Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin ucuzlaşıb.
Bakıda evlər ən çox bu ərazilərdə bahalaşır - ÜNVANLAR
Eləcə də bazara çıxarılan mənzil sayları da artıb. Bu əsasən Xırdalan, Masazır və Binədə daha qabarıq şəkildə müşahidə olunur. Zabrat qəsəbəsində, Kürdəxanı və Pirşağı kəndlərində də həyət evlərinin qiymətində də eyni haldır.
FED.az xəbər verir ki, ekspertlər deyir ki, satışa çıxarılan social evlərin qiyməti aşağı olsa da onlara da tələbat azdır. Əsas səbəb isə həmin ərazilərdə ictimai nəqliyyat problemidir. Sakinlər mərkəzə gəlmək üçün bir neçə dəfə marşrut dəyişməli olurlar.
Qeyd edək ki, sözügedən ərazilərdə ikimərtəbəli, 5 otaqlı, tam təmirli, ən əsası isə əşyalı mənzillər 80-90 min manata satışa çıxarılır. Bəzən qiymət 55-60 min manat həddində olur.












