda xeyli çoxmərtəbəli yaşayış binasının ucaldılması, şəhərə axının sürətlənməsi, şəhər ətrafında şəxsi evlərin inşasının artması infrastruktur ilə bağlı bir sıra ekoloji problemləri aktuallaşdırıb. Tikintidə beton, metal, plastik kimi “soyuq” materiallardan istifadənin çoxluğu əslində enerji itkisini xeyli artırır. Bakının ümumi mənzərəsinə diqqət yetirsək, göydələnlərin damlarındə, ətraf ərazilərdə yaşıllıqlara rast gəlmirik. İnkişaf etmiş ölkələrdə inşa edilən hər tikilidə mütləq günəş panellərindən istifadə edilir, alınan enerji isə binanın işıqlandırılması, qızdırılması və digər ümumi işlərinə sərf edilir. Bakıda alternativ enerjidən tam yararlana bilmirik.

Bakını ekoloji cəhətdən cəlbedici şəhərə çevirmək üçün ilk növbədə maarifləndirmə işləri aparılmalı, mətbuatda və sosial mediada yeni memarlıq və tikinti konsepsiyalarını insanlara çatdırmalıyıq. 

Banner
Banner
  • bakı
Paylaş

Digər xəbərlər

Bakının bu rayonunda yaşayış binası sökülür - FOTO
İnşaat və əmlak 13 Avq 2022
Bakının bu rayonunda yaşayış binası sökülür - FOTO
Yeddi ayda tikinti materiallarının istehsalı - 25% ARTIB
İnşaat və əmlak 12 Avq 2022
Yeddi ayda tikinti materiallarının istehsalı - 25% ARTIB
Nüsrət İbrahimov: "Ötən ay Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb"
İnşaat və əmlak 12 Avq 2022
Nüsrət İbrahimov: "Ötən ay Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb"
Bağ Evləri yaşayış-istirahət məntəqəsi salınıb - 30 EV TİKİLİB
İnşaat və əmlak 12 Avq 2022
Bağ Evləri yaşayış-istirahət məntəqəsi salınıb - 30 EV TİKİLİB
MİDA 815 güzəştli mənzili satışa çıxarır - SİYAHI
İnşaat və əmlak 12 Avq 2022
MİDA 815 güzəştli mənzili satışa çıxarır - SİYAHI
Təcili: MİDA güzəştli evlərin satışını elan etdi -  AYLIQ ÖDƏNİŞ 143 MANATDAN BAŞLAYIR - SİYAHI
İnşaat və əmlak 12 Avq 2022
Təcili: MİDA güzəştli evlərin satışını elan etdi -  AYLIQ ÖDƏNİŞ 143 MANATDAN BAŞLAYIR - SİYAHI
İpoteka ilə bağlı qaydalar sərtləşdirilir - VİDEO
İnşaat və əmlak 11 Avq 2022
İpoteka ilə bağlı qaydalar sərtləşdirilir - VİDEO
«Ağ Şəhər»də işləyən şirkət Ağdamda – «NOVOSTROYKA» TİKİR KVADRATI 1250 MANATA
İnşaat və əmlak 10 Avq 2022
«Ağ Şəhər»də işləyən şirkət Ağdamda – «NOVOSTROYKA» TİKİR KVADRATI 1250 MANATA
Evi olduğu halda ipoteka krediti götürənlərlə bağlı – YENİ MƏHDUDİYYƏT
İnşaat və əmlak 8 Avq 2022
Evi olduğu halda ipoteka krediti götürənlərlə bağlı – YENİ MƏHDUDİYYƏT
«Gilan»ın başladığı tikintini «Pasha Construction» bitirəcək – BAKIDA 6 ULDUZLU OTEL YAŞAYIŞ VƏ BİZNES MƏRKƏZİ AÇILACAQ
İnşaat və əmlak 8 Avq 2022
«Gilan»ın başladığı tikintini «Pasha Construction» bitirəcək – BAKIDA 6 ULDUZLU OTEL YAŞAYIŞ VƏ BİZNES MƏRKƏZİ AÇILACAQ
Kirayə üsulu ilə - 1914 MƏNZİL VERİLDİ
İnşaat və əmlak 8 Avq 2022
Kirayə üsulu ilə - 1914 MƏNZİL VERİLDİ
