Azərbaycanda yaşayış binaları layihələndirilərkən onlara qarşı dövlət sanitariya-epidemioloji xidmətinə uyğun sanitariya-epidemioloji tələblər müəyyən olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən "Yaşayış binaları. Layihələndirmə normaları"da əksini tapıb.
Qeyd edilir ki, yaşayış binasının otaqlarında mikroiqlim parametrləri DÜİST (Ümumittifaq dövlət standartı) 30494 sənədinin optimal normaları üzrə qəbul edilməlidir.
Havadəyişmə həcmi isə növbəti cədvələ uyğun olaraq qəbul edilməlidir:
Otaqlar və sahələr |
Havadəyişmə misli və ya həcmi, saatda 1m3-dan az olmamaqla |
|
|
Qeyri-iş rejimində |
İş rejimində |
Yataq, ümumi və uşaq otaqları |
- |
0,1 |
Kitabxana, kabinet |
0,2 |
0,5 |
Köməkçi otaq, qarderob |
0,2 |
0,2 |
Trenajor zalı, bilyard otağı |
0,2 |
80 m3/saat |
Paltar yuyulan, qurudulan, ütülənən otaqlar |
0,5 |
90 m3/saat |
Elektrik pilətəsi olan mətbəx |
0,5 |
60 m3/saat |
Qaz istifadə edən avadanlığı olan sahə |
1,0 |
1,0+ 100 m3/saat bir pilətəyə |
Bərk yanacaqla işləyən istilik generatorları və sobaları olan sahə |
0,5 |
1,0+ 100 m3/saat bir pilətəyə |
Vanna, duş otağı, tualet, birləşdirilmiş sanitar qovşağı |
0,5 |
25 m3/saat |
Sauna |
0,5 |
bir adama 10 m3/saat |
Liftin maşın bölməsi |
- |
Hesablama üzrə |
Avtomobil duracağı |
1,0 |
Hesablama üzrə |
Tullantı qəbuledici kamerası |
1,0 |
1,0 |
Normalara görə, cədvəldə göstərilməmiş, havası dəyişdirilən digər sahələrdə havadəyişmənin misli işsizlik rejimində saatda otağın 0,2 həcmindən az olmayan həcmdə təşkil etməlidir.