Əgər siz də aşağı səviyyəli “Makler xidmətinə” yüksək komissiya məbləğı ödəməkdənsə Daşınmaz Əmlakınızın satışını bir başa özünüz həyata keçirməyi planlayırsınızsa o zaman aşağıdakı 6 məsləhətə əməl etməyiniz, satış prosesini sürətləndirəcək.
1) Son iki ildə evinizin yaxınında oxşar evlərin neçəyə satıldığını öyrənin.
Ev, villa, obyekt bunlar daşınmaz bir əmlakdır, bu səbəbdən də əmlakın mövqeyi qiymət üzərində çox vacib bir təsirə malikdir. Belə ki, Xəzər dənizinə baxan evlərin qiymətinin iki qat artmış olması (əgər eviniz Xəzər dənizinə baxmırsa) sizin evinizin də qiymətinin 2 qat artacağı demək deyildir.
Sizin evinizin dəyərini, ətrafdakı oxşar evlərin satış qiymətləri müəyyənləşdirir. Alıcılar sizin ev üçün eyni ərazidə, oxşar evlərin yaxın keçmişdə satılmış qiymətinə yaxın məbləğı ödəmək istəyəcəklər. Bu səbəblə də, son iki ildə evinizin yaxınlığında satılmış olan bənzər evlərin qiymətləri sizə doğru yolu göstərəcəkdir.
Niyə son 6 ay deyil də, son 2 ilin statistikası? Çünki iki illik müddətdə qiymətlərə baxdığınızda qiymətlərin hansı istiqamətə getdiyinə dair sizdə dolğun bir fikir formalaşacaqdır: qiymətlər artırmı, düşürmü yoxsa eyni səviyyədə qalıbdır?! Bunları bilməniz sizə faydalı olacaqdır!
2) Evinizin yaxınlığında hələ də satışda olan oxşar evlərin qiymətlərini, özəlliklərini və satışa çıxarıldıqları müddəti öyrənin.
Keçmişdə satılan evlərin qiymətlərini öyrəndik. Bəs hal-hazırda satışda olanlar necə olacaq? Əlbətdə ki, onların qiymətlərini və özəlliklərini də bilməliyik. Hazırda satışda olan daşınmaz əmlaklar sizin daşınmaz əmlakın rəqibləridirlər. Bu halda, rəqabətdə üstün olmaq üçün, evinizin daha üstün cəhətləri olmalıdır. Ancaq bir şeyi unutmamaq lazımdır ki, Əgər daşınmaz əmlakınızın bir oxşarı 3 aydan artıqdır ki satılmırsa, onu rəqib kimi yox satılmayan bir əmlak kimi görün. Davamında isə, son iki ildə evinizin yaxınında satışa çıxarılan amma satılmayan oxşar evlərin özəlliklərini və satış qiymətlərini öyrənin.
3) Doğru hədəf kütləsinə istiqamətlənmiş reklam və tanıtım kampanyaları təşkil edin.
Evinizi satmaq üçün görülməsi gərəkən vacib işlərdən biri də hədəf kütlənin müəyyənləşdirilməsidir. Hədəf kütlənizi, yəni evinizi kimlərin ala biləcəyini nəzərə alaraq onlara necə səsinizin yetişəcəyini və necə tanıtım edəcəyinizi planlayın. Dövrümüz artıq internet dövrüdür, rəqəmsal satış dövrüdür. Bunu nəzərə alaraq evinizin profesional şəkillərini çəkdirin, online əmlak portallarında elanlarınızı digər elanlardan fərqləndirəcək, daim görünəcək şəkildə yerləşdirin.
Həmçinin:
-Facebook reklamları
-Sosyal medyada paylaşımlar
-Dost-tanışınıza bildirmə
və s. kimi imkanlardan istifadə edin!
4) Əgər 3 ay ərzində daşınmaz əmlakınız satılmazsa gələn rəyləri nəzərdən keçirin, qiymətləndirmə və reklam – tanıtım işlərinə düzəlişlər edin.
Bir daşınmaz əmlak, ən çox marağı satışa çıxdığı ilk 3 ayda çəkər, sonra həm maraq azalar, həm də alıcılar uzunmüdət satılmayan bir əmlakda bir problemin olduğunu düşünərək şüphə içində olarlar. Beləliklə, kifayət qədər alıcı namizədlərin diqqətini çəkə bilmirsinizsə əgər, demək ki, satış fəaliyyətinizə bir göz atmalısınız. Tanıtım və reklam fəaliyyətlərinizi təkmilləşdirin. Əmlakın qiymətləndirməsini yenidən ələ alın. Satış qiymətiniz duyqusalmı yoxsa realdır? Bunu dəqiqləşdirin! Satmaq istədiyiniz evin sizin üçün xüsusi mənəvi bağları vardır. Ancaq bunlar evi alacaq insan üçün heç bir əhəmiyyət daşımır. Alıcı, evin tikilişinə, mənzərəsinə, mövqeyinə və s. baxar. Odur ki, qiymətləndirmədə bu nüansı mütləq nəzərə alın.
5) Evinizə bir alıcı gözü ilə baxın.
Evinizi ideal bir qiymətə satmaq üçün evinizə alıcı gözü ilə baxmağa çalışın. Evinizdə təmirlik işlər varsa bunları dərhal həll edərək, daha yuxarı qiymətə satlmasını təmin edə bilərsiniz.
6) Sənədləşdirmə xərcləri ilə bağlı, alıcı ilə razılaşma əldə edin.
Sənədləşdirmə xərcləri ev satışında çox vacib bir məsələdir. Belə ki, evinizi satarkən alıcı ilə sənədləşdirmə xərcləri barəsində bir razılaşma əldə edin. Ən optimal variant isə, bu xərclərin yarı-yarıya bölüşdürülməsidir.