İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Azərbaycan maliyyə nazirinin müavini
Azərbaycan iqtisadiyyat nazirinin müavini
Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Mərkəzi Bankı sədrinin müavini
Azərbaycan Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi siyasət məsələləri sektorunun müdiri.