Azərbaycanda tikinti materialları altı ay ərzində 15 %-ə qədər - BAHALAŞIB
İnşaat və əmlak 5 Avq 2022
Azərbaycanda tikinti materialları altı ay ərzində 15 %-ə qədər - BAHALAŞIB
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    22:38 14 Avq 2022
  • "PASHA Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    22:37 14 Avq 2022
  • "Bank Respublika" ASC çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    22:35 14 Avq 2022
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 300-400-500-600-1000 manat - 16 VAKANSİYA
    22:33 14 Avq 2022
  • Bakıda restoran ofisiant axtarır - AYLIQ QAZANC 1000-1500 MANAT - VAKANSİYA
    21:13 14 Avq 2022
  • "Invest AZ" QSC işçi axtarır - YÜKSƏK GƏLİR - VAKANSİYA
    20:41 14 Avq 2022
  • Laçını tərk edən ermənilər - EVLƏRİNİ YANDIRIRLAR - VİDEO - FOTOLAR
    19:35 14 Avq 2022
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 400-600-800-1000-1200-1500 manat - 22 VAKANSİYA
    22:23 13 Avq 2022
  • "eTopaz" işçilər axtarır - VAKANSİYALAR
    22:11 13 Avq 2022
  • "Kapital Bank" işçi axtarır - VAKANSİYA
    22:09 13 Avq 2022
  • "Engin Ltd" işçi axtarır - VAKANSİYA
    22:08 13 Avq 2022
  • "Azərbaycan Dəmir Yolları" QSC işçi axtarır - VAKANSİYA
    22:05 13 Avq 2022
  • "Invest AZ" QSC işçi axtarır - YÜKSƏK GƏLİR - VAKANSİYA
    22:00 13 Avq 2022
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 5 NƏFƏR ÖLDÜ
    20:53 13 Avq 2022
  • Ermənilər mövqelərimizi - ATƏŞƏ TUTDU
    13:54 13 Avq 2022
  • Təsərrüfat sahiblərini aldadıb heyvanlarını ələ keçirən şəxs həbs olunub - FOTO
    13:23 13 Avq 2022
  • Azərbaycanda keyfiyyətsiz qənd istehsal edən - ŞİRKƏTLƏRİN ADI AÇIQLANIB - SİYAHI
    13:15 13 Avq 2022
  • Azərbaycanda sığorta depozitləri 36 faizdən çox - ARTIB
    12:52 13 Avq 2022
  • Azərbaycandan bu il 20 min turist İzmirə - SƏFƏR EDİB
    12:38 13 Avq 2022
  • Büdcə gəlirləri 3 ay artıqlaması ilə, 3 ay üzrə isə proqnozdan az icra edilib - HESABAT
    12:21 13 Avq 2022
  • 41 dərəcə isti - BAZAR GÜNÜNÜN HAVA PROQNOZU
    12:18 13 Avq 2022
  • Fransa parlamenti ölkədə yanacaq ehtiyatının rekord dərəcədə az olduğunu - BİLDİRİR
    12:12 13 Avq 2022
  • İndiyədək ölkədə 67 min yeni nəsil nəzarət-kassa aparatları - QURAŞDIRILIB
    11:59 13 Avq 2022
  • Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı - TAPŞIRIQLAR VERİLDİ
    11:40 13 Avq 2022
  • Zakir Həsənov xidməti müşavirə keçirdi - TAPŞIRIQLAR VERDİ
    11:33 13 Avq 2022
  • Aktiv ƏDV ödəyicilərinin sayı - 7,2 FAİZ ARTIB
    11:26 13 Avq 2022
  • Bakının bu rayonunda yaşayış binası sökülür - FOTO
    11:05 13 Avq 2022
  • Maliyyə piramidasının rəhbəri milyonları götürüb Bakıya - QAÇDI
    10:49 13 Avq 2022
  • Bakıda fəhlə faciəvi şəkildə - VƏFAT ETDİ
    10:45 13 Avq 2022
