Qazaxıstan özünün ən böyük müəssisələrini özəlləşdrməyə çıxarıb. FED.az xəbər verir ki, bu barədə ötən həftə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclasında Qazaxıstanın Dövlət Əmlakı və Özəlləşdirmə Komitəsinin sədr müavini Nikolay Kadyukov bildirib.
Tədbirdə çıxış edən N.Kadyukov əvvəlcə ölkəsində aparılan özəlləşdirmə prosesinin məqsədlərini açıqlayıb. Onun sözlərinə görə, Qazaxıstanda dövlət əmlakının özəlləşdirilməsinin birinci mərhələsi ilə bağlı ilk işlər 1990-cı illərin əvvəllərində başlamışdı: ««İri özəlləşdirmənin aparılması Qazaxıstan iqtisadiyyatının bazar iqtisadiyyatına keçidi üçün lazım idi. Həmin vaxt ÜDM-in 100%- dövlətdə idi. 4 mərhələdə aparılan ilk özəlləşdirmə imkan verdi ki, dövdət sektorunun payı 30%-ə dək azalsın və özəl sektorun payı artsın».
Sədr müavini bildirib ki, həmin vaxt ictimai iaşə və pərakəndə satış obyektlərinin özəl sektora satılması müsbət nəticəsini verib, bazarda bolluq başlayıb. İlk özəlləşdirmədə 43 mindən artıq müəssisə satılıb. Ümumiyyətlə Qazaxıstandakı özəlləşdirmədə 11 milyondan artıq insan və ya əhalinin 67 %-i iştirak edib.
Qazaxıstan nümaynədəsinin sözlərinə görə, 2000-ci illərin əvvəllərində bir sıra dövlət proqramlarının reallaşdırması üçün dövlət holdinqləri və fondlar yaradıldı. Nəticədə iqtisadiyyatda dövlətin payı artaraq 43%-ə çatdı: «Bu da rəqabətə ciddi mane olurdu, ona görə də 2014-cü ilin fevralında dövlətin payının 15%-ə qədər azaldılması məqsəd kimi elan edildi».
Qazaxıstanda 2016-2017-ci illər üzrə kompleks tədbirlər planı təsdiqləndi və iri müəssisələrin özəlləşdirilməsinə başlandı – bu 2-ci özəlləşmə mərhələsi idi: «Məqsəd dövlətin iqtisadiyyatdakı tənzimləmə rolu saxlamaqla, iqtisadiyyatdakı rolunu azaltmaq və rəqabəti gücləndirmək idi».
Paralel olaraq Qazaxıstanda özəlləşdirmə proosedurları da sadələşib və bu sahədə müasir texnogiyalardan istifadə başlanıb: «Yeniliklərin şərtlərinə görə, müəssisələr real bazar qiyməinə satılır, tender müsabiqələrinin forması azaldılaraq 3-ə endirilib. Yeganə şərt budur ki, müəssisənin profili dəyişməsin.
«İndi özəlləşdirmədə iştirak üçün sənədlər «bir pəncərə» prinsipi ilə qəbul edilir və hərrac keçirilir.
Bu portal bütün dövlət sistemləri ilə inteqrasya edilib ki, bu da korrupsiya və müdaxilələrin qarşısını alıb».
Yeri gəlmişkən, 2017-ci ildə Qazaxıstanın özəlləşdirmədə istifadə olunan elektron meydançası dünyada ən yaxşı ticarət meydançası elan edilib: «Burada büiün məlumatlar yerləşdirilib və digər məlumatdarlda yanaşı, müəssisələrin hesabatları da var».
Qazaxıstanda qabaqıl obyektlərin özəlləşdirməsi üçün beynəlxalq məsələhətçilər cəlb edilir. Özəlləşdirmə İPO (səhmlərin birjada kütləvi satışı) ilə həyata keçirilir.
Qazaxıstan nümaynədəsi bildirib ki, 2016-2020-ci illərdə 887 dövlət və yarım dövlət müəssisələri satılacaq. Bunların ümumi aktivləri 4,2 milyard dollardır. Bunlardan 190 ən böyük obyektin ümumi dəyəri 2,8 milyard dollardır. İndiyədək 1 milyard dollarlıq əmlak satılıb.
Qarşıdakı 2 ildə 7 iri müəssisə özəlləşdiriləcək.
Bunların arasında Qazaxıstanın çox böyük və məşhur şirkətləri, o cümlədən «Kazmunayqaz» neft şirkəi, Qazaxıstan Dəmir Yolları, Qazaxıstan Poçtu, Air Astana aviasiya şirkəti və digər iri müəssisələr var: «İki ildən sonra bu işlər nəticəsində Qazaxıstan iqtisadiyyatında dövlətin payı 3 dəfə azaldılacaq və 15%-ə endiriləcək».