Regionun inşaat sahəsində önəmli tədbiri olan Xəzər İnşaat Həftəsi iştirakçı və ziyarətçilər üçün bu gün qapılarını açacaq.
İpoteka Fondunun nizamnamə kapitalı artırılıb - FƏRMAN
FED.az xəbər verir ki, 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri, eləcə də, bu tədbirlərlə yanaşı 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutacaqdır. Mühüm tədbirləri bir ad altında birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin müxtəlif şirkətlərini bir araya gətirir.
Hazırda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 370-dən artıq şirkət yer almaqdadır.
Tədbirin təşkilatçıları “Caspian Event Organisers”, “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir.