Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işlərinə başlanır.
Bakının bu əraziləri plana düşdü - Daha 4 rayonunda söküntü olacaq – ÜNVANLAR
FED.az xəbər verir ki, söhbət paytaxtın Nizami rayonundakı istismar müddətini başa vurmuş 5 mərtəbəli bir neçə yaşayış binasından gedir.
Köhnə tikili binaların sökülməsi sakinlər tərəfindən müsbət qarşılanır.
Layihəni həyata keçirən "Kursus Nizami" MTK-dan bildirildi ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq. 5 mərtəbəli köhnə binaları, yeni 16 mərtəbəli binalar əvəzləyəcək.
Sakinlərlə müqavilələr bağlanıb, buna uyğun olaraq bəziləri kompensasiya, bəziləri də inşa olunacaq yeni binadan mənzillərlə təmin olunacaqlar.












