Bakının Ziya Bünyadov Prospekti, Heydər Əliyev Prospekti, Neft Emalı Zavodunun ətrafındakı ərazilərdə mənzillərin qiymətində artım müşahidə oluna bilər.
FED.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
O bildirib ki, bu kimi ərazilərdə mənzil qiymətlərinin artmasına səbəb onların infrastrukturu ilə bağlıdır.