  • Dövlət büdcəsinə daxilolmaların 23,6 faizini ƏDV hesabına - TƏMİN OLUNUB
    10:36 13 Avq 2022
  • Moody's Türkiyənin kredit reytinqini - AŞAĞI SALDI
    10:27 13 Avq 2022
  • Ağalıda ilk ailə təsərrüfatları yaradıldı - VİDEO
    10:22 13 Avq 2022
  • Neft ucuzlaşıb - SON QİYMƏT
    10:20 13 Avq 2022
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    10:06 13 Avq 2022
  • Prezident: Həmin ərazilərdə taxılın məhsuldarlığı - 1 TONDAN AŞAĞIDIR
    09:49 13 Avq 2022
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 400-600-800-1000-1200-1500 manat - 20 VAKANSİYA
    21:46 12 Avq 2022
  • "Paşa sığorta" işçi axtarır - VAKANSİYA
    21:43 12 Avq 2022
  • "Azərpambıq " işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
    21:40 12 Avq 2022
  • "The Ritz-Carlton Baku" - işçilər axtarır - VAKANSİYALAR
    21:31 12 Avq 2022
  • "Express Bank" işçi axtarır - VAKANSİYA
    21:23 12 Avq 2022
  • "AzerGold" CJSC işçilər axtarır - VAKANSİYALAR
    21:19 12 Avq 2022
  • "Socar Polymer" işçi axtarır - VAKANSİYA
    21:11 12 Avq 2022
  • "Star Mining LLC" işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
    20:35 12 Avq 2022
  • Sumqayıt Texnologiyalar Parkı işçi axtarır - VAKANSİYA
    20:33 12 Avq 2022
  • "OBA" marketlər şəbəkəsi işçi axtarır - VAKANSİYA
    20:28 12 Avq 2022
  • "AFB Bank" işçi axtarır - VAKANSİYA
    20:27 12 Avq 2022
  • "Nar" işçi axtarır - VAKANSİYA
    20:23 12 Avq 2022
  • "Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
    20:19 12 Avq 2022
  • Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi - TAM MƏTN
    20:05 12 Avq 2022
  • İlham Əliyev: Qarabağda yaşayan ermənilərə avqustun sonunadək vaxt verilib
    19:59 12 Avq 2022
  • "Mən artıq Dövlət Qaçqınkom-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar"
    18:11 12 Avq 2022
  • Azərbaycan Dövlət Reklam Agentliyinin mənfəəti - 31% AZALIB
    18:07 12 Avq 2022
  • İrəvan-Sevan-İcevan-Azərbaycan sərhədi avtomobil yolunun inşası il sonunadək - BAŞA ÇATACAQ
    18:02 12 Avq 2022
  • "Səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır"
    17:51 12 Avq 2022
  • Dolların bazar ertəsinə olan məzənnəsi - AÇIQLANDI
    17:40 12 Avq 2022
  • İlham Əliyev Ermənistana - XƏBƏRDARLIQ EDİB
    17:33 12 Avq 2022
  • AMB-nin Pul Siyasəti və Maliyyə Sabitliyi Komitələri - BİRLƏŞDİRİLİB
    17:26 12 Avq 2022
  • "Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik"
    17:23 12 Avq 2022
  • Ukraynada “Bayraktar” zavodunun inşasına - BAŞLANILIB
    17:17 12 Avq 2022
  • Prezident "Qisas" əməliyyatından danışıb: "Cəza tədbiri idi"
    17:09 12 Avq 2022
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • C.Məmmədquluzadə küçəsi 102A (City Point Biznes Mərkəzi)

© 2016 - 2022 FED.az | Bütün hüquqlar qorunur.