Bakının ofis bazarında «sakit inqilab» baş verməkdədir. Artıq br neçə ildir ki, dünyada məşhur olan kovorkinqlər Azərbaycanda da işə düşməyə və canlanmağa başlayıb. FED.az-ın məlumatına görə, hazırda mühaşidə olunan proqseslər deməyə əsas verir ki, qarşıdakı bir neçə ildə bu dəyişiklik ofislər bazarını ciddi surətdə dəyişəcək.
Diribaş proqramçının kəşfi
Kovorkinqlər (ingiliscə Coworking - birgə iş) dünyanın əmlak bazarına 13 il bundan əvvəl – 2005-ci ildə daxil olub. Həmin vaxt işləmək üçün icarəsi ucuz yer axtaran amerikalı diribaş proqramçı Bred Nyuberq çıxış yolunu birgə icarədə görür. Və icarəyə götürdüyü ofisi hissə-hissə başqalarına icarəyə verməyə başlayır. Sərfəli yenilik hamının diqqətini cəlb etdi və kovorkinqlər bütün dünyaya yayıldı. MDB-yə bu yenilik 2008-i ildə, Azərbaycanda isə 2014-də yol tapdı. Amma ölkəmizdə kovorkinqlərin canlanması və gəlirli biznesə çevrilməsinə ötən ildən başlanıb.
Bakıda il müasir kovorkinq 2014-c ildə yaradılan «Fabrika Coworking Center»dir. Biznesin sahibi Tamerlan Məmmədov REN.az-a bildirir ki, kovorkinqi hələ 8 il əvvəl 2010-cu ildə qurmaq istəyib, amma investor tapmaq mümkün olmayıb. Bir neçə illik çalışmalaran sonra lazım investisiya toplanıb və 2014-cü ildə Bakıda ilk kovorkinq işə düşüb. Maraqlıdır ki, ən ucuz ofis sayılan ilk kovorkinq Bakıdakı ən bahalı biznes mərkəzlərdən birinin – «Landmark»ın qarşısında qurulub.
Bir masadan başqa nə var?
Hazırda Bakıda 10-a yaxın irili-xırdalı kovorkinq var, bunlardan bəziləri müştərilərinə daimi sistemli xidmət göstərir. Kovorkinqlərin əksəriyyətində xidmətlər demək olar ki, eynidir. Buraya masa, İnternet, toplantı otağından istifadə, qoşulma nöqtələri (elektrik enerji), mətbəx (çay, su, şirniyyat, kofe pulsuz), pinter, skaner, surətçıxarma, kitabxana və sair aiddir.
Bəzi kovorkinqlər müştərilərinin ehtiyaclarını daha yaxşı qarşılamaq və onları cəlb etmək üçün fərqli addımlar da atırlar.
Kovorkinqlərin fərqli üstünlükləri
Bu opsiyalardan biri daimi iş masasıdır. Məsələ ondadır ki, ənənəvi kovorkinqlərdə «mənim masam» anlayışı yoxdur. Müştəri ofisə gəldikdə yalnız boş olan masada əyləşə bilər. «Öz masam» üsulu isə müştərini ofisə bağlamağa kömək edir. Eyni sözləri, qıfıllı şkaf haqqında da demək olar, müştəriyə məxsus olan masa varsa, onun əşyalarının yerləşdiyi bağlı şkaf da olmalıdır. Bəzi kovorkinqlər bu tələbi məmnuniyyətlə ödəyirlər.
Qiymətlər 100-400 manat arasındadır
Kovorkinqlərin təklif etdiyi xidmətlərin əksəriyyəti bir-birini təkrarlasa da, qiymətlər bir-birindən 3 dəfəyə yaxın fərqlənir və bu da bazarın hələ tam inkişaf etməməsinin göstəricisidir.
Kovorkinqlərdə bir neçə qiymət paketi mövcuddur. Bunlar günlük, həftəlik və aylıq paketlərdir. Hətta saatlıq paket təklif edənlər də var. Belə variant bir neçə saatlıq görüş keçirmək istəyənlər üçün əlverişlidir, amma belələri azdır.
Bir günlük paketlər 9 manatdan 30 manatadək dəyişir. Buraya kovorkinqdəki xidmətlərin əksəriyyəti daxildir, amma bəzi əlavə xidmətlərdən, məsələn toplantı otağından istifadə üçün əlavə ödəniş tələb olunacaq.
Həftəlik paketlərin qiymətləri isə 40-45 manatdan 80 manatadək dəyişir. Amma heç də bütün kovorkinqlər həftəlik paket təqdim etmirlər.
