Bakıda söküntü işlərinin başlanması üçün iki dördmərtəbli binanın ətrafı hasarlanıb, lakin hələ də orada yaşayanlar var.
Bakıda bu ərazilərdə köhnə evlər söküləcək
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsindəki yataqxana binalarından gedir.
Bina sakinləri arasında tikinti şirkətilə razılaşıb gedənlərdən biri deyir ki, artıq iki ildir kirayə mənzilə köçüb.
Sakinlərin dediyinə görə, ərazidə çoxmərtəbəli bina tikiləcək.
Lakin bəzi sakinlər hələ də razılaşma əldə olunmadığı üçün binalarda yaşamağa davam edir.
Sakinlərin sözlərinə görə, bir müddətdir MTK-nın nümayəndələri ümumiyyətlə əraziyə gəlmirlər. Hətta "Rahatlığın məkanı" tikinti şikrəti adını dəyişərək başqa adla əvəzləyib.
Şirkətin nümyəndəsi kimi sakinlərlə danışıq aparan şəxsin isə işdən çıxdığı haqda məlumatlar var. Biz də həmin şirkətlə əlaqə saxlamağa çalışdıq. Lakin sosial şəbəkəyə yerləşdirdikləri əlaqə nömrələrinə cavab verilmədi.











