Bu günə İpoteka və Kredit Zəmanət Fondu 116,891 milyon manat məbləğində 1 294 krediti zəmanətlə təmin edib.
FED,az xəbər verir ki, bu barədə İpoteka və Kedit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev Fondun mətbuat nümayəndələri üçün təşkil etdiyi təlimdə bildirib.
Bundan başqa, onun sözlərinə görə, indiyə qədər qurumun xətti ilə verilmiş ipoteka kreditlərinin 32 %-ni güzəştli kateqoriyaya aid şəxslər alıb.
Kreditlərin 67 %-i gənclərə və gənc ailələrə verilib, 22 %-i isə regionlarun (52 şəhər və rayon) payına düşüb. (Report)