Ən maraqlı təkliflər aylıq paketlərdədir. Burada qiymətlər bir-birindən kəskin fərqlənir. Məsələn bəzi kovorkinqlərdə ayda cəmi 100 manat ödəməklə işləmək mümkün olduğu halda, digərlərində qiymətlər 300 manatadək olur.
Aylıq üzvlər kovorkinqlərdə olan bütün xidmətlərdən pulsuz istifadə edə bilirlər. Ayrı-ayrı mərkəzlər aylıq müştərilərinə şəxsi masa, korporativ email, istirahət zonası, toplantı otaqlarından pulsuz istifadə, bütün sutka boyu mərkəzə gəlmək imkanı təqdim edirlər.
Müştəriləri həvəsləndirmək üçün aylıq paketlərdə qruplara da böyük endirim edilir. Məsələn, kovorkinqlərin birində aylıq paket tək müştəri üçün 117 manat, 2 müştəri üçün 200 manat, 3-4 müştəri üçün isə 300 manatdır.
Müşahidələr göstərir ki, hələlik bəzi kovorkinqlər bazardakı təkliflərin azlığından yararlanmağa çalışaraq qiymətləri yüksək saxlayıblar. Kovorkinqlərin sayı artdıqda isə qiymətlərin enməsi qaçılmazdır.
«Yeni işçisənsə – kovorkinqdə işləyəcəksən»
Kovorkinqlərin əsas istifadəçiləri müştərilərinə və şəhərdəki işgüzar ərazilərə yaxın olmaq istəyən peşə sahibləri - vəkillər, ev ticarəti ilə məşğul olanlar, smm, veb dizayner və İT mütəxəssislər, reklamçılar, xarici dil müəllimləri, startapçılardır. Marketinq mütəxəsisləri, proqramçılar, ev layihəçiləri, işə düzəlmə ofisləri də bir müddət kovorkinqdə işləyirlər.
Yenicə biznesə başlayanların əksəriyətinin də ilk ofisi kovorkinq olur. Son vaxtlar isə daha maraqlı tendensiya baş verir. Ofisləri kiçik olan bəzi şirkətlər yeni işçilərini müvəqqəti olaraq kovorkinqlərdə yerləşdirirlər.
Kovorkinqlərin yayılmasına texnologiyanın və əmək bazarının dəyişməsi də şərait yaradıb. Məsələn, 20 il əvvəlkindən fərqli olaraq, işçi öz noutbuku ilə istənilən yerə gedib, işləməyə uyğun yer tapa bilər. Bundan başqa, müsafədən iş, internet, İT texnologiyalar və böyük avadanlıq tələb etməyən peşələrin yaranması da tək masadan ibarət olan ofislərə tələbatı artırıb.
Bəs həmin peşələr üçün kovorkinqlər sərfəlidirmi? Bakıdakı bəzi kovorkinqlərin qiymətləri ilə tanış olaq.
«Fabrika Coworking Center»
Qeyd etdiyimiz kimi, Bakının ilk kovorkinq mərkəzi olan «Fabrika Coworking Center» 28 May metrostansiyasına yaxın ərazidə, «Landmark» biznes mərkəzinin yaxınlığında yerləşir. 20 yerlik mərkəzdə ənənəvi xidmətlərdən əlavə daimi masa, ödənişli tədbirlərə pulsuz giriş, korporativ e-poçt, veloparkinq, kitabxana və istirahət zonası aiddir. Mərkəzin rəhbəri T.Məmmədov bildirir ki, məqsəd müştərinin burada işləməklə yanaşı, həm də istirahət etməsidir. Qiymətlər isə müddətdən asılı olaraq fərqlənir. Günlük paket 9 manat, həftəlik 40 manat, aylıq isə 117 manatdır.
Fabrikanın menecerləri müştəriləri cəlb etmək üçün yeni kampaniyaya başlayıblar: müştəri 1 həftə ofisdən pulsuz istifadə edir, xidmətər onu qane edərsə, pullu variantda davm edir, qane etmədikdə isə pul ödəmədən çıxıb gedir
«Start co-working center»
Caspian Plazada yerləşən kovorkinq mərkəzində 28 iş yeri var. Burada həftəlik paketlər 72 manat, aylıq paket isə 210-300 manat arasındadır. 300 manatlıq variant premiumdur, bunun başqa paketdən fərqi sabit masanın olması və toplantı otağından pulsuz istifadədir. Bahalığına baxmayaraq şirkətin nümayəndələri bildirir ki, müştərilər kifayət qədərdir.
