Dərnəgül tikinti bazarının arxa hissəsindəki evlər sökülür.
Bura Şahmar Ələkbərov küçəsidir. Küçədəki evlərin bir çoxunun üzərində bu işarələr var. İşarələr isə rayon icra hakimiyyəti tərəfindən sahəsi ölçülən evlərə çəkilib.
FED.az xəbər verir ki, sakinlər bildirir ki, hətta icra hakimiyyətinin nümayəndələri tərəfindən evlərin ölçülməsi işinə başlanılıb.
Onlar evlərin daxildən ölçülməsi ilə razı deyillər. Çünki, həcmləri kiçikdir buna görə də sadəcə daxilin ölçülməsini düzgün hesab etmirlər.
Qeyd edək ki, ərazidəki evlərin əksəriyyəti sənədsizdir. Mənzillərin sahəsi ölçülsə də amma sakinlərə veriləcək pulla bağlı heç bir məlumat verilməyib.