Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən göl qurudulub və yerində fərdi yaşayış evləri salınıb.
Binəqədidə ucuz mənzillər satışa çıxarıldı – AYLIQ 207 MANATDAN - ŞƏRTLƏR
FED.az xəbər verir ki, son 3 ildə isə gölün ərazisi tamamilə qurudularaq, üzərində evlər tikilib.
Sakinlərin sözlərinə görə, gölün olması onlar üçün müəyyən çətinliklər yaradıb. Son bir ilə qədər ərazidəki çirkab suları həmin gölə axıdılıb.
Gölün qurudulması ilə bağlı Masazır kənd bələdiyyəsindən bildirilib ki, yaxınlıqdakı yaşayış evlərindən axıdılan kanalizasiya suları gölün ətrafında antisanitar vəziyyət yaranmasına səbəb olub. Sakinlərin müraciətindən sonra
mənzillərdən gölə axan kanalizasiya suları dayandırılıb. Torpaq doldurulan gölün üzərində inşa edilən evlərin hansı icazə sənədi ilə tikilməsi sualı isə cavabsız qalır.