«M.Fashion co-working Space»
Ən maraqlı təkliflərdən biri «M.Fashion co-working Space»dəndir. Bu kovorkinq şəhərin mərkəzində AfMall Ticarət Mərkəzində yerləşir. Burada rezidentlər dərs otaqları və kefedə oturub işləyə bilirlər və nadir mərkəzlərdəndir ki, burada saatıq paket var – cəmi 5 manata. Günlük istifadə 30 manat, aylıq isə 100 manatdır. Mərkəzdə təkcə rezidentlər yox, onların qonaqları da pulsuz içki ilə təmin edilir.
«Baku Coworking Center»
«Azadlıq» metro stansiyasının yaxınlığında yerləşən «Baku Coworking Center»də xidmət haqqı sektor üzrə orta göstəricilərdən demək olar ki, fərqlənmir. Gündəlik 10 manat, həftəlik 45 manat, aylıq isə 150 manatlıq paketlər var. «Baku Coworking Center» şəhərin mərkəzindən uzaqlığını əlavə xidmətlərlə kompensasiya etməyə çalışır. Bura böyük və siyirməli ş masası, proyektor, lövhə və sair aiddir. Amma ən maraqlı təklif müştərilərə şirkətlərin əlaqə bazasının verilməsi, eləcə də, müştərilərin biznesinin kovorkinqinFB səhifəsində reklamıdır.
SCOUT IT - Kovörkinq Mərkəzi
Kovorkinq biznesi bəzi təşkilatlar üçün əlavə qazanc mənbəyinə də çevrilib. Azərbaycan Skautlar Assosiasiyasının nəzdində yerləşən mərkəzdəki 3 otaqda eyni vaxtda 30 nəfər işləyə bilər. Burada saat hesabı da işləmək mümkündür – saatı 5 manat. Gündəlik paket 30 manat, aylıq paket isə 100 manatdır. 5 nəfərlik qrup üçün aylıq paketin qiyməti isə 450 manata çatır.
«Müdir-işçi münsibəti dəyişməyib»
Amma Bakıdakı kovorkinqlərin sayının artmasına baxmayaraq onların müştəriləri heç də aşıb-daşmır. T.Məmmədov bildirir ki, müştəri sayı 2014-cü ildəkindən cüzi fərqlənir: «Bizdə 20 iş masası olduğu halda daimi tutulanlar 6-7-dən artıq deyil». Baxmayaraq ki, kovorkinqlərin adi ofislərdən qat-qat sərfəli olmasını hamı qəbul edir.
«1000 manata ofis götürməkdənsə bu daha sərfəlidir»-deyə kovorkinq müştərisi Asim Abbasov bildirir. İT sahəsində çalışan A.Abbasovun sözünə görə, belə ofislərin olması yeni biznesə başlayanlara imkan verir ki, pulun əsas hissəsini biznesə yönəltsinlər: «Bəziləri bunu başa düşməyib 3-4 aya müflis olurlar».
Əsas problemlərdən biri adamların hələ də ətrafdakılarla birlikdə işləmək istəməmələridir: «Bəziləri həyat tərzini dəyişmək istəmir, müdir-işçi münasibətinə üstünlük verirlər. Kovorkinqdə isə bu mümkün deyil». Birgə ofisin daha bir üstünlüyü buradakı işgüzar mühitdir. Hamının məşğul olduğu məkan istənilən sənət sahibini işləməyə vadar edir.
Bakıda neçə kovorkinq ola bilər?
Kovorkinqlər dünyada geniş yayılsa da, əslində bəzi şəhərlərdə o qədər də populyar deyillər. Məsələn, Brüsseldə bir neçə kovorkinq mövcuddur. Avropada ən çox kovorkinq mərkəzi isə Berlin v Barselonadadır – onların sayı 100-dən artıqdır.
Ofisdəki «mafiozi»lər
Bir qədər əvvəl isə kovorkinqin yeni imkanları ortaya çıxıb.
Burada intellektual kollektiv əyləncələr, məsələn - Mafiya və Monoprliya oynları, xarici dildə söhbətlər, təqdimatlar təşkil edilir. Kovorkinq-in rezidentləri üçüq bu əyləncələr adətən pulsuz olur ki, bu da əlavə motivasiya deməkdir.
Mənbə: "Daşınmaz Əmlak" jurnalı
Bir masa, telefon və biznes – BAKININ KOVORKİNQLƏRİ
16:20
4 Aprel 